Qarabag Media
Haqqımızda Əlaqə

Tanınmış şair Sərraf Şiruyə vəfat edib


Tarix:8-12-2015, 11:32 Kateqoriya:Manşet / Gündəm

Tanınmış şair Sərraf Şiruyə vəfat edibSərraf Şiruyə dekabrın 7-də axşam saatlarında Bərdə rayonunda vəfat edib. Bu barədə Karabakhmedia.az-a şairin yaxın qohumu Qılman İman xəbər verib.

Qeyd edək ki, Sərraf Şiruyə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Mərhumla vida mərasimi sabah yaşadığı Bərdə rayonunun Yeni Daşkənd kəndində keçiriləcək.

Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun ( Göyçə mahalı) Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeirə böyük maraq göstərmişdir.

1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.
1993-1997-ci illərdə dini mədrəsəni bitirmişdir.

Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H.B.Zərdabi" mükafatları laureatıdır.

15 noyabr 2007-ci ildə "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Vətənpərvərlik mövzusunda yazılmış şeirlərinə və poemalarına görə "Fəxri Fərman"ı ilə təltif edilmişdir.

Erkən yaşlarından yaradıcılığa başlayan Sərraf Şiruyə 1962-ci ildən dövrü mətbuatda şeirləri ilə çıxış edir. İlk çap olunan əsəri "Qəzet nəyimə gərək" şeiridir.
Şairin "Ola" rədifli gəraylısı şeir pərəstişkarlarının dillər əzbəri olmuşdur.

Sərraf Şiruyə Qarabağ müharibəsi döyüşçülərinin qəhrəmanlığından bəhs edən və vətənpərvərlik mövzusunda 15-ə yaxın poemanın müəllifidir.

Hər keçən gününü xoş keçir, könül,
Ya qismət, həmişə ola-olmaya!
Dosta bel bağlama, əcəl çatanda,
Bir anlıq gözləri dola-dolmaya.

Dünyanın şöhrəti nəyinə gərək,
Bir gün dayanacaq döyünən ürək.
İllərlə oduna yandığın mələk,
Əl atıb saçını yola-yolmaya!

Güvənmə dövlətə, güvənmə vara,
Ömür tükənəndə gəlməyir kara.
Çox da bel bağlama nazlı nigara,
Bir dəfə qadanı ala-almaya.

Gül-çiçək bəsləmə hicran bağında,
Qüssə görünməsin al yanağında.
Yüz dəfə “can” deyən yar dodağında,
Bir zavallı adın qala-qalmaya.

Şiruyə, gərdişdən çox gileylənmə,
Yaranmış belədir, hədyan söyləmə.
Hər fərsiz övlada ümid eyləmə,
Üstündə nişana sala-salmaya.

* * *
Gəl, əlvida deyək, ay ana yurdum,
Bir də görüşümüz gümana qaldı.
Bizim başımızdan qəzalar əsdi,
Sənin cənnət qoynun yamana qaldı.

Lilparlı bulaqlar, gündə yüz kərə,
Dönüb baxarsınız keçən günlərə.
Sən, ey Kəmənd dağı, ey Sarı dərə,
Əlacımız aha, amana qaldı.

Şiruyəyəm, dərdin çağlayan dəniz,
Görən pozulmayıb saldığım o iz?
Ana-bala kimi görüşməyimiz,
Tanrı verəcəyi fərmana qaldı.

* * *
Adətimdi - əzəlimdən,
Şan-şöhrətə uymamışam.
Tamah nədir, nəfs nədir,
Onu yaxın qoymamışam.

Həyata iz salsam da mən,
Murazımı alsam da mən,
Bu dünyadan doysam da mən,
Məhəbbətdən doymamışam.

Şiruyəyəm, şərə lənət!
Bəsimdi haqq verən qismət.
Hər yaylığı namus, ismət,
Papağı ər saymamışam.

* * *
Hər gələn insana bir qonaq evi,
Həm beşikdi, həm nənnidi bu dünya.
Çap atını sağa, sola o ki var,
Çox uzundu, çox ennidi bu dünya.

Çoxlarına qismət etdi qızıl tac,
Rüstəmzalı yerə vurdu, aldı bac.
Çulu cırıq, başı açıq, qarnı ac,
Baxın görün nə günnüdü bu dünya.

İlki, sonu, nəhayəti bilinmir,
Məhəbbəti, sədaqəti bilinmir,
Ay Şiruyə, bir hikməti bilinmir,
Açılmayan düyünnüdü bu dünya.


* * *

Bir günlük, beş günlük deyil ülfətim,
Mən ömür dostuyam, mən il dostuyam.
Peymanım təmizdi, ilqarım möhkəm,
Həm ürək dostuyam, həm dil dostuyam.

Zaman da sınasın, il də sınasın,
Vətən də sınasın, el də sınasın,
Eşqimə baş əyən gül də sınasın,
Əsil dostlarımın əsil dostuyam.

Eşit bu hikməti, Şiruyə, sən də!-
Dostluq bir ürəkdi iki bədəndə.
Belə tapşırıbdı atam gedəndə:
Mən nəvə, nəticə, nəsil dostuyam.


Ramil CƏBRAYIL










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"