Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı


Tarix:28-02-2020, 11:52 Kateqoriya:Manşet / Gündəm

Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandıTürkiyədə Astana Yayın Evi tərəfindən AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Turançılıq və Tanrıçılığa aid yeni kitabı (Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və Tanrıçılıq. Ankara, Astana Yayınları, 2020. – 356 səh. ) nəşr olunub.

Bununla bağlı Karabakhmedia.az-a açıqlama verən F.Ələkbərli bildirib ki, Türkiyə türkcəsində nəşr olunan kitabında Turan sivilizasiyanın dünyada ən qədim mədəniyyət olması məsələsi təhlil olunaraq Turan məfkurəsi və Tanrıçılıq fəlsəfəsi bütün aspektləri ilə tədqiqata cəlb edilib: “Burada Turan məfkurəsi ilə bağlı Turan İmperiyalarınınm tarixinə, mahiyyətinə və çağdaş dönəmdəki yerinə aydınlıq gətirilibr. Bununla yanaşı Turan-Avropa, Turan-Aryan/İran ideoloji və mənəvi-fəlsəfi savaşları öz əksini tapmışdır”.

Azərbaycan türk aydının sözlərinə görə, eyni zamanda kitabda Türk xalqlarının təşəkkülü ilə bağlı onun etnogenezi, dini-mifoloji və fəlsəfi dünyagörüşü geniş şəkildə tədqiq olunmuşdur. Belə ki, monoqrafiyada Tanrıçılıq fəlsəfəsinin mahiyyəti, onun Şamanizmə, Mağlar təliminə, Zərdüştlüyə, Yunan kosmologiyasına, Xristianlığa, İslamlığa münasibəti də öz əksini tapmışdır.

F.Ələkbərli yeni işıq üzü görən monoqrafiyasında Orta çağ Azərbaycan Türk dövlətləri Səfəvilər, Əfşarlar və Qacarları ayrıca tədqiq edib. Azərbaycan alimi bunu onunla izah etdi ki, bu Azərbaycan Türk dövlətlərinin tarixinə yenidən işıq salınmasına ciddi ehtiyac var idi. Özəlliklə, Azərbaycan türkləri Qacarların tarixini doğru şəkildə mənimsəməklə, yeni Türk dövlətinin əsasnı qoya bilərlər.

Azərbaycan alimi qeyd etdi ki, kitabda Qərb sivilizasiyasının mahiyyəti və ona alternativlik məsələsi, bu anlamda Türk Dünyası-Qərb, Türk Dünyası-Rusiya münasibətləri də geniş təhlil olunub. F.Ələkbərli hesab edir ki, buna səbəb Türk birliyi ideyasına yeni baxış ortaya qoymaq olub. Bu anlamda əsərdə Türk Birliyi, bu yolda Azərbaycanın birləşməsinin vacibliyindən və çıxış yollarından da bəhs olunub. Onun sözlərinə görə, kitabda əsas məsələ kimi Türk Birliyinin Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında deyil, ayrıca yəni heç bir dini ayrı-seçkilik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməsi ideyası ortaya qoyulub.
Qeyd edək ki, bu kitab müəllifin Türkiyə türkcəsində nəşr olunan ikinci əsəridir. Bundan öncə 2014-cü ildə F.Ələkbərlinin "Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü" monoqrafiyası Buğra Yayın Evi tərəfindən Türkiyə türkcəsində nəşr olunub.

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”