Qarabag Media
Haqqımızda Əlaqə

Suriya "bataqlığındakı" Türkmən dağı


Tarix:5-12-2015, 06:00 Kateqoriya:Manşet / Yazarlar

Suriya "bataqlığındakı" Türkmən dağı Hazırda dünya mediasının gündəmindən düşməyən Rusiyaya məxsus SU-24 tipli qırıcı təyyarəsinin Türkiyə hava məkanını pozduğuna görə, Türkiyə hava qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi tərəfindən vurularaq məhv edilməsi, bir çox suallara aydınlıq gətirilməsini tələb edir. Görəsən, bu insidentə səbəb doğrudanmı Rusiyanın sərhəddi keçməsi oldu yoxsa, ABŞ-ın həddi?

Əslində bu gün Suriyada, həmçinin bütün Yaxın Şərqdə baş verənlərin səbəbini ABŞ-ın və Qərbin təkcə Bəşər Əsəd rejimini devirmək niyyətində olması kimi yox, onların bu ölkələri öz siyasi təsirlərinin əsirinə çevirmək istədiklərini desək daha doğru olar.

Yaxın Şərqdə baş verənləri incələyəndə güman etmək olur ki, "dünya şöhrətli demokratiya bağbanı" ABŞ, düşünülmüş plan üzrə "incə Şərq işinə" "Ərəb baharı"nı gətirməklə, Tunisdən əkməyə başladığı ağacların meyvəsini ən azı Türkiyədə yığacağına ümid edir. Yəni, ABŞ Tunisi, Liviyanı, Misiri öz əlinə keçirdikdən sonra, Suriyanı, İranı və sonda heç şübhəsiz ki, NATO-da müttəfiqi olmasına baxmayaraq Türkiyəni də tamamilə parçalayaraq öz nəzarəti altına alacaqdır. Təbii ki, İraq və Əfqanstanın bu mənada bağı çoxdan urrandığından onlar barədə danışmağa dəyməz.

Amma burada ABŞ-ın Rusiya ilə qeosiyasi maraqlarının toqquşmasından başqa, həm də müsəlmançılıq amili çox böyük rol oynayır. Əgər dünyanın qlobal problemlərinin siyahısına diqqət yetirsək, istiləşmə, soyuqlaşma, narkomaniya, ətraf mühitin çirklənməsi və digər problemlərlə yanaşı, həm də demoqrafiya probleminin mövcud olduğunu görərik. Bu isə Qərbi olduqca narahat edən ən böyük problemlərdən biri, bəlkə də birincisidir. Hələ bir neçə il bundan öncə demoqrafiya problemini araşdıran fransalı mütəxəssislərin hesablamalrına görə, təbii bioloji artım nəticəsində 2035-ci ilədək Fransada yaşayanların 90%-nin müsəlman etiqadının daşıyıcıları olacağını deyirdilər. Heç şübhəsiz ki, yaxın gələcəkdə bütün Avropanın müsəlmanlaşacağından ehtiyatlanan və islamafobiya xəstəliyindən əziyyət çəkən ABŞ, Qərb, eləcə də bütün Avropa bu üzdən illər uzunudur öz strateji müttəfiqi olan Türkiyəni Avropa Birliyinə üzv qəbul etmək istəmir. Yeri gəlmişkən, SİA-nın məlumatına görə, bu haqda ABŞ-ın öndə gedən qəzetlərindən olan “Wall Street Journal”ı da yazır ki, “Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində ən böyük əngəl bu ölkənin müsəlman əhaliyə sahib olmasıdır”. Bununla yanaşı, Suriya və bütövlükdə Yaxın Şərqdən Avropaya üz tutan qaçqın axınının qarşısını tikanlı məftillərlə kəsmələrinin də səbəbi məhz budur desək, zənnimcə yanılmarıq. İslam dinini gözdən salmaq istəyən və müsəlmanları bir-birinə qırdıran ABŞ və Qərb, İŞİD-i yaratmaqda şübhəli göründüyünü artıq gizlədə bilmir. İraq ordusunun keçmiş döyüşçülərinin İŞİD-də yer almaları bu gün heç kimə sirr deyil. Çünki Suriyada 5 ildir ki gedən vətəndaş, eləcə də məshəb müharibəsinin bitməməsi, məhz bu ölkələrin İŞİD-ə dəstəyi nəticəsində duruş gətirdiyi fikrini ortaya qoyur. "Türkiyə İŞİD terrorçularını dəstəkləyir" deməklə, təəssüf ki, Rusiyanın baş naziri D.Medvedev, bu "dəstəyi" Türkiyənin adına yazır.

Türkiyəni Suriya bataqlığına sürükləməyə cəhd edən "müttəfiqlər"in, Rusiya ilə Türkiyə arasında son 20 ildə yaranan iqtisadi-siyasi və digər əlaqələrə görə qısqanclıqla yanaşmasından irəli gəldiyini də güman etmək doğru olardı. Düzdür, burada həm İraqda, həm də Suriyada yaşayan Türkmən amilini unutmaq olmaz. Amma görünür Türkiyə Suriya "bataqlığına" ABŞ-ın təsiri və təkidilə yön aldığından Türkmənləri "Türkmən dağı"na bu mənada özü çıxarmış oldu. Təbii ki, dağa çıxan Türkmənlər yaylağa dincəlməyə yox, məhz dərddən çıxmış oldular.

ABŞ, Yaxın Şərqi oynaya-oynaya heç bir maneə olmadan öz nəzarətinə alsın deyə, Rusiyanı bilərəkdən Ukrayna oyununa salaraq onun burada başını qatmasına ümid etməsi də mümkün olan gümanlardandır.

Əslində, ABŞ və Qərb tərəfindən həm İrana, həm də Rusiyaya qarşı tətbiq etdikləri iqtisadi-siyasi sanqsiyalar gözlənilən səmərəni vermədiyindən onlar hələ ki, Yaxın Şərq planını "uğurla" başa vura bilmirlər. Bu arada onu da qeyd edək ki, bu gün Rusiyanın Suriyaya atdığı raket zərbələri və bombardmançı təyyarələrdən tökdüyü bombalar, elə bəlkə də onun ABŞ-ın üstünə tökdüyü sanqsiya acığıdır.

Bu gün Suriyada baş verən son siyasi hadisələrin fonunda Türkiyə Suriya savaşına girməyin artıq bir addımlığındadır. Hansı ki, bu, Türkiyə ilə nəinki Suriya və Rusiyanı birbaşa üz-üzə, həm də İran, eləcə də müəyyən mənada Çinlə üz-üzə qoyacağı etimalını yaradır. Çünki Çində olan Uyğur probleminə görə Türkiyə Çin münasibətləri heç də arzu olunan səviyyədə deyil. Hələ əsas təhlükə ondan irəli gələ bilər ki, Türkiyənin müttəfiqləri onu bu cəbhədə tam olmasa da, zəiflətmək və Türk qüdrətini əzmək üçün müəyyən vaxta qədər tək buraxsınlar. Buna isə əsas kimi Su-24-ün Türkiyə tərəfindən vurulması ilə bağlı NATO-nun təcili toplantısında bu bloka üzv dövlətlərin ümumi sözlərlə qətiyyətsiz şəkildə çıxış etməmələrini misal gətirmək olar.

Təbii ki, əgər Türkiyəyə müttəfiq olan bu dövlətlər, onu Rusiya ilə tək başına qoysalar vəziyyət heç də ürək açan olmayacaq. Artıq bu insidentə görə Rusiya ilə Türkiyə arasında son 20 il ərzində qurulmuş bütün körpülər yandırılmaq üzrədir. Tarixin təsdiq etdiyi olaylara əsaslansaq, yaranmış bu "əlverişli" siyasi şəraitdən həmişə olduğu kimi ən çox ermənilər bəhrələnə biləcək. Bu arada qeyd edək ki, rusiyalı müxalifətçi Aleksey Novalnıy öz Bloqunda bu hadisədən söz açaraq, ilk növbədə qondarma "erməni soyqırım"ını tanımaqda Rusiya üçün indi ən yaxşı məqam olduğunu deyərək, Rusiya tərəfindən qondarma "soyqırım"ın rəsmi tanınmasını təklif edib. O, bunu Türkiyə tərəfi üçün siyasi cəhətdən ən ağrılı yer olduğunu vurğulayaraq həm də Fransada olduğu kimi - "soyqırım" faktını inkar edənləri cəzalandırmaq lazım olduğu təklifini də irəli sürüb. Üstəlik, "soyqırım"ı tanımayan ölkələri qınamaq lazımdır kimi fikirlər də səsləndirib. Artıq Rusiya Duması tərəfindən qondarma "erməni soyqırım" məsələsinin gündəmə gətirildiyi və onu inkar edənlərə qarşı cinayət açılacaq kimi qərar qəbul olunması barədə qanun layihəsi hazırladıqlarını bildiriblər. Liberal Demokratlar Partiyasının sədri V.Jirinovskinin Türkiyədə Kürdlərin müstəqilliyini tanımaq və ermənilərə Türkiyədə olan "öz" torpaqlarını azad etmək imkanı vermək lazım olduğunu deməsi isə, bütün hallarda rus siyasətçilərinin "Rusiyada əlyazmalar yanmır" deyiminin istədikləri məqamda həm soldan sağa, həm də sağdan sola oxumaları deməkdir. Çünki, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasında Permyakov olayı ilə bağlı ermənilər hay salanda və Rusiya bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb edəndə, rusiyalı tarixçi və siyasətçilər məhz bu deyimi dillərində şüar etmişdilər.

Rusiya prezidenti V.Putinin rəsmi Türkiyənin Moskvadan üzr istəməsi və vurulmuş təyyarəyə görə təzminat ödəməsi deməsi indiki halda "yaranın" isti olduğundan başa düşüləndir. Amma Türkiyə prezidenti R.T. Ərdoğanın ona cavab olaraq sərhəd pozan tərəfin üzr istəməli olduğunu deməsi isə tam məntiqə uyğundur.

Təbii ki, Türkiyə prezidenti R.T.Ərdoğan ölkəsinin hava məkanının pozulması ilə əlaqədar NATO-nun toplantısında çıxış edərkən, "Türkiyənin özünün təhlükəsizliyini qorumaq hüququna hamı hörmət etməlidir" deməklə, bütün dünyaya bəyan etdi ki, hər bir müstəqil dövlətin sərhəddi toxunulmazdır.

Etiraf edək ki, Türkiyə və Rusiya arasında yaranmış bu xoşagəlməz siyasi vəziyyət Azərbaycan ictimaiyyətinin bu olaya necə münasibət bildirməsi baxımından müəyyən çətinliklər yaradaraq cəmiyyəti qütbləşməyə sövq edir. Nəzərə alsaq ki, dünyada bu kimi siyasi gərginliklər olur və bir müddətdən sonra tədricən öz həllini tapır, o zaman Azərbaycan cəmiyyətinə təmkinli olmaqdan başqa heç bir şey qalmır. Zənnimcə, bu məqamda insidentin həllini zamanın öhdəsinə buraxmaqla müəyyən qədər soyuqqanlı davranmaq daha yaxşı olardı. Unutmaq lazım deyil ki, populist və lirik çıxışlar bizi həm qardaş Türkiyədən, həm də yaxın qonşumuz olan Rusiyadan incik sala bilər. Güman etmək olar ki, bizim cəmiyyətin indiki məqamda soyuqqanlı davranışı şübhəsiz ki, Türkiyə və Rusiya tərəfindən anlaşılan olacaq. Çünki, Azərbaycanın biləklərinin Qarabağ adlı "qara bağla" bağlandığını hər iki tərəf yaxşı bilir.

Yeri gəlmişkən, atv.az-a görə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Twitter səhifəsində - "Azərbaycan təəssüf edir ki, Türkiyə-Rusiya əlaqələri belə gərginləşib.Türkiyə bizim ən yaxın müttəfiqimizdir, eləcə də Rusiya bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə Azərbaycanı tarixi əlaqələr bağlayır. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işində öz töhfəsini verməyə hazırdır" yazması, Azərbaycan rəsmisinin mövcud insidentlə bağlı ən doğru münasibət kimi qiymətləndirilməlidir.

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"