Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”


Tarix:25-02-2020, 11:55 Kateqoriya:Manşet / Siyasət

Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”

“Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası toplantısının səkkizincisində bu gün Bakıda bir araya gələcəyik. Azərbaycanı ən son oktyabrın 15-də Türk Şurası zirvə görüşü çərçivəsində ziyarət etdim.

Dəyərli qardaşım, Prezident İlham Əliyevi isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi üçün noyabrın 30-da Türkiyədə qonaq etdik. Cənab Əliyevlə fərqli məsələlərlə bağlı telefon danışıqlarımız olur, müzakirələr aparırıq”.

Karabakhmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.

“Bildiyiniz kimi, Azərbaycanda seçki keçirildi. Bu ziyarətdə bütün bunları da qiymətləndirmə imkanı tapacağıq.

Türkiyə ilə Azərbaycan arasındakı yüksək səviyyəli səfərlərin sıxlığı strateji ortağımız Azərbaycanla münasibətlərimizin gəldiyi səviyyəni də göstərməsi baxımından böyük önəm daşıyır. Bugünəqədərki şura toplantılarında aldığımız qərarlarla TANAP və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri kimi strateji layihələri həyata keçirdik.

Azərbaycanla 2019-cu il üçün ticarət həcmimizə nəzər salsaq, əvvəlki illə müqayisədə, 25 faiz artaraq, 4.4 milyard dollara çatdığını görərik. Ancaq hələ də 2015-ci ildə nail olduğumuz beş milyard dollar səviyyəsinin aşağısındayıq.

İkitərəfli ticarət həcmini 2023-cü ilə qədər 15 milyard dollara qaldırmağı hədəfləyirik. Bu gün keçiriləcək Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası toplantısı ilə preferensial ticarət haqqında anlaşmanı imzalayaraq, bu hədəf istiqamətində tarixi bir addım atacağıq.

Ölkəmizin Azərbaycandakı birbaşa investisiyalarına nəzər salsaq, bunun 11 milyard dollara çatdığını görərik. Azərbaycanın Türkiyədəki yatırımlarının isə bu ilin sonunda 20 milyard dollara yaxınlaşacağını düşünürük.

Türkiyənin tikinti şirkətləri bu günə qədər Azərbaycanda 14.2 milyard dollar dəyərində ümumilikdə 414 layihəni üzərinə götürüblər. Bundan sonra da Azərbaycanın yenidənqurma və inkişafına töhfə verməyə davam edəcəyik.

Bununla yanaşı, müdafiə sənayesi sahəsində Azərbaycanla əməkdaşlığımız gündən-günə artır. Rəhmətlik Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləri ilə ifadə etdiyi ikitərəfli münasibətlərimizi yeni anlaşmalarla bütün sahələrdə gücləndirəcəyik”, - Ərdoğan bildirib.

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”