Qarabag Media
Haqqımızda Əlaqə

Dövlətçilik ənənələrinin banisi


Tarix:11-12-2015, 09:33 Kateqoriya:Manşet / Yazarlar

Dövlətçilik ənənələrinin banisi

Mahir ABBASZADƏ, millət vəkili

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun son 40 ilə yaxın bir dövrü əhatə edən mərhələsində özünü dünya siyasətinin görkəmli xadimlərindən biri kimi tanıdan Ulu Öndər Heydər Əliyevin adı tariximizə əbədi olaraq həkk olunmuşdur

Hər bir xalqın əsrlər boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin nəticəsidir. Yeni yaranmış ictimai-siyasi formasiyalarda isə məhz tarixi məsuliyyəti üzərinə götürən xarizmatik liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq hüququ qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanınn ən sərt sınaqlarından çıxmış bu insanlar müəyyən mərhələdə məsuliyyəti öz üzərilərinə götürərək, bütün bir millətin tarixən yaşatdığı azadlıq, müstəqillik ideyalarını gerçək həyatda reallaşdırmağa nail olurlar. Belə şəxsiyyətlərdən biri də Ümummilli Liderimiz Heydər Əliyevdir.

Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması milli dövlətçilik arzularının və hisslərinin güclənməsi

Məhz buna görə də Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi bütün zamanlar üçün əhəmiyyətlidir. Bəllidir ki, Azərbaycanın milli ideologiyasının və dövlətçiliyinin təməl prinsiplərinin müəyyən edilməsi məsələsi ölkəmiz 1991-ci il oktyabr ayının 18-də özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra çox ciddi diskussiya mövzusu olmuşdur. Müstəqilliyinə yenicə qovuşmuş dövlətimizin və xalqımızın gələcək inkişafı ilə əlaqədar müxtəlif ideoloji təkliflər səsləndirilirdi. Düzdür, ölkəmiz dövlət müstəqilliyinə qovuşarkən XX əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin müəyyən ənənələri var idi. Amma Xalq

Cümhuriyyətinin az müddətdə mövcud olması və müəyyən prinsipləri ortaya qoya bilməməsi XX əsrin 90-cı illərinin əvvəllərində milli ideya axtarışı baxımından Azərbaycanda bir boşluğun olduğunu büruzə verdi. Məhz Ümummilli Lider Heydər Əliyev bunu qətiləşdirdi. O, nəinki Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər, bu illər ərzində göstərdiyi səmərəli fəaliyyət o qədər zəngin və keşməkeşlidir ki, o, bu gün təkcə Heydərsevərləri deyil, həm də dövlət adamlarını, tədqiqatçıları da daim düşündürür və maraqlandırır. Bu böyük şəxsiyyətin dövləti idarəetmə təcrübəsinə həsr edilən çoxlu tədqiqatlar aparılmasına, yüzlərlə kitabın yazılmasına baxmayaraq, onun zəngin təcrübəsi və səmərəli fəaliyyətinin təhlilinə ehtiyac duyulan hələ açılmamış səhifələri var və bunlar öz tədqiqatçılarını gözləyir. Məlumdur ki, tarixi şəxsiyyət adım qazanmaq hər dövlət başçısına nəsib olan xoşbəxtlik deyil. Bunu qazanmaq üçün ÜMUMMİLLİ LİDER adını sağlığında əldə etmiş Heydər Əliyev kimi gərək xalqın qarşısında böyük xidmətlərin, xalqın qəlbində məhəbbətin, bir sözlə, tarixdə izin olsun. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi tərəqqinin, siyasi sabitliyin, ictimai şüurun son 35 ildən artıq bir dövrü əhatə edən mərhələsində özünü dünya siyasətinin görkəmli xadimlərindən biri kimi tanıdan Heydər Əliyevin adı tariximizə əbədi olaraq həkk olunmuşdur. Bu böyük şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqımızı, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarmış və zənginləşdirmişdir.

Keçən əsrin 70-ci illərinə nəzər salsaq görərik ki, həmin illərdə məhz Heydər Əliyev fiziki və mənəvi terrora məruz qalan Azərbaycan milli təfəkkürünü qoruyub saxlaya bildi. Belə ki, Heydər Əliyevin sovetlərin siyasi iyerarxiyasında rəhbərliyə gəlməsi ilə milli özünüdərk hissi gücləndi və bütün ideoloji maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Bu, əslində xalqın milli dövlət yaratmaq arzusunun yeni işartıları idi. Ulu Öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə, ciddi nəzarətlə üzləşsə də, riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət-ənənələri və düşüncə

sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bildi. Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinin real siyasi amilə çevrilməsi oldu.

Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə zəmin yaradan siyasi, iqtisadi və hüquqi sahədə mühüm addımlar atdı. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər oldu. Dövlət idarəçiliyi sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli cəhətlərindən biri də budur ki, o öz siyasətini heç bir zaman birtərəfli qurmurdu. Onun gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi. Həmin dövrdən başlayaraq, hər il yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər və texniki elmlər kimi mühüm elm sahələrinə təhsil almağa göndərilirdi. Bu siyasət Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi. Bu günün prizmasından yanaşdıqda, bu addımların sonralar müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu daha aydın, daha qabarıq görünür.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı

Bu böyük şəxsiyyət 1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürmüş və onun icra-sına başlamışdır. Çağdaş milli dövlətçilik tariximizdə Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, taktiki və strateji hədəfləri, konkret məqsədləri var. Bu irs 1991-1993-cü illərdə cəmiyyətin gözündən düşmüş dövlət-hakimiyyət vəhdətinin həqiqi simasını özünə qaytardı. 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan cəmiyyətində dövlətçilik

İdeyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. O, Siyasi sabitliyi təmin etməklə yanaşı, eyni zamanda demokratik, qüdrətli dövlət modeli konsepsiyasını da həyata keçirməyə başladı.

1993-1995-ci illərdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal mübarizəni xatırlayarkən riqqətə gəlməyə bilmirsən. Bu müddətdə siyasi sabitliyin tam təmin olunması dövlətin gələcək iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirməyə imkan yaratdı. Sosial-iqtisadi, hüquqi-siyasi sahələrdə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verildi. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik amalının praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.

Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi çox görkəmli sima, dövlət idarəçiliyi sahəsində son dərəcə böyük və təcrübəli siyasət adamı, dövlət xadimi idi. Belə bir şəxsiyyətin dövlətçilik, idarəçilik irsinin öyrənilməsi bu gün çox vacibdir. Şübhəsiz, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi nəinki yüksək peşəkarlıq və zəkanı, həmçinin, yüksək əxlaqi və mənəvi keyfiyyətləri, özünün vətənpərvərlik və Vətənə hədsiz sədaqəti ilə seçilən kadrların hazırlanması və tərbiyə

olunmasını ehtiva edir. Heydər Əliyevin bu mövzudakı çoxsaylı çıxışları gənc nəsil üçün örnəkdir: O deyirdi ki, "Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli-mənəvi dəyərləri olmauap millət həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla belə, Azərbaycanın təfəkkürlü insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıbdır. Biz bunların hamısı ilə fəxr etməliyik".

Prezident İlham Əliyev: "Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir"

Tarixi bir hadisədir ki, 2003-cü ildə xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf və siyasi sabitlik kursunu əzmkarlıqla davam etdirir. Dövlət başçısı əməli fəaliyyəti ilə hələ seçki ərəfəsində verdiyi bütün vədlərə sadiqliyini təsdiqləmişdir. Mövcud imkanların bərabər paylanması inkişafın mühüm şərtlərindəndir və Azərbaycan Prezidenti bu amili əsl siyasətçilərə xas peşəkarlıqla nəzərə alır: ölkəmizin sosial-iqtisadi uğurlarını digər əhəmiyyətli sahələrin tərəqqisinə yönəldir, bununla əlaqədar bir sıra vacib fərmanlar, sərəncamlar, dövlət proqramları imzalayır. Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin, incəsənətinin, idmanının, bir sözlə, mədəni-intellektual potensialının daha da inkişaf etdirilməsi dövlət başçısının diqqət mərkəzindədir. O cümlədən, yürüdülən müstəqil, qətiyyətli xarici siyasət konteksti də bu uğurlar sırasındadır. Azərbaycan dünya miqyasında söz sahibinə çevrilib. Əlbəttə ki, əldə edilən uğurların təməlində xalq-iqtidar vəhdətinin də dayanması faktoru mövcuddur. Bu ənənə də məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub. Ən əsas isə bu yolun düzgün olması, xalqımızın düzgün seçim etməsidir. Həqiqətən də bu yolda çox qısa bir müddətdə

böyük işlər görülmüşdür. Ölkəmizin ötən illər ərzində məqsədyönlü,balanslaşdırılmış xarici siyasət kursu hesabına geosiyasi qarşıdurmalar poliqonu olmaq təhlükəsindən uzaqlaşaraq əməkdaşlıq və maraqların uzlaşması məkanına çevrilməsi faktı bu gün diqqətdə duran məsələlərdəndir. Bu "Azərbaycan rəqabət yox, qarşıdurma yox, əməkdaşlıq məkanına çevrilməlidir. İlk növbədə Azərbaycanın milli maraqları təmin olunmalıdır" prinsipinə daim sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təntənəsidir.

Son olaraq isə sözlərimi Azərbaycan Prezidenti İlham Əliyevin kəlamları ilə biritmək istərdim. Hələ Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davam etdirildiyini bir daha bəyan etdi: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir".

Bütün bunlar isə göstərir və təsdiq edir ki, həqiqətən Heydər Əliyevin nəzəri müddəaları, dövlət idarəçiliyi sahəsindəki zəngin təcrübəsi hər zaman və hər bir işdə nümunə kimi bizə kömək olacaqdır.(sia.az)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı