Qarabag Media
Haqqımızda Əlaqə

Qəlbi həsrət yüklü şair


Tarix:6-12-2015, 08:40 Kateqoriya:Manşet / Yazarlar

Qəlbi həsrət yüklü şair

Sultan HÜMBƏTOV
Doğrusu illərdir Qasımuşağı obası və onun ətrafında keçmişdə və son dövrlər baş verənlər üzərində müxtəlif araşdırmalar aparır, öz maraq və həvəsimi özünəməxsus şəkildə həyata keçirməyə çalışırdım. Bu səbəbdən də getdiyim hər yerdə (istər xeyir, istərtsə də şər mərasimlərində) bu məsələ ilə bağlı fikir və məlumatları yaşlı və gənc nəslin nümayəndələri ilə müzakirə etməyə çalışırdım.

Beş-altı il bundan əvvəl Bərdə rayonunda iştirak etdiyim yas mərasimindən geri dönürdüm. Dəmir yol vağzalına vaxtından xeyli əvvəl çatdım. Bu səbəbdən də gözləmə zalında qatarın gəlməsini gözləmək üçün bir xeyli ləngiməli oldum. Təsadüf nəticəsində həmsöbət olduğum şəxslə tanışlıq zamanı onun əslən Laçınlı olduğunu bildim. Mənimlə sanki yüz illərin tanışı kimi davranan, çox mehriban, sadə xarakterə malik olan Məhiyyədin (Məhiyyədin Şahbazov) müəllimlə bir az da yaxından tanış oldum. O, Bərdə rayonununda anadan olmuş burada böyüyb boya-başa çatmışdı. Məhiyyədin müəllim Cumalar kəndində müəllim kimi çalışırdı. Onun əslən Laçın rayonunun İpək kəndindən olduğunu bilincə isə öz maraqlarımı gizlədə bilmədim. Ondan Kavanlı tayfası haqqında nələri bilib-bilmədiyini soruşdum. Sualıma bir az aydınlıq gətirən həmsöhbətim mənə söz verdi ki, sizi yaxın zaman kəsiyində axtardığınız məlumatlarla zəngin biliyə malik bir şəxslə — Bəxtiyar müəllimlə tanış edəcəyəm. Onuda qeyd etdi ki, "bunun üçün həmin şəxsin razılığını aldıqdan sonra ya birlikdə görüşüb söhbət edərik, ya da telefon nömrəsini sizə verərəm özünüz görüşüb dərdləşərsiniz".

Bir müddət keçmiş mənə zəng edən Məhiyyədin müəllim Bəxtiyar Kavanlının ev telefon nömrəsini mənə söylədi. Elə ilk tanışlıqdan hiss etdim ki, Bəxtiyar müəllimində bu mövzuya marağı böyükdür. İlk gördüyümdən bu insanın vətənpərvər, yurd həsrətli, doğma ocağa coşğun şəkildə qovuşmaq istəkli, şair təbiətli birisi olduğunu duydum. Bəs biz bu şəxsiyyət haqqında nələri bilirik?

Bəxtiyar Bəhmən oğlu Bəxtiyarov 15 sentyabr 1944-cü ildə Laçın rayonunun İpək kəndində kolxozçu ailəsində andan olub. 1951-ci ildə İpək kənd ibtidai məktəbinin 1-ci sinfinə daxil olmuş və 1955-ci ildə həmin məktəbin 4-cü sinfini bitirmişdir.

1955-1957-ci illərdə Bülüldüz kənd natamam orta məktəbinin V-VII siniflərində oxumuşdur. VIII sinfi Ərdəşəvi kənd məktəbində oxuyan Bəxtiyar Bəxtiyarov IX-XI sinifləri isə Vağazin kəndində oxuyur və 1964-cü ildə həmin məktəbi müvəffəq qiymətlərlə bitirir.

1964-cü ilin payızında Sumqayıt şəhər Kimya Texnologiya texnikimuna daxil olur və həmin ilin sonunda hərbi xidmətə yola düşür. Müxtəlif kiçik rütbələr alan Bəxtiyar Bəxtiyarov yaxşı xidmətinə görə “ehtiyatda olan zabitlər” kursunda təhsil almağa göndərilir. 1967-ci ildə ordudan təxris olunur. Ordudan qayıdan və ehtiyatda olan baş leytenant Bəxtiyar Bəxtiyarovun ali təhsil almaq marağı onu təhsilini texnikumda davam etdirmək fikrindən daşındırır. Bu məqsədlə 1968-ci ilin yanvarından Bakı şəhərində tikintinti idarələrindən birində fəhlə kimi əmək fəaliyyətinə başlayır. Nəhayət 1970–ci ildə Bakı şəhərində V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) müvəfəqiyyətlə imtahan verərək Coğrafiya fakultəsinə daxil olur. Bir il əyani oxuyan Bəxtiyar doğma yurdda ona ehtiyac olduğnu duyduğu üçün təhsilini qiyabi davam etdirməyə məcbur olur. Beləliklə 1971–ci ildə Laçın rayonuna geri qayıdan Bəxtiyar Bəxtiyarov elə həmin ilin sentyabr ayından Laçın rayonunun Ərdəşəvi kəndində Pioner baş dəstə rəhbəri kimi pedoqoji fəaliyyətə başlayır. Öz peşəsinin vurğunu olan Bəxtiyar müəllim ixtisası üzrə əmək fəaliyyətinə davam edir və V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu müvəffəqiyyətlə başa vurur.

1977-78-ci tədris ilində Bülüldüz kənd natamam orta məktəbində çalışmağa başlayır. Yaxşı əmək fəaliyyəti göstərdiyi üçün Bəxtiyar müəllim bu təhsil müəsisəsində məktəb direktoru vəzifəsinə qədər yüksəlir və 1980-ci ilə qədər bu vəzifədə çalışır.

1980-81-ci tədris ilindən Bülüldüz kənd natamam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra etməyə başlayır.
1986-cı il də Azərbaycan Xalq Maarifi Nazirliyi (indiki Azərbaycan Respublikası Təhsil Nazirliyi) tərəfindən Bəxtiyar müəllimin pedaqoji fəaliyyəti qiymətləndirilərək ona "Baş müəllim" adı verilmişdir.

1992-ci ilin mayın 18-də Laçın rayonu Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildi. Yaşadığı yurdu tərk etməyi bacarmayan Bəxtiyar müəllim 3 gün kənddə tək yaşamalı oldu. Sonda qohumlar onun arxasınca gəlib xeyli çək-çevirdən sonra onu yola gətirdilər. Həmin vaxtdan etibarən Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsində məcburi köçkün kimi məskunlaşdı. Bununlada Bəxtiyar müəllimin həyat yolunun əzablı, yurd-yuva həsrətli günləri başladı. Yurd-yuva itirənlərin ağır dərdlərə tuş olduğunu yalnız bu dərdə düçar olanlar bilər — söyləməyim burada bəlkədə yerinə düşər.
Vətən həsrəti çəkən, didərginlik ömrünü yaşayan Bəxtiyar müəllim:

Gözlərim yoldadı, bir marş oxuna,
Bir cəngi çalına, təbil vurula.
Səfərbər olunaq, müntəzir duraq,
Gedək Qarabağa, gedək döyüşə.

Sarılaraq silaha bir nəfər kimi,
Düşməndən bac alaq ərən, ər kimi.
Şəhidlər qanını yerdə qoymayaq,
Gedək Qarabağa, gedək döyüşə...

söyləyir.
Qəlbi həsrət yüklü şair
Bu arzularını həyata keçirmək istəyi isə çoxda asan deyildi. 1992–ci ilin may ayının sonundan iyun ayının əvvəllərinə qədər xeyli əmək sərf edərək bir qrup könüllü döyüşçü toplayan Bəxtiyar müəllim taqım komandiri təyin edilir. İyun ayının axırında 45 nəfər könüllü döyüşçü ilə birlikdə Laçının müdafiəsinə yollanır. Taqım komandiri kimi hərbi əməliyyatlara başlayan Bəxtiyar Kavanlının ilk döyüş yolu doğma ata yurdu Bülüldüzdən başladı. Bəxtiyar müəllimin dəstəsi Pircahandan kəsə yolla aşağı enib Bülüldüzə doğru irəliləyirdi. Dəstə kəndin yuxarı hissəsində özünə mövqe seçdi. Yuxarıdan baxanda kəndin hər tərəfi çox aydın görünürdü. Bəxtiyar müəllimə tanış olan bu əraziləri nəzərdən keçirən zaman kəndin aşagısında olan sahədə yad insanlar olduğunu sezdi. İlk öncə bütün əsgərlər bu barədə məlumatlandırıldı. Onların kimliyini müəyyənləşdirmək üçün bir az yaxın məsafəyə hərəkət etmək lazım gəldi.

Yaxınlıqda azərbaycanlı əsgərlər olduğunu hiss edən düşmənlər onları atəşə tutdular. Bax beləcə, Bəxtiyar müəllim düşmənlə ölüm-dirim savaşına atıldı. Onun söyləməsindən məlum olur ki, özündən aslı olmayaraq düşmən üzərinə yeriyən zaman sanki doğma ata-baba yurdu onu səsləyir, düşmən tapdağından azad olunmağa çağırırdı. Ölümü düşünmədən Vətəni azad etmək üçün saatlarla düşmənlə üz-üzə qələbə əzmi ilə döyüşən döyüşçülərimiz sonda öz arzularına çatdılar. Döyüşün sonunda 13 canlı qüvvə və xeyli hərbi sursat itkisi verən düşmən geri çəkildi, Bülüldüz kəndi düşmən tapdağından azad edildi.

1992-ci ilin oktyabr ayında Bakı şəhər Sabunçu rayonunun ərazisində, Bakı şəhər 68 saylıorta məktəbin nəznində təşkil olunmuş Laçın 3 saylı orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətini davam etdirir. 2011-ci ilin avqust ayından etibarən təqaüdə çıxır.

Bu günə qədər Bəxtiyar Kavanlının dörd kitabı çapdan çıxmışdır: “Ömür vəfa etsə”, “Payız çiçəkləri”, “Dağlar bizi gözləyir” və “Dəryadan bir damla”. 1964-cü ildə “İlk dəfə səs verəcəyəm” adlı şeri ilə yaradıcılığa başlamışdır. Bu şer Laçın qəzetində çap olunur. Bəxtiyar Kavanlının Vətən həsrətli, yurd sevgili, qələbə ruhlu şeirlərini oxuyan hər bir kəs məftun olur. Şeirlərində daha çox klassikliyə üstünlük verən şairin dil üslubu sadə və çox rəvandır. Şair Bəxtiyar Kavanlı şeirlərinin mövzuları sadəcə ömür-gün sürdüyü həyatdan deyil, eləcə də ürəyinin yanğısından, qəlbinin göynərtisindən qaynaqlanmışdır.

Qəlbi həsrət yüklü şairHəmçinin Bəxtiyar Kavanlı 1984-cü ildən başlayaraq “Tarix, İctimaiyyət və Coğrafiya tədrisi”, “Azərbaycan təbiəti”, AMEA-nın Nizami adına İnsitutunda dərc olunan “Xalq və etnoqrafiya” jurnallarında, eləcə də “Azərbaycan müəllimi”, “Laçın” qəzetlərində müxtəlif elmi-pedaqoji yazılarla çıxış etmişdir. 2009–cu ili Bəxtiyar Kavanlı yaradıcılığının çiçəkləndiyi dövr hesab etmək olar.
Bəxtiyar Kavanlı ailəlidir. 2 oğul, 2 qız övladı böyüdüb boya-başa çatdırıb. 5 oğlan, 2 qız nəvəsi olan Qarabağ müharibəsi veteranı, şair Bəxtiyar baba “ömür” adlı atını torpaq həsrəti, yurd harayı, dağların hayqırtısı ilə yükləyib narahat dünyamızın keşməkeşli yollarında səyirtməklə özündə bir təsəlli tapır. Bəxtiyar müəllimə "gələcək planlarınız varmı?" — sualını verdikdə; “Sağlıq olsun, əgər yaşasaq yeni yazı-pozumuz olacaq” — söylədi. Biz isə kövrək, həsrət dolu, yurd niskilli qəlbi olan Bəxtiyar Kavanlıya gələcək həyatında Laçınlı günlər və yaradıcılıq yollarında uğurlar arzulayaq!

"Laçın yurdu" jurnalı
P.S. Yazı çap olunduqdan sonra şairin “Nərgiz” nəşriyyatı tərəfindən çap edilmiş “Laçınlı günlərim” adlı kitabı ilə oxucuların görüşünə gəldmişdir.










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu