Qarabag Media
Haqqımızda Əlaqə

Naqif Həmzəyev kimin tərəfindədir: Stalinlərin, Orconokidzelərinmi, yoxsa müstəqilliyinmi


Tarix:7-12-2015, 05:27 Kateqoriya:Manşet / Yazarlar

Naqif Həmzəyev kimin tərəfindədir: Stalinlərin, Orconokidzelərinmi, yoxsa müstəqilliyinmi

Boran ƏZİZ
Gəncə sözü xalqımızın şuraltı qatlarında və milli şuurunda yadellilərə qarşı əldə silah sona qədər mübarizə aparıb şərəflə ölmək, qrurulu məğrur yaşamaq simvolu kimi daxil olmuşdur. Bu şəhərdən olan Cavad xan, xalqımızın ant yerlərindən, milli qəhrəmanlarından, birinə çevrilmişdir. Bu şəhər Cümhuriyyətimizin torpaqlarımızada ilk fəaliyyətə başladığı mərkəz kimi də yaddaşlarda özünə yer etmişdir. Məhz cümhuriyyət Gəncədə fəaliyyətə başlarkən Bakının yadelli işğalçılardan azad olması və ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda xalqı səfərbərliyə almış və bu şərəfli uğurla başa çatdırmışdır. Sovet işğal rejiminə qarşı da ən böyük üsyan məhz Gəncə şhərində baş vermişdir. Onun əhəmiyyətindən danışərkən Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi ki, “Bu üsyan Azərbaycan xalqının namusunu xilas etmişdir”. Buna görə də vətənizmi işğal eədn yadellilər həmişə bu şəhərin adını özgələşdirməyə və onu xalqın yaddaşlarından silməyə cəhd göstərmişdir. Gəncə həm də Azərbaycan xalqının formalaşması ilə bilavəsitə bağlı olan yurd yerlərimizdən biridir. (Bu barədə daha geniş bilgi üçün: “İstiqlal Tarixində Gəncə: Əzəli və şanlı adın bərpası uğrunda mücadələyə bir baxış”)

Təəsüf ki, belə bir şəhərdən peyda olan deputat Cümhuriyyətimizin qurucusu, Azərbaycanı vətən, Bakını paytax edən tarixi şəxsiyyətlərdən biri haqqında xoşagəlməz ifadələr işlətmişdir. Amma, .... karvan keçər. Sovet işğaldövründə M.Ə.Rəsuzadə və onun silahdaşlarını böhtan atılmasının anlayışla qarşılayırdıqsa, amma indiki müstəqillik dövründə bu çox ağrıdıcıdır. 1922-ci ildə Türkiyəyə mühacirətə getdikdən sonra M.Ə.Rəsuzladə, bolşevik rejiminə qarşı mübarizəni gücləndirmək məqsədi ilə bir sıra təşkilati işlər həyata keçirdi. Əli bəy Hüseynzadənin ön sözü ilə “Azərbaycan Cümhuriyyəti” əsərini, “Yeni Qafqaziya” qəzetini nəşr etdirdi. Bu işlər, Sovet işğal rejiminin əsl mahiyyətini üzə çıxarır və bolşeviklərin işğalçı məqsədlərini açıb göstərirdi. Bu əsər xaricdə çox böyük marağa səbəb oldu. Ona görə də həmin dövrdə Azərbaycan və SSRİ rəhbərliyi mühacirətdə olmasına baxmayaraq,. M.Ə.Rəsulzadənin bu fəaliyyəti işğalçı rejimin rəhbərlərini ciddi təşfişə salmışdı. Moskvanın Azərbaycandakı işğalçı siyasətinə rəhbərlik edən Q.Orconikidze 1923-cü ilin yayında keçirilən Bakı kommunistlərinin XII konfransında Azərbaycan siyasi mühacirətinin Türkiyə və İrandakı fəal siyasətinə toxunaraq demişdir: “Müsavatçılar bolşeviklərin milli məsələdə həyata keçirdikləri siyasətişərq xalqalrının gözündə etibardan salmaq istəyiridlər. Onlar sübut etmək istəyiridlər ki, bu gün müstəqil bir Azərbaycan yoxdur, Azərbaycanı idarə edənlər ruslardır”. Azərabycan FK-ın (Ç.K-nın) sədri M.Bağırov da bu təbliğat kompaniyasından geri qalmamış və narahtlığını dilə gətirərək demişdir: “Azərbaycan əksinqilabçıları M.Ə.Rəsulzadənin ətrafında toplaşaraq öz irticaçı fəaliyyətlərinə başlamışdılar. Fürsət tapdıqca fəhlə-kəndli şura hökumətinə zərər curmağa çalışırdılar.” Ancaq bu təbliğatlar sovet rəhbərliyi qane etməmiş və ona görə 1923-cü il sentyabrın 16-da Stalin Musabəyova, Mirzəyana, Axundova, Kirova və Orconikidzeyə məktub yazaraq M.Ə.Rəsulzadəyə qarşı şantaj və böhtan taktikasını necə aparmaq barədə təlimat vermişdir. Təlimatda deyilirdi:

“M.Ə.Rəsulzadəyə qarşı cavab broşürasının ümumi tonu hücum xarakteri daşımalıdır. Yəni qətiyyən haqq qazandırmaq və müdafiə etmək olmaz. Əksinə Rəsulzadəyə hücuma keçmək lazımdır. Onu günahlandırmaq lazımdır:

1. Reneqatçılıqda ( o əvvəllər bolşevik olmuşdur);

2. Türk xalqının mənafeyinə xidmət etməkdə ( o və onun partiyası olan Müsavat türk xalqına köməyə gedən Qırmızı ordunun Azərbaycana gəlməsinə müqavimət göstərmişdir);

3. Azərbaycan xalqının mənafeyinə xəyanət etməkdə ( o və onun partiyası Azərbaycan kəndlilərinin bəylərinin zülmündən tam azad edilməsinə mane olmuşdur);

4. Şərq xalqalrının mənafeyinə xəyanət etməkdə ( o və onun partiyası müstəmləkə və asılı ölkələrin qəddar düşməni olan İngiltərəyə nökər kimi qulluq etmişlər, Şərqdə azadlıq hərəkatının dayağı və bayraqarı olan sovet respublikaları proletariatına qarşı çıxış etmişlər);

5. Müsavat dövründə erməni-tatar qırğınını təşkil etmişdir ( buradaca onu Azərabycanın Purişkeviçi adlandırmaq);

6. Şamxor qırğınını törətməkdə (elə buradaca onu Azərabycan qırğıçısı adlandırmaq). Birbaşa demək lazmdır ki, Rəsulzadə Azərbaycan proletariatını və Azərbaycan ziyalılarını aldadır. İnandırı ki, Müsavatdan sonra xalqa mədəniyyəti iflasa uğramışdır (faktlar və rəqəmlər gətirin, müqayisəli taktikanı verin).

Birbaşa demək lazımdır ki, Rəsulzadə geri qalmış, avam, orta əsr utopisidir. O, belə belə bir sadə faktı bilmir ki, dünya iki əsas düşərgəyə bölünmüşdür: sovet respublikalarının düşərgəsi və imperialsit dövlətlərin düşərgəsi. Əzilən xalqalar ya bir, ya da digər düşərgəyə keçməlidirlər. Ya sovet respublikal tərəfində durub imperializmə qarşı, ya da imperializim tərəfində durub sovet respublikalarına qarşı durmalıdırlar.

Üçüncü mövqedə durmağa çalışanlar ya imperializim xeyrinə üçüncü mövqenin olmaması və həyata keçirlməsi haqqında saxta ifadələrlə əzilən xalqalara xəyanət edirlər, ya da avam əlkimyaçı və utopik keşiş, vecsiz və arxasız millətçi olurlar. Yalnız tamam axmaq adamalr təsdiq edə bilərlər ki, burjua Rusiyası olduqda azad Türkiyə, azad İran, azad Azərbaycan və b. düşünmək olar. Yalnız tamam axmaqlar unuda bilər ki, burjua Rusiyası Türkiyə və İranın hesabına və yalnız İngiltərə ilə və b. imperialist dövlətləri ilə ittifaqda genişlənmişdir ( və genişlənəcəkdir).

Düşünürəm, bütün bu ( cə buna bəzər) tezislər nəzərə alınarsa onda borşüra tamamilə qanedici olar!”.


Göründüyü kimi, müstəqil Azərbaycanda xalqımızın cəlladı olan Orconikidzelərin, Mirzəyanların, Stalinlərin mənəvi övladları bugün də Azərbaycan İstiqlalını canı qədər sevən onun uğrunda canlarını qurban verən dahi şəxsiyyətlərin xidmətlərini heçə endirmək və danmaq xülyasına düşüblər.... Tarix fakültəsini qurtarmış bu gəncdən soruşmaq istəyirəm, əgər stalin kimi bir despot, sovet kimi insanların qəmzəsi əlin kəsən bir rejim, M.Ə.Rəsulzadənin adını xalqın qəlbindən silə bilmədisə ona olan sevgini yox edə bilmədisə, sən kimsən ki, ay yazıq onu gözdən salmaq xülyasına düşmüsən....

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”