Qarabag Media
Haqqımızda Əlaqə

Dini-ideoloji təhlükəsizlik


Tarix:2-12-2015, 10:03 Kateqoriya:Manşet / Yazarlar

Dini-ideoloji təhlükəsizlik

Dr. Ağasəlim Həsənov

Bu gün dünya xalqlarının öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə marağı müxtəlif formalarda təzahür edir – qədim adət-ənənələri dirçəltmək istəyindən başlayaraq öz milli ideologiyalarını yaratmaq istəyinədək olan tendensiyalar hələ də müşahidə olunmaqdadır. Həmçinin dünyanın bugünkü siyasi, mədəni və ideoloji mənzərəsi gənc müstəqil dövlət üçün ideoloji təhlükəsizlik məsələlərini daimi diqqətdə saxlamağı zəruri edir. Qeyd edəki ki, milli təhlükəsizliyin ən vacib aspektlərindən biri ideoloji təhlükəsizliklə bağlıdır və bu sahədə hər bir dövlətin öz xüsusi siyasəti vardır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra (1991) dini-mənəvi dəyərlərə qayıdış baş verdi. İslam dininin buyurduğu humanist dəyərlərin dirçəldilməsi və mənəvi tərbiyə sahəsində tətbiqi baş versə də İslamın hakim ideologiyaya çevrilməsinə yol verilmədi. Təməli AXC (1918) dövründə qoyulan sivil dövlət quruculuğu prosesində bütün ümumbəşəri dəyərlərdən, xalqımızın milli mentalitetinə, mənəviyyatına uyğun cəhətləri götürüb tətbiq etmək əsas götürüldü. Yəni hər bir vətəndaşa dinindən, dilindən, irqindən və s. asılı olmayaraq bərabər hüquq və azadlıqlar imkanı yaradan dünyəvi demokratik ölkə qurmaq əsas hədəf oldu. Təbii ki, imperiyanı caynağından qurtulmuş yeni mustəqil bir ölkə üçün bu mütərəqqi ideyaları gerçəkləşdirmək asan deyildi.

Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycana gələn xristian, hinduizm və radikal müsəlman təşkilatları verilən azadlıqlardan sui-istifadə edərək, vətəndaşlarımızın dini mənsubiyyətini dəyişməyə, casusluğa sövq etməyə, hərbi sirləri öyrənmək kimi çirkin niyyətlərə əl atmağa başladılar. Belə missionerlərin yarıtmaz dini təbliğatı ölkəmiz üçün milli təhlükə mənbəyinə çevrilməsi narahatlıq yaratmaya bilməzdi. Bu dini təriqətlər ilk vaxtlar fəaliyyət sferasına Azərbaycandakı azsaylı etnik xalqların nümayəndələrini cəlb edirdilər. Qarabağ müharibəsi, işğal olunmuş ərazilərin qaçqın düşmüş əhalisinin vəziyyəti, bəzi dövlət strukturlarının bu cür həssas məsələyə laqeydcəsinə yanaşması, həmin üzdəniraq təşkilat və missionerlərin ölkəmizin müsəlman əhalisi arasında da öz çirkin əməllərini həyata keçirmələri üçün əlverişli şərait yaratmışdı. Həm də nəzərə almaq lazımdır ki, həmin vaxtlar ölkədə bu dini təriqətlərin ibadət və məşğələlər üçün istənilən binanı icarəyə götürmək imkanı var idi və onların bütün respublika ərazisində hərəkət etməsinə heç bir məhdudiyyət yox idi. Müharibədən, siyasi qarışıqlıqdan, iqtisadi vəziyyətdən cana doymuş insanlar isə hər şirin sözə müsbət reaksiya verirdilər. Artıq 1990-cı illərin əvvəllərində xarici dini missionerlər xüsusən Bakı və Gəncə şəhərlərində gənclərdən və ziyalılardan istifadə etməklə insanları İslam dinindən uzaqlaşdımağa çalışırdılar. Həmin ideoloji-mənəvi boşluqdan səmərəli istifadə edən qüvvələr tədricən öz məqsədlərini grçəkləşdirirdilər. Bir faktı qeyd etməklə onların hansı ideyaları təbliğ etməyinə diqqət çəkək. Adını qeyd etməyə lüzum görmədiyim həmin missioner təşkilatlardan birinin əsas işi burada Pasifzm təbliğ etməkdir. Pasifizm − hər cür savaşa qarşı olmaq deməkdir. Hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarıdır. Bütün hərbi qurumların ləğv edilməsini yönəlik ideyaları təbliğ edir. İlk baxışda çox mütərəqqi və ümumbəşəri ideyalardır. Amma günümüzün reallığı isə tam fərqlidir. Əgər bir dövlətin hərbi gücü zəifdirsə onu hər an təhlükə gözləyir. Bir sosioloq kimi apardığım müşahidələr göstərir ki, artıq Azərbaycanda bu ideyanın tərafdarları az deyil. Belə bir situasiya bizə gələcəkdə nə vəd edə bilər ? Günün birində bu ideyanın təsirində olan Azərbaycan gəncləri hərbi xidmətə getməkdən imtina edə bilər. Əlbbətdə bu addım qanunvericiliyin tələbinə uyğun öz inzibati həllini tapacaq. Lakin həmin pasifist ideyaların daşıyıcıları vətəni qorumağın vacib olduğunu dərk edə biləcəklərmi? Yaxud ,onların əlində silah Qarabağın azadlıq savaşında necə davranacaqları məlumdurmu ? Qeyd etdiyimiz bu məqamlar narahatlıq doğuran və həllini gözləyən ideoloji təhlükəsizlik məsələsidir.

Digər bir problem soydaşlarımızın Suriya ətrafında baş verən döyüşlərə qatılması ilə bağlıdır. Bu fakt artıq həm dövləti, həm də cəmiyyəti ciddi narahat edir və ideoloji təhlükəsizliyin hələ də aktual olduğunu göstərir. Təsəvvür edin ki, əqidə fərqliliyinə görə iki Azərbaycan vətəndaşı qarşı-qarşıya döyüşür və özü də başqa bir ölkənin ərazisində. Ərazisinin 20% işğal edilmiş ölkənin vətandaşının bu addımının heç bir əsaslı izahı yoxdur. Bu ifrat əqidə kimliyinə sahiblənmiş kəslər artıq Azərbaycan vətəndaşılığını unutmuş kimi görsənirlər.

Son günlər Nardaranda baş verən hadisələr bir daha göstərdi ki, dini-ideoloji təhlükəsizlik məsələlərində müəyyən problemlər var və bu problemlər zaman etibarı ilə heç də yeni deyil. Əqidə ifratçılığı o səviyyəyə çatıb ki, əqidə kimliyi milli kimliyi kölgədə qoyub. Buna misal olaraq Güney Azərbaycanda soydaşlarımızın haqsızlığa məruz qaldığı vaxtlarda bu əqidə sahiblərinin mövqe nümayiş etdirməmlərini göstərə bilərik. Bəlkə hansısa Mollanın xətrinə dəyərmiş deyə susmağa üstünlük verdilər. Göründüyü kimi dini-ideoloji təhlükəsizlik sahəsində görülməli xeyli iş var. Lakin problemin həlli inzibati və ya güc tətbiq etməklə bitməz. Ciddi elmi mariflənməyə və ictimai fəallığa ehtiyac var. Əks halda heç bir problemi köklü həll etmək mümkün deyil.

Beləliklə, milli təhlükəsizliyin əsas mahiyyəti təkcə ölkə ərazisinin və əhalisinin müdafiə olunması deyil, həm də ideoloji təhlükəsizliyinin təmin edilməsidir. İdeoloji təhlükəsizlik dovlətlə cəmiyyətin hadisələrə adekvat reaksiya gostərməsi qoruna bilər. Bir daha hər kəsi fəal vətanaş mövqeyində olmağa səsləyirik. Biganəliyimizin acısını çəkən yenə özümüz olacağıq!

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb