Qarabag Media
Haqqımızda Əlaqə

Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür


Tarix:24-02-2020, 14:44 Kateqoriya:Manşet / Cəmiyyət

Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür Bu gün Azərbaycanın böyük ədibi Əli bəy Hüseynzadənin doğum günüdür.

Karabakhmedia.az -ın xəbərinə görə, Əli bəy Hüseynzadə ədib, filosof və ədəbiyyat tənqidçisi , XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biridir.

Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, onun Azərbaycan mətbuatı və publisistikasının inkişafında müstəsna xidmətləri var.

Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Daha sonra ailəsi ilə birlikdə Tiflisə köçüb. Ə. Hüseynzadə Tiflisdə gimnaziyasını bitirib, tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.

O, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Ə. Hüseynzadə İstanbulda darülfünunda əsgəri-tibbiyyə fakültəsində oxumaqla dermatoloq (dəri-zöhrəvi xəstəliklər) ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb.

1897-ci ildə o, "Qırmızı ay" heyətinin tərkibində İtaliyaya gedib, üç il sonra geri qayıdıb və müsabiqə yolu ilə İstanbul darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi işləyib. Həmçinin siyasi fəalliyyətini davam etdirib, "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olub.

Daha sonra Türkiyədən Azərbaycana qayıdıb və "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb.

Bir müddət sonra Əhməd bəy Ağaoğlu ilə birlikdə "Həyat" qəzetinin nəşrinə başlayıb.

1906-1907-ci illərdə isə “Füyuzat” jurnalının baş redaktoru olub

Ə. Hüzeynzadə pudlisistik fəaliyyəti ilə yanaşı dövrün digər görkəmli ziyalıları ilə birlikdə aktiv ictimain-siyasi fəaliyət də göstərib.

1908-ci ildə o, milli ziyalılar təbəqəsi nümayəndələrinin formalaşmasında böyük rol oynayan “Səadət” məktəbinin direktoru olub. Həmin illər ərzində də özünün məşhur politologiya əsəri olan “Siyasəti-firusət”i yazıb.

1910-cu ildə Ə.Hüseynzadə yenidən Türkiyəyə köçüb, orada Türkiyə ordusunun zabitinin qızı Adhiye xanımla ailə həyatı qurub. 1911-ci ildə o, “İttihad və tərəqqi” cəmiyyətinin Idarə heyətinin üzvü seçilib. Prezidiumun üzvləri arasında tanınmış türk ideoloqu Ziya Gökalp və Osmanlı imperiyası sultanının vəziri Tələt paşa da var idi. Elə həmin ildə Əli bəy “Türk Yurdu” təşkilatının yaradıcılarından birinə çevrilir, Əhməd bəy Ağayev (Ağaoğlu), Yusif Akçura, Ziya Gökalp və başqaları da onunla birgə bu təşkilata daxil olurlar.

O, ilk Azərbaycan Cümhuriyyətinin yaradılması ideyaaının fəal dəstəkçilərindən olub. İlk müstəqil respublikanın Türkiyə ilə əlaqələrinin qurulmasında müstəsna xidmətləri olub.

Ə. Hüseynzadə həkim kimi “Tibb ensiklopediyası lüğəti”nin müəlliflərindən biri olub. O, Adam Smit, Con Milton, İ.V.Höte, Esxil, Ömər Xəyyam, Əbülqasım Firdovsi, Fridrix Şiller və başqalarından ədəbi, fəlsəfi əsərlər də tərcümə edib.
O, 1940-cı ilin martında İstanbulda vəfat edib.

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”