Qarabag Media
Haqqımızda Əlaqə

Namiq Abbasov Eldar Mahmudovdan danışmaq istəmədi: "Hələ gözləyirəm..."


Tarix:9-12-2015, 23:36 Kateqoriya:Manşet / Siyasət

Namiq Abbasov Eldar Mahmudovdan danışmaq istəmədi: "Hələ gözləyirəm..."Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbərliyindən uzaqlaşdırılması ilə böyük bir cinayətkar dəstənin ölkəni şoka salan dəhşətli əməlləri üzə çıxdı.

Ölkənin bəzi sabiq nazirləri məlum “MTN işi”nə münasibət bildirsələr də 1995-2004-cü illərdə milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov hələ də susqunluğunu qoruyur. Amma onun bu hadisələr haqda ən xırda bir açıqlaması belə böyük maraq doğurur.

Modern.az saytının əməkdaşı MTN-in sabiq şefi Namiq Abbasovla əlaqə saxlamağa, MTN ətrafında baş verən hadisələrə Namiq Abbasovun hansı səbəblərdən münasibət bildirmədiyini öyrənməyə çalışıb.

Namiq Abbasov son vaxtlar baş verən hadisələr barədə hələlik qəti surətdə danışmayacağını söyləyib: “Milli Təhlükəsizlik Nazirliyində baş verən bu hadisələrlə bağlı çıxış etməyim məsləhət deyil. Məhz ona görə ki, mən MTN-dən getdim, o, (Eldar Mahmudov-red.) gəldi. Sonra bu qədər hadisələr oldu. Mənim danışmağım oradan getdiyim üçün incimiş adamın çıxışı kimi anlaşılacaq. Bu barədə danışmağı lazım bilmirəm. Müsbət də nəsə deyə bilmərəm. Bu barədə mən yox, kənar adamlar danışsa, doğru olar. Hadisələr sovuşana, tamam sakitləşənə qədər qəti surətdə çıxış etməyəcəm. Bax, o zaman nəsə bir rəy bildirə bilərəm”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"