Qarabag Media
Haqqımızda Əlaqə

İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi


Tarix:25-02-2020, 19:24 Kateqoriya:Manşet / Siyasət

İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. İclasa dövlət başçıları çıxış ediblər.

Fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

Karabakhmedia.az xəbər verir ki, dövlət başçıları iclasda çıxış ediblər.

Prezident İlham Əliyev deyib:

- Hörmətli cənab Prezident, əziz qardaşım.

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur.

Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar.

Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək.

Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram.

Daha sonra çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan isə bunları deyib:

- Mən də hörmətli cənab Prezidentə, əziz qardaşıma gəldiyimiz andan etibarən istər şəxsən mənə, istərsə də nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə çox təşəkkür edirəm. Təkbətək görüşümüzdə Türkiyə-Azərbaycan əlaqələrini dərin təfərrüatı ilə müzakirə etmək imkanımız oldu. Siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün sahələrdə nələr edə biləcəyimizi və indiyə qədər nələr etdiyimizi ətraflı müzakirə etdik. Belə bir toplantıya – Şuranın səkkizinci iclasına sədrlik etməkdən duyduğumuz məmnunluğu da xüsusi vurğulamaq istəyirəm.

Dünən şəhid olan azərbaycanlı qardaşımıza – İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı diləklərimi də burada ifadə etmək istəyirəm.

Bu gün keçirəcəyimiz görüşlərdə nazir yoldaşlarımız qarşılıqlı olaraq bir-biriləri ilə lazımi müzakirələr aparacaqlar.

Keçən il qardaşım Əliyev "Dağlıq Qarabağ Azərbaycandır və nida" deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə əldə etdiyiniz nəticənin də xüsusilə Azərbaycanımız üçün xeyirli olmasını Allahdan diləyirəm. Bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyduq.

Hörmətli qardaşım cənab Əliyevin liderliyi ilə reallaşdırılan islahatlar prosesini də təqdirlə izləyir, müşahidə edirik. İslahatlar prosesini dəstəkləmək məqsədilə bütün sahələrdə təcrübələrimizi Sizinlə bölüşməyə hazır olduğumuzu ifadə etmək istəyirəm.

Təbii ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, "Star" neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atdıq. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımla razılıq əldə etdik. Bunun üçün bütün nazir yoldaşlarımız əllərindən gələn səyləri ortaya qoymalıdırlar.

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”