Qarabag Media
Haqqımızda Əlaqə

"Kimliklərin" antoqanist ziddiyyəti


Tarix:5-12-2015, 05:23 Kateqoriya:Manşet / Yazarlar

"Kimliklərin" antoqanist ziddiyyəti

Dr. Ağasəlim HƏSƏNOV

Dünyanın bugünkü siyasi, mədəni və ideoloji mənzərəsi çox mürəkkəbdir. Müasir dünya fərqli baxışlara malik "Kimliklər"in ziddiyəti və bu ziddiyətdən doğan "əqidələr savaşına" tamaşa etməkdədir. Bir tərəfdə din pərdəsi altında ifrata varmış mühafizəkar baxışlarla yüklü din və ya əqidə kimliyi, digər tərəfdə hər hansı bir etnosa mənsubluqdan eyforiya hisslərinə qapılmış milli kimlik , əks tərəfdə isə dünya vətəndaşı olmaq istəyən qlobal kimlik... müsir dünya insanı sanki bu üç kimlik arasında seçim etmək zorundadır. Əvvəlcə bəşər övladının dini, milli, dünyəvi baxışlarından qaynaqlanıb və zaman-zaman mənimsəmiş olduğu "Kimliklər" haqqında:

1.Dini kimlik - qısaca desək, hər hansı bir dinə mənsubluqdur.

Ehtimal ki, bəşər övladının ilk qazandığı kimliyi onun qəbul etdiyi dinlə əlaqədar olub. Məsələn, Adəm övladı, İbrahim ümməti, Musa qövmü, Xristian ,Müsəlman və s. Yer üzünə bir-birinin ardınca gəlmiş peyğəmbərlər Tanrının insana daha yeni kurallarla yaşama mesjını çatdırırdılar. Bu mesajları qəbul edən toplumlar yeni kimliklərə sahib olurdu. İtaət etməyənlərsə öz tutduğu yola uyğun kafir, müşrik və s. kimi adlarla çağrılırdı. Daha sonralar təkallahlıq dinində olan qövmlər yeni gələn peyğəmbərlərii və onun gətirdiyi dini qəbul etmədilər və beləcə fərqli dini kimliklər yarandı. Lakin proses yenə də davam edərək dinlərin daxilinə nüfuz etdi. Yeni yaranan kimliklər dindaxili müxtəlif zidddiyətlərdən və fikir ayrılığndan qaynaqlandı. Beləliklə ,müxtəlif dinlərin daxilində katolik, protestant, sünni, şiyə və s. kimi təriqətlər və hətta onarın daxilində firqələr yarandı. Bu fərqlilikləri pozitiv əqidə plüralizm kimi də qəbul etmək olardı, amma qarşılıqlı münasibətlərdəki radikalizm və ekstermizm meylləri olmasaydı. Bu kimliklərə sahib olan hər kəs bilməlidir ki, səmavi olan dinlərin hamısı insanı vəhşilkdən humanizmə dəvət edir. İlk yaranışdan qan tökmək əmrini də də insana Allah verməyib. İnsanın nəfsani istəklərinə uyması ilk olaraq Habil-Qabil münasibətlərində özünü göstərmişdi. Deməli problem dinlərdə yox insanlardadır. Yəni heç bir səmavi din bəşər övladını şərə dəvət etmir, o cümlədən ,İslam dini də bəşəriyyət üçün təhlükə mənbəyi deyil. Əksinə İslam insana və insanlığa dəyər verir. ABŞ-ın Harvrd Universitetinin Professoru Hakinqin sözləri ilə desək "İslamda inkişaf və təkamül üçün kifayət qədər potensial vardır. İslamın bəşər həyatındakı dəyişikliklərə cavab vermək qüdrəti bütün dinlərdən daha artıqdır. İslam dininin üsul və qanunlarında cəmiyyətin inkişafı və səadəti üçün bütün yollar açıq-aşkar göstərilmişdir". İslamın bu qədər potensiallı və ümümbəşəri din olmasına bxmayaraq ümmətçi şüura dayanan zahiri "müsəlman kimliyi" daha qabarıq biruzə verir. Tək müsəlmanlar yox digər dinlərin daşıyıcılarının da sahibləndiyi dini kimliklər ayrımçılıqdan başqa heç nəyə xidmət etmir. Tarixi təcrübə göstərir ki, müxtəlif dini və məzhəb kimliyindən qaynaqlanan müharibələrin səbəbləri bu fərqli ideyaların toquşmasdır. Bu qarşıdurmalar əsasən cəmiyyətdə dini dözümsüzlük və təssübkeşlik hisslərinin baş qaldırması nəticəsində yaranmış və qarşısıalınmaz prosesə çevıilmişdir. Bu gün də dünyanın bir sıra ölkələrində bu təhlükə yenə də aktualdır. Bütün səmavi dinlərdə, eləcə də sonuncu din olan islamda digər dinlərin nümayəndələrinə qarşı dözümlü olmaq vacib əməllərdən hesab olunur. İnsanlar arasında ayrı-seçkilik salmaq, onlarla rəftarda din və məzhəb fərqliliyini əsas götürmək bəyənilmir.

2. Milli kimlik - qısaca desək hər hansı bir etnosa mənsubluqdur.

Millətlərin formalaşması tarixi prosedir. Milli kimlik məsələsi milli şürun oyanması ilə aktuallıq kəsb etməyə başlayıb. Elmi ədəbiyyatlarda daha çox XIX -XX əsrləri millətin meydana gəldiyi dövr kimi səciyyələndirirlər. Lakin qeyd etmək lazımdır ki, dünyanın fərqli coğrafiyalarında öz ana dilində danışan , və müəyyən ərazidə məskunlaşmış tayfalar, qəbilələr tarixən mövcud olub. Lakin, həmin toplumlar milli kimlikdən daha çox ,özlərinin inanc sitemindən doğan adlara sahib olublar . Milli kimliyin dərk olunması, milli dövlətlərin yaranması ilə nəticələnib. Hər millət bir, daha güclülərsə (məs., İngilislər) bir neçə dövlət qura biliblər. Milli kimlik məsələsinə ifrat yanşma meylləri XX əsrdə daha geniş vüsət alıb. Nəticədə, Faşizm və ona bənzər onlarla milliyətçi-şovnist ideyalar meydana çıxıb. "Bu bizdən deyilsə ölməlidir" ya da "başqa əraziyə köç etməlidir" düşüncəsi milyonlarla günahsız insanın həyatına son qoyub. Hətta erməni kimliyinin daşıyıcıları bir az da irəli gedərək dünyaya "nümunə" olan monomilli dövlət də qura biliblər. Sanki, o ərazidə başqa bir bəşər övladının yaşamaq haqqı yoxmuş kimi yüz minlərlə Azərbaycan türkü tarixi yurd yerlərindən deportasiya edilib. Zənnimcə, "erməni kimliyi" ifrat millətçiliyin ən yaxşı nümunələrdən biridir, daha farsın ya başqa birsinin şovnizmindən Allah qorusun !

3. Qlobal kimlik - heç bir milli, dini, irqi, fərq tanımadan ,heç bir sərhəd cızmadan dünya adlı dövlətin vətəndaşı olmaq deməkdir.

Səslənməsi çox gözəldir, təki bəşər övladı bu qlobal kimliyə və düşüncəyə sahib ola bilsəydi... Hindistanlı Satya Say Babanın sözləri ilə fikrimizi bir azda qüvvətləndirək : "Ancaq bir irq var - İnsan irqi , ancaq bir dil var - qəlbin dili, ancaq bir din var - sevgi dini , ancaq bir Allah var - O da hər yandadır".

Həqiqətən tolerantlıq və fərqli düşüncə, fərqli mövqe, başqalarının rəyinə hörmət olmadan heç bir dünya düzənindən danışmaq mümkün deyil. Lakin , dünyanın bugünkü mənzərəsi bəşəriyyətin bu düşüncədən uzaq olduğunu göstərir. Əgər belə deyilsə nədən silahlar susmur, zülm bitmir? Məgər tanrı insanı yer üzünə buna görəmi göndərib?

Sülh-əminamnlıq şəraitində yaşamaq ,humanist dəyərləri yaymaq məqsədilə bəşəriyyətə göndərilən dinlər sanki öz mahiyyətindən çıxaraq hansısa siyasi ideoloji təsirlərin əsirinə çevrilib. Əslində dünyada sabitliyi qoruyub saxlamaq üçün ilk növbədə insanlar arasında mehribanlıq və qarşılıqlı anlaşma təmin olunmalıdır. Mədəniyyətlərin müxtəlifliyini qəbul etmədən, digər dinlərə etiqad edən insanların adət-ənənələrinə, həyat tərzinə və fərqli düşüncələrinə hörmətlə yanaşmadan qlobal sülh mümkünsüz olacaq. Başqa sözlə desək, "kimliklərin "antoqanist ziddiyəti bəşəriyyətin həyat tərzi olacaq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Ərdoğan: "ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanması aktualdı"
YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ
“Babaları belə, həyatda olmayan senatorların 1915-ci il hadisələrini mühakimə etmələri qəbuledilməzdir”
Mingəçevirdə qardaş qardaşı bıçaqladı
Döyüşçü, hökmdar, məhkum və sürgün qadın
Dekabrın 16-na olan hava proqnozu
900-dən artıq qaçqın Suriyaya döndü
Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
Yeni metrostansiyanın açılış tarixi bilindi
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat