Qarabag Media
Haqqımızda Əlaqə

Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ


Tarix:25-02-2020, 23:46 Kateqoriya:Manşet / Cəmiyyət

Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİRusiyanın hər növ dəstəyi ilə ermənilər tərəfindən törədilən Xocalı soyqırımı bəşəriyyətə qarşı dəhşətli cinayət, vəhşilikdir. Bu Türk - Müsəlman qırğını ilə bağlı məsələlər aşağıdakı istiqamətlərdən dəyərləndirilə bilər:

1. Müasir qlobal siyasət və beynəlxalq münasibətlər;

2. Beynəlxalq hüquq baxımından;

3. İdeoloji baxımdan


Xocalı soyqırımı Sovet Rusiyasının tarixi geostrategiyası və geosiyasəti baxımından düşünülən və həyata keçirilən çoxsaylı planlardan biridir. Belə ki, Sovet Rusiyası 1990-ci ildə Qanlı 20 Yanvar və 1992 ildə isə Xocalı faciəsi - soyqırımlarını törətməklə Azərbaycanı azadlıq mübarizəsindən çəkindirmək və onun əhalisini qorxutmaq üçün səylər göstərmişdir.

Tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərində törədilən bu soyqırım uydurma “böyük ermənistan”ın bərpasına xidmət edən “yandırılmış torpaq” – “etnik təmizləmə” taktikasının bir nümunəsidir. Bunu sübut edən xeyli sayda rəsmi sənədlər vardır. [“Genocide in Khojaly”. Baku, 2014, s.15-16; A.Nagy. “Garabagh war. Short history”. Baku, 2011, s.47]. Ermənilər Xocalıda hərbi əməliyyat məqsədli döyüş aparmamışdılar. Onların əsas istəyi yerli azərbaycanlı əhalini işgəncələrlə öldürmək idi. Yerli mülki əhali tərəfindən də onlara heç bir silahlı müqavimət göstərilməmişdir.

Bu qətliam ermənilərin Rusiyanın himayəsi ilə Anadoluda və Azərbaycanın şimalı ilə cənubunda 1895-1896, 1905-1906, 1915, 1918-1920 və b. illərdə törətdikləri soyqırımların davamıdır. Xocalı faciəsini Azərbaycanla hərbi mübarizədə dəfələrlə məğlub olan ermənilərin dinc əhalini qırğına məruz qoymaqla qazandığı bir intiqam kimi də dəyərləndirmək olar.

Bu soyqırım nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından həmişəlik əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 nəfər uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi də məlum deyil.

Xocalı qətliamı ilə BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Bəyannaməsinin 2, 3, 5, 9 və 17-ci maddələri, eyni zamanda BMT Baş Assambleyasının 16 dekabr 1966-ci il tarixli 2200 A (XXI) saylı qərarı ilə qəbul edilən və 23 mart 1976-ci il tarixində qüvvəyə minən BMT-nin Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiyası 6-9-cu maddələrinin tələbləri, şərtləri pozulub [R.Aliyev. “The Volce of History”. Baku, 2012, s.53, 55; Genocide in Khojaly, s.18-19.]. Bu qətliam hətta kiçik 1 və 2 yaşlı uşaqların (Y.Əliyeva, A.Həsənova, S.Səfiyev, A.Şükürova, S.Quliyev və b). [Garabagh: Memory Book. Baku, 2014, s.19-21] öldürülmələri və insanların ağılasığmaz işgəncələrə məruz qaldığı bir cinayətidir. Bu səbəblədə tam bir soyqırım cinayətidir.

Xocalıda törədilən türk-müsəlman qırğını, mühüm bir hissəsi ermənilərdən təşkil edilmiş 366-cı Rus motoatıcı alayının və Ermənistan silahlı qüvvələrinin birlikdə cinayət fəaliyyətdir. “Balkan qəssabları” S.Miloşeviç, R.Karaçiç və başqalarından fərqli olaraq “Xocalı qəssabları” (S.Sarqsyan, S.Ohanyan və digərləri) beynəlxalq qurumlar və ictimaiyyət, ayrı-ayrı dövlət başçıları tərəfindən qətiyyətlə pislənməmiş, sərt reaksiyalara məruz qalmayıblar. Əksinə onlar Ermənistanda yüksək dövlət vəzifələrinə (Prezident, Müdafiə Naziri) yiyələnmişlər. Tarixdən digər bir nümunə: 1918-1920-ci illərdə İrəvan və ətraf rayonlarda çoxsaylı türk - müsəlmanı qırğına məruz qoyan Dro az sonra Sovet Ermənistanının Müdafiə Naziri olmuşdu. Xocalı faciəsi ermənilərin apardıqları “Türk-müsəlman düşmənçiliyi” ideologiyası, siyasəti və təbliğatının acı bəhrəsi, nəticəsidir. Belə siyasət-təbliğat isə heç bir tutarlı əsaslara söykənmir. Atatürkün 1936-cı ildə söylədiyi kimi “biz heç kəsin düşməni deyillik. Yalnız insanlığın düşməni olanların düşmənləriyik” [U.Qocatürk. “Atatürk”. Bakı, 1991, s.168].

Nəticədə bu mühüm mövqeyimizi bildirməyi əsas və əhəmiyyətli görürük: Bizlər – azərbaycanlı elm adamları – “Tarix sənəd ilə yazılır” mövqeyinə əsaslanaraq yalanlarla deyil, tarixi həqiqətlərlə apardığımız elm mübarizəsini davam etdirməliyik.

Tural VƏLİZADƏ,
Qərbi Ksapi Universitetinin müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”