Qarabag Media
Haqqımızda Əlaqə

“İnanıram ki, “Böyük Turan“ qurultayı olacaq” - MÜSAHİBƏ


Tarix:8-12-2015, 23:11 Kateqoriya:Manşet / Müsahibə

“İnanıram ki, “Böyük Turan“ qurultayı olacaq” - MÜSAHİBƏ Türkiyənin İstanbul şəhərində Dünya Qarapapaq türklərinin 1-ci qurultayı keçirilib. Qurultayda Azərbaycanı təmsil etmiş “Dünya” qəzetinin baş redaktorunun müavini Aygün Paşayeva təəssüratlarını bölüşüb. Onunla söhbəti təqdim edirik.

- Aygün xanım, qurultayla bağlı təsüratlarınızı bizimlə bölüşərdiniz.

- Eyni soydan olmaqla ayrı-ayrı respublikalarda yaşayan insanlar bir araya gəldilər. Bu da vahid bir amal ətrafında birləşmək və babalarımızın bir estafet kimi bizlərə ərməğan etdiyi böyük ideyaları reallaşdırmaq üçün mühüm vasitədir.

Bununla belə, bu qurultay eyni taleyi bölüşən parçalanmış və sərhədlərdən kənara səpələnmiş türk xalqlarının birləşməsini zəruri edir.

Hazırda dünya miqyasında xalqların, millətlərin milli kimlik axtarışları güclənməkdədir. Bu xalqların təbii istəklərindən irəli gələn məsələdir. Bununla belə, qloballaşan dünyada xalqların milli kimliklərinə bağlı olması, öz milli dəyərlərinə sahib çıxması, onu qoruyaraq bütün dünyaya bəyan etməsi zamanın ən vacib tələbidir. Minilliklərin çətin süzgəcindən keçərək özünün qədim və zəngin mədəniyyəti, şərəfli keçmişi olan türk xalqlarının bu prosesə qoşularaq sıx birləşməsi olduqca vacibdir. Bu, bir düşüncə və şüur məsələsidir.

- Bu qurultayla bağlı hər-hansı bir iradınız varmı?

- Bəli, bu işdə türk fikir sahiblərinin və aydınlarının üzərinə böyük iş düşür. Çox təəssüf ki, bu qurultayda türk dövlətlərində tanınmış görkəmli tarixçilərimizə, elm xadimlərimizə çixiş etmək imkanı yaradılmadı... Halbuki, bu gün güneyli-quzeyli Azərbaycan, Borçalı, Türkiyə və Qazaxıstanda yaşayan Qarapapaq türklərinin bir araya gəlməsi də yuxarıda qeyd etdiyim kimi, böyük bir hərəkatın tərkib hissəsidir.
Bütün türk xalqlarının bu prosesə qoşularaq ona dəstək verməsi, qarşılıqlı inteqrasiyası olduqca vacibdir. Bu prosesin daha da güclənməsi, gələcəyimizin daha parlaq və aydın olmasının əsas qarantıdır.

- Ümud edək ki, xoşməramlı qurultayın tamamı yox, davamı olacaq. Təklifiniz nə olardı?

- İnanıram ki, bu qurultay yeni əməkdaşlıq forması kimi bizim gələcək münasibətlərimizin qarşılıqlı əlaqələrimizin genişlənməsi üçün yeni bir mərhələ olacaq. Bütün bu əlaqələr təkcə mədəni sahədə deyil, ictimai həyatın bütün sferalarında bir-birimizə dəstək olmağımız üçün bizə böyük stimul verəcək.
Mən, arzu edirəm və inanıram ki, bütün dünyada yaşayan türk xalqlarını bir araya gətirəcək növbəti qurultay “Böyük Turan“ qurultayı olacaq.(modern.az)

“İnanıram ki, “Böyük Turan“ qurultayı olacaq” - MÜSAHİBƏ

“İnanıram ki, “Böyük Turan“ qurultayı olacaq” - MÜSAHİBƏ


Krabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”