Qarabag Media
Haqqımızda Əlaqə

Şamanın Tanrısı


Tarix:23-04-2019, 01:05 Kateqoriya:Manşet / Araşdırma

Şamanın Tanrısı Dədə Qorqudun qopuza, musiqi alətinə and içməsi, ondan irəli gəlirdiki, həyatda heç nəyə pənahı olmayan insan, musiqinin ecazkarlığında, gözə görünməyən qüvvənin təsiredici varlığını duydu. Bu ecazkarlığı duyan insan onu tanıdıqca həyatda bir ilahi qüvvənin varlığını tanımağa başladı və tanıdıqca onu and yeri seçdi. Tanrı ifadəsi tanımaq deməkdir (tanrı, tanqırı, tanıq, tanım, tanya və sairə).

Əsən küləyin budaqlardan süzülərək vıyıldaması, dartılmış kamanı titrəməsindən doğan səs insanı, o, səsin cazibəsinə salaraq, o səsi idarə etməsinə sövq etdirmişdir, Küləyin səsindəki vıyıltı, istər - istəməz insanin vicuduna siraət edir, onun hislərini, emosiyalarını özunə qatıb budaqlardan süzərək sonsuzluqlara aparır. Bu duyğu insanda həyatın əbədiliyinə, sonsuzluğa inam yaratdığından, insan özü onu budaqlarda süzmək marağı ilə alət düzəltmiş.

Musiqi, muğam, insanın məramını-emotsiysın dəyişən məqamdır-haldır və ya səsin cazibəsi kimi ifadə edilən magiyadır. Şamanın domburunun səsidə məqama çatmaq üçündür. Şamanda öz domburunu döyərək səsi titrədərək ruhu vəcdə gətirir. Səsin təsirini kəşf edən insan onun ritmi altında, ocaq başında dövrə vurub oynayadıqca başa düşdükü, onun vicuduna siraət edən səs onun sağlamlığınada yaxşı təsir edir. Əgər musiqi ruhun qidasıdırsa, ilahi qüvvədirsə tanrıdırsa,- demək, Dədə Qorqudun qopuza and içməsi onun tanrıya və onu tanıdana and içməsidir.

Hal-hzırda sorğu keçirilsə çoxları çörəyə and içməyi qopuza and içməkdən daha düzgün sayardı. Çörək qarnımızı doyurmaq üçün olan vasitədir, elə millətlər var heç çörək yemir-tanımır, belə çıxırki biz aclıq qorxusundan çörəyə and içirik. Əgər çörəyə, maddiyata sitaiş türkün əsgi inancından irəli gəlsəydi onda bu sitaiş hələdə şamanlığa-tanrıçılığa inanan türk xalqlarınında (Altay-sibir və Amerikanın yerli millətləri) inancında, dilində yaşanardı, halbuki onların çörəkdən isdifadəsi yox dərəcəsindədir, onda belə çıxır ki, çörəyə inanc İslam dini ilə türkün inancına daxil olub və çörəyədə quran deyərək and içməkdə yəqin bunu təsdiq edə bilən bir deyimdir. Məclislərdə, əsasən yas mərasimələrində çörəyə olan hörmətdə bu qəbildəndir, çünki yasda cəmiyyət daha çox İslamdır.

İnsanların dinə inancın doğulduğu mühit tənzimləyir. İsdər-isdəməz hər kəs, onun valideynləri, əhatəsi tərəfindən vadar eləyirki, o həyata özgələrinin gözü ilə baxmağa məcbur olsun. Məhz bu səbəbdəndir ki, hər kəs əksərən doğulduğu dini mühiti düzgün və mükəmməl sayaraq, özgə dini qurumun inanclarına bəlağətli yanaşır. Əgər belə olmasaydı, yəqin ki, insanlar sitaiş etdiyi dinlərdən qorxmazdılar və qarşılıqlı mübahisədə bir-birinin inacına hörmətlə yanaşaraq və düzgün məxrəc axdarardılar, ən aşağısı dinə qürur, ləyaqət kimi yanaşaraq qlınc gücünə kimin haqlı, kimin haqsız olmağını sübut etməyə cəhd etməzdilər.

Xuda, Allah sözündən fərqli olaraq, yalnız Tanrı sözü, türk dili sülaləsinə daxil olan millətlərin dilində mövcuddur. İnsan musiqinin səsindən xoş hal oldu, onu dərk etdi, tanıdı (tanrı) onun ruha təsirini ilahi qüvvə bildiyindən onu and yeri seçdi. İnsan ocağın işğında qaranlığı qovdu onun istisinə qızındı və onu qızındıran hissi ilahi qüvvə bildi, and yeri seçdi.

Avestadan bəhrələnən inanclar “dinlər”, iudaizm, xristianlıq, islam Avesdada qeyd olunan ifadəni; “Tanrının günəşdən seyr etməsini” inanclarının ümumi bəhsində istinad etsələr də, ancaq, insanların ağacdan yaranmasını Avesdada qeyd olunduğu kimi tanımadılar. Yəni insanın ağacdan yox, palçıqdan yarandığnı iddia etdilər. Bununla onlar Zərdüşün inancına kölgə saldılar və bu az imış kimi, Zərdüşü öz babaları elan etməklə onu öz soy kökündən qopardılar.

Özünü Zərdüşün övladı sayan peyqəmbərlər Musa, (İsa, Məhəmməd), Zərdüşün dedyinə zidd olaraq insanın palçıqdan yaranmasını iddia etməklə, şamanı fırıldaqçılıqda qınayaraq, şaman Zərdüşün övladlarını təqibə məruz qoydu. Tanrı (allah) insanı palçıqdan “ol” deyərək yaratması iddiası ilə, tanrını hissiyat – ruhi varlıqdan danışan, düşünən varlığa bənzətməklə, tanrıya forma, obraz verilməsi, tanrının tanınan varlığını tanınmaz etdi. Musanın (peyqəmbərin) Allahı (tanrını) görə bilməsi iddiası bir daha Allahın bənzəri təsvirin yaratdı və bu təsvir, Yunan çoxallahlığından fərqli olaraq bir Allahın olduğunu iddia etsə də, məzmun etibarı ilə yunan dini mifalogiyasından o qədərdə fərqlənmir.

Bu isə artq Zərdüşün tanıdığı Tanrı yox, xəyalda canlandırılan insana bənzər hansısa varlığın obrazın hər şeyin fövqündə olması demək idi. Çünki bu təsvir, Türkün, Zərdüşün, şamanın tanıdığı, dərk elədiyi Tanrı deyildi, Qorqudun qopuzunun səsınin, cazibəsi –magiyası deyildi, çünki, bu artıq tanrı deyildir.

Tartariyalıların mənəviyyatını oğurlamaq təkcə bununla bitmədi, bu yanıltmacın davamı olaraq, Zərdüşü şaman kürsüsündən qaldıraraq onu peyğəmbər elan edən yevrey,- (Tövratda) onu öz babası yevrey kimi öz mifalogiyasına daxil edərək türkün, tartarın (türk, tartar, troya tək tanrı ifadəsindən törəməsidi) kökünə daha bir balta vurdu. İnsanın palçıqdan bir “adəmdən” yaranması və Adəmin yevrey olması iddeyası, ona dəlalət edir ki, özünün bir atadan törənməsini zənn edən insan, yevreyi öz kökü qəbul edərək, öz dilini, qurban vermə məcburiyətində qalacaq, çünki, Adəmin Misirdə palçıqdan Allah tərəfindən yaranmasını qəbul edən hər kəs, onu, (yevreyi, ərəbi) öz babası qəbul edərək, babasının dilində danışmağa üstünlük verəcək və yevreyləşməyə və ya ərəbləşməyə doğru asimliyasiya edəcək, necə ki, etməkdədir.

Hətda öz tarixini nisbətən bilən türk tarixçisi indiyə qədər, Nuhun, Zərdüşün, İbrahimin kimliyi sorumunda, nə yevrey, nə ərəb, (nə fars) tarixçiləri qarşısında heç bir iddia qaldırmayıb. Bir soruşan yoxdur ki, axı Nuh, Zərdüş, İbrahim türk torpağında doğulduğundan irəli gəlirki, bu torpaqda onların adıyla bağlı yerlər, yazılar, dastanlar, şerlər, bayramlar yaşanır.

Yaxın zamanlara qədər dünyanın Novruz bayramından, Zərdüşün doğumu ilə bağlı onun yaratdığı təqvimdən xəbəri yox idi, çünkü Novruz yalnız türk (Tartariya) xalqlarının folklorunda, adətlərində yaşıyaraq, İslam-Xristian mühacirətdən idı. Əlbətdə yevrey bu bayram barədə bilsəydi, onu nəinki UNESCO-nun irsi kitabına, onu Tövratada daxil edərdilər, necəki islamçılar buna cəhd etməyə çalışırlar və Dədə Qorqudun bir çox yozumlarını İslam düşüncə formasında təbliğ edillər.

İlahə HƏSƏNLİ
_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar