Qarabag Media
Haqqımızda Əlaqə

Bir gün ölmək üçün hər gün yaşamaq


Tarix:8-12-2015, 22:27 Kateqoriya:Manşet / Yazarlar

Bir gün ölmək üçün hər gün yaşamaq

Elxan NƏCƏFOV
Söyüş kimi ömür yaşayırıq. Mənasız, adi, lüzumsuz və axmaq… Nəfəs alırıq, nəfəs veririk və yaşadığımızı zənn edirik. Özümüzü aldadırıq… Qazanırıq, uduzuruq, peşman oluruq, çığırırıq və ömür çürüdürük. Sevdiyimiz insanlar tərəfindən darmadağın edilib sonra özümüzə aid olan küncə çəkilirik. Yumru dünyanın çoxbucaqlı mənzillərinin insanlarıyıq. Yaxşı ki, bucaqlar çoxdur. Təkliyimizi yaşadığımız bu bucaqlarda hər cür axmaqlıqları sərbəstcə və məğrurca edə bilirik. Pulu, xoşbəxt olmaq arzusunu, uğuru həyatımızın düz ortasında təsəvvür edirik. Hamımız qaranlığın ortasında xırda da olsa ağ işartı olduğumuzu zənn edirik.

Nə üçün?

Bir neçə sual… Nə üçün mükəmməl olmağa çalışırıq? Nə üçün xoşbəxtliyi ən yaxşı izah edə bilən kədərli anlarımızdan qaçırıq? Nə üçün günahı özümüzdə görmürük? Suallarla dolu dünyamızda “görəsən, mən nə edirəm” deyə bilirikmi?

Həyətimizin küncündə, yolumuzun kənarında varlığını hiss etmədiyimiz ağac kimiyik. Ağacdan fərqli olaraq hərəkət etdiyimizi düşünəcəksiz. Ciddi fərq deyil. Bizim hərəkət edə bilmək bacarığımızla, ağacın hərəkətsizliyi düz mütənasibdir. Ağac öz kökü ilə torpağa bağlı olduğu üçün hərəkət etmir. Biz isə çox “dəyərli” şübhələrimizə görə hərəkət edə bilmirik. Bir növü biz hərəkət zamanı hərəkətsizik.

Niyə axı insan olduğumuzu və insanın səhv edə biləcəyini qəbul etmirik? Arada bir xatırlasaq yaxşı olar. Qüsurlarımızla, uğursuzluqlarımızla, qorxularımızla və zəifliyimizlə varıq.

Axı biz insanıq.

İndi bir anlıq dayan və düşün. Sadəcə düşün. Həyatdan nə istəyirik? Nələri bacarırıq? Bizim üçün önəmli olan nədir? Ən vacibi isə bizim yaşamaq üçün məqsədimiz nədir?

Hər insanın yaşamaq üçün səbəbi vardır. Eynilə ölmək üçün səbəbi olduğu kimi. Ölümün səbəbini rahatlıqla izah edə bilirik. Ən pis ehtimalda “əcəldəndir” deyib, günahı Əzrayılın üstünə atırıq.

Sadəcə nəfəs alıb vermək deyil yaşamaq. Bunu gec və ya tez dərk edəcəyik. Yaşamaq sevmək və sevilməkdir. Eyni zamanda aid olmaq və sahib olmaqdır.

Əks halda “Bir gün ölmək üçün hər gün yaşamaq məcburiyyətində” qalacağıq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”