Qarabag Media
Haqqımızda Əlaqə

İlham Əliyevdən Türkiyəyə daha bir jest: tariflər 20 faiz endirildi


Tarix:2-12-2015, 05:43 Kateqoriya:Manşet / Siyasət

İlham Əliyevdən Türkiyəyə daha bir jest: tariflər 20 faiz endirildiAzərbaycan gəmiçilik tariflərini azaldıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən "Trend"ə verilən məlumata görə, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edir.
Yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilir. Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2,100 ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, Türkiyənin Suriya ilə sərhəddə Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasının ardınca Moskva Ankaraya qarşı iqtisadi cəza tədbirlərindən biri olaraq türk TIR-larına - beynəlxalq yükdaşımalarla məşğul olan ağırtonnajlı yük avtomobillərinə qapıları bağlamışdı.

Virtualaz.org saytının xəbər verdiyi kimi, Gürcüstandan keçib Rusiyaya hərəkət edən Türkiyə TIR-ları sərhəd qapılarının onların üzlərinə bağlanmasından sonra Azərbaycana üz tutub və prezident İlham Əliyev Rusiyanın Türkiyə TIR-larına qapıları bağlamasından sonra türk yükdaşıyanların Azərbaycan üzərindən keçidini asanlaşdırmaq barədə təlimat verib.

Türkiyə mətbuatının yazdığına görə, Orta Asya respublikalarına yük daşıyan türk TIR-larının Rusiyadan keçməsi əngəllənəndən sonra İlham Əliyev ölkənin gömrük xidmətinə bu TIR-ların Azərbaycan üzərindən maneəsiz keçidinə şərait yaratmaq üçün təlimat verib.

Gəmiçilik tariflərinin azaldılması isə bu iqtiqamətdəki növbəti addım və rəsmi Bakının Türkiyəyə növbəti jesti kimi qiymətləndirilir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu