Qarabag Media
Haqqımızda Əlaqə

Fatma Əliyeva: “Azərbaycan multikulturalizmin, tolerantlığın əsas məkanlarından biri kimi tanınır”


Tarix:3-12-2015, 00:22 Kateqoriya:Manşet / Siyasət

dadp“Azərbaycanda dini etiqad azadlığı ilə bərabər insan hüquq və azadlıqlarının müdafiəsi, azad sözün, müstəqil mətbuatın, demokratik dəyərlərin inkişafına xüsusi diqqət yetirilir”.

Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva son günlər Nardaranda yaranan məlum hadisələrlə bağlı Azərbaycanda tolerantlıq mühitinin olmadığını, vicdan azadlığının qorunmadığını iddia edənlərin fikirlərinə münasibətində açıqlayıb.

F.Əliyeva qeyd edib ki, Prezident İlham Əliyevin son 11 ildə həyata keçirdiyi siyasi strategiyanın prioritetindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dini etiqad azadlığının təmin olunması, ölkəmizdə fəaliyyət göstərən dini qurumların nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradılması və multikulturalizmin inkişafıdır. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub. Təsadüfi deyildir ki, bu gün Azərbaycan multikulturalizmin, tolerantlığın əsas məkanlarından biri kimi tanınır. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzinə çevrilib. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatı ilə elmi cəhətdən əsaslandırılıb: “Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki stabil çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək olar. Ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, burada yaşayan millətlər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsi Azərbaycana gələn bütün qonaqları valeh edib. Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir”.

Partiya sədri bildirib ki, ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir: “Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması var. 2010-cu ildə Bakıda səfərdə olan bütün ermənilərin katolikosu II Qaregin və onu müşayiət edənlərin erməni kilsəsinə baş çəkmələri bir daha Azərbaycanda işğalçı millətə xas olan abidələrə belə toxunulmadığın göstəricisidir. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunub. Ölkədə, xüsusilə, Bakıda müsəlmanların və digər dindən olan şəxslərin bir qismi İsa Peyğəmbərin doğum günündə kilsəni hörmət məqsədi ilə ziyarət edirlər. Bu onu göstərir ki, Azərbaycanda insanlıq amili, qardaşlıq amili hər şeyin fövqündədir. Azərbaycanda xristianlara qarşı heç bir diskriminasiya yoxdur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış bərabər hüquq və sərbəst fəaliyyət dünya birliyi və ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiya rəsmilərinin də diqqətindən yayınmayıb. Məsələn, ABŞ Konqresinin “Rol Call” qəzeti bu məsələ barəsində araşdırma apararkən Azərbaycanda bütün dinlərin nümayəndələrinin heç bir maneə olmadan fəaliyyət göstərməsini yüksək dəyərləndirərək yazır: “Azərbaycan öz dini rəngarəngliyi ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Hətta, əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda, Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. Məzhəblərarası nifrət Yaxın Şərqi təhdid edərkən, Azərbaycanda bütün dini konfessiyalar qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam edirlər”. Avropa Yəhudilər Parlamentinin sədr müavini Tomer Orni, Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazi də Azərbaycanın tolerant bir ölkə olduğunu vurğulayıblar. Belə faktlar istənilən qədərdir. Bütün bunlar bir daha təsdiqləyir ki, ölkədə din-dövlət münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir. Bir sözlə, tarixi reallıq və ənənələri nəzərə almaqla, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasını, tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman dünyasının bir sabitlik adasına çevirə bilib. Azərbaycan multikulturalizm və dini tolerantlığın unikal məkanına çevrilib. Dünya meridianlarında ölkəmiz sivilizasiyalararası toqquşma deyil, əksinə onların harmoniyada və əməkdaşlıqda olduqları bir coğrafi məkan kimi tanınmaqdadır”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Ərdoğan: "ABŞ-ın Türkiyədəki hərbi bazalarının bağlanması aktualdı"
YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ
“Babaları belə, həyatda olmayan senatorların 1915-ci il hadisələrini mühakimə etmələri qəbuledilməzdir”
Mingəçevirdə qardaş qardaşı bıçaqladı
Döyüşçü, hökmdar, məhkum və sürgün qadın
Dekabrın 16-na olan hava proqnozu
900-dən artıq qaçqın Suriyaya döndü
Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
Yeni metrostansiyanın açılış tarixi bilindi
Azərbaycan və İran arasında viza rejiminin ləğvi gündəlikdədir - İran XİN
Növbədənkənar seçkilərdə iştirak edəcək partiyaların sayı 9-a çatıb
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək
"Belə çıxır ki, Ermənistan XİN rəhbəri görüşlərə sanki çay içməyə gəlir"
İlham Əliyev "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb
"Qarabağ" avrokuboklardan nə qədər qazandı? - Məbləğ
Əlcəzairin yeni prezidenti məlum olub
Gürcü tarixçi İrəvan xanlığı haqda kitab yazdı
Jurnalist Zənurə Talıbova departament rəhbəri oldu
Xudu Məmmədov nəhəngliyi...
Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi
Saxta “Qarabağ veteranı” adı verən, əlillik dərəcəsi düzəldən dələduzlar ifşa olundu
Parlament seçkilərini AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək
Davudoğlu yeni partiyasını elan edib
Prezident “Laçın” tankerinin istismara verilmə mərasimində - FOTOLAR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat