Qarabag Media
Haqqımızda Əlaqə

Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub


Tarix:28-02-2020, 13:43 Kateqoriya:Manşet / Cəmiyyət

Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunubBu günlərdə şair və folklorşünas İlham Qəhrəmanın tərtibatında məşhur el sənətkarı Aşıq Alının “Nə qaldı” kitabı çap olunub.

Karabakhmedia.az xəbər verir ki, Azərbaycan aşıq ədəbiyyatı seriyasından çap olunmuş 400 səhifəlik kitabda görkəmli el sənətkarı Aşıq Alının fərqli mənbələrdən götürülmüş, aşıq ədəbiyyatının ən müxtəlif janrlarında olan şeirləri toplanıb.

Kitabın tərtibçisinin də yazdığı kimi, “Nə qaldı” kitabını oxuyan hər kəs Alı yaradıcılığının xalqın mənəvi sərvətləri içində özünə yer aldığının fərqinə varacaq. “Alıdan nə qaldı?” sualının ən gözəl cavabı yenə “Nə qaldı” olacaq. Aşığın belə bir misrası da var: “Səmtsiz uçan səmasında azardı”. O, heç vaxt səmtsiz uçmadı – ömrünü xalqın xeyir-şərində keçirdi, şeirlərində ağrılarını acıdı, sevinclərinə şərik oldu, vəsf etdi”.

Əldə olan mətnlərə tənqidi yanaşan tərtibatçı çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara aydınlıq gətirib, cinasları yenidən qurub şərh edib.

İlham Qəhrəman iki ilə yaxın müddətdə tərtib etdiyi kitabda 750-dən çox ətək şərhi verib. Kitab sayəsində Aşıq Alı irsi ilk dəfədir ki, oxuculara tam şəkildə çatdırılır.

Kitab tərtibatçının “Könül işi” adlı böyük həcmli “Ön söz”ü ilə açılır. Şeir nümunələri janrından və ənənə ardıcıllığından asılı olaraq 14 bölməyə ayrılıb. Şeir adları aşıq sənətinin qədim qaydalarına uyğun olaraq şeirin birinci beytinin qafiyə və ya rədifinə uyğun adlandırılıb.

“Nə qaldı” kitabının redaktoru Əsəd Cahangir, rəyçisi Telman Hüseyn, məsləhətçisi professor Məhərrəm Qasımlıdır.

Kitab folklorşünaslar, doktorantlar, tələbələr, orta məktəb müəllimləri, aşıq şeiri həvəskarları və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”