Qarabag Media
Haqqımızda Əlaqə

Teleradio Şurası ANS-i HƏDƏLƏDİ: “Davam etsələr, cəza tədbirləri olacaq”


Tarix:1-10-2015, 22:40 Kateqoriya:Manşet / Gündəm

Teleradio Şurası ANS-i HƏDƏLƏDİ: “Davam etsələr, cəza tədbirləri olacaq” Milli Televiziya və Radio Şurasının (MTRŞ) sentyabrın 30-da keçirilən iclasında ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna çevrildiyi nəzərə alınaraq, bu verilişlərin yayımının 1 ay müddətinə dayandırılması qərara alınıb. Bu qərardan narazı qalan ANS TV-nin baş direktoru Mirşahin Ağayev Teleradio Şurasını məhkəməyə verəcəyini açıqlayıb. Mirşahin Ağayev MTRŞ sədri Nuşirəvan Məhərrəmlini “Onun Xoşqədəm problemi var” deyə ittiham edib.

MTRŞ-nın bu açıqlamaya cavabı gecikməyib. Şuranın aparat rəhbəri Toğrul Məmmədov Modern.az saytına bildirib ki, hər bir Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək hüququ var:

“ANS-in yarıtmaz fəaliyyətinin nəticəsidir ki, proqram siyasətində əhalinin çoxsaylı narazılığına səbəb olan bayağı verilişlər yayımlanır. Uzun müddətdir ki, əhalinin müxtəlif təbəqəsi verilişlərlə bağlı narazılıqlarını şuraya bildirirdi. Şou xarakterli, bayağı, milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlərin yayımı “Televiziya və radio yayımı” haqqında qanunun tələblərinin pozulması kimi qiymətləndirilir. Qanunun 32-ci maddəsinə əsasən, proqram yayımına bir sıra tələblər verilib. Maddədə milli-mənəvi dəyərlərə ardıcıl şəkildə əməl olunması, şəxslərin hüquq və azadlıqlarının qorunması və s. kimi tələblər var. Qeyd edim ki, bu tip verilişlərin dayandırılması bundan sonra da davam etdiriləcək”.

Toğrul Məmmədov Mirşahin Ağayevin “verilişin dayandırılması Xoşqədəm Hidayəqızına qarşı atılmış addımdır” fikrinə cavab olaraq deyib ki, bu, onun şəxsi mülahizəsidir:

“Hər bir insan istədiyi fikri söyləməkdə sərbəstdir. Burada söhbət əhalinin müxtəlif təbəqələrinin yekdil fikrindən, bu cür verilişlərdən narazılığından gedir. Milli Televiziya və Radio Şurası da əsasnaməyə uyğun olaraq dövlətin və cəmiyyətin mənafeyinə xidmət edir”.

MTRŞ-nın qərarında göstərilir ki, “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin fəaliyyəti 1 ay müddətinə dayandırılır. Belədə hər iki veriliş 1 aydan sonra fəaliyyətini bərpa edə bilər?..

T.Məmmədov suala belə cavab verib:

““Televiziya və radio yayımı” haqqında qanunun 23.1 maddəsinə əsasən, şuraya həm proqramın, həm də xüsusi lisenziyanın qüvvəsinin 1 ay müddətinə dayandırılması səlahiyyəti verilib. Şura bu səlahiyyətdən istifadə edərək belə bir qərar çıxarıb. Qərarda da gösətirilib ki, həmin proqramların efir vaxtında mədəni, maarifçilik, intellektual xarakterli proqramların yayımı ANS telekanalı tərəfindən təmin edilməlidir. Əgər bu qərardan sonra bu cür hallar davam edəcəksə, əlbəttə cəza tədbirləri olacaq”.

Qurum rəsmisi şuranın verilişin bağlanmasında səlahiyyətli olmadığı iddiasını da cavablandırıb:

“Qanunvericiliyin tələblərindən xəbəri olmayan insanlar deyə bilər ki, şuranın verilişin yayımını dayandırmaq hüququ yoxdur. 2015-ci ilin fevral ayında “Televiziya və radio yayımı” haqqında qanuna edilmiş dəyişikliyə əsasən, bu səlahiyyət şuraya verilib. Sentyabr ayında da prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası” haqqında əsasnamənin 8.11-1-ci bəndinə əsasən, qanunvericiliyin tələbləri və lisenziyanın şərtləri pozulduğu təqdirdə şura lisenziyanı 1 ay müddətinə ləğv etmək, həm də proqramı 1 ay müddətinə dayandırmaq ixtiyarındadır”./Modern.az/

Gülşən RAUFQIZI










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı