Qarabag Media
Haqqımızda Əlaqə

Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu


Tarix:11-02-2020, 15:18 Kateqoriya:Manşet / Dünya

Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri olduBöyük Britaniya kraliçası II Elizabetin nəvəsi, şahzadə Harrinin krallıq titul və vəzfələrindən imtina etməsindən sonra onun tutduğu simvolik postlar ailənin digər üzvləri arasında bölüşdürülür.

Karabakhmedia.az xəbər verir ki, bu, həm də şahzadənin hərbi vəzifələrinə də aiddir.

Yerli “Sunday times” qəzetinin informasiyasına görə, əvvəllər gənc şahzadənin komandanlıq etdiyi dəniz piyadaları korpusuna artıq onun bibisi, II Elizabetin 69 yaşlı qızı Anna rəhbərlik edəcək. Şahzadə Anna həmçinin dəniz piyadaları general-kapitanı rütbəsi də alıb.

“Daily Mail” qəzeti isə Harrinin bu ilin mart ayında sonuncu dəfə dəniz piyadalarının fəaliyyəti ilə bağlı rəsmi mərasimə baş çəkəcəyini qeyd edib.

Böyük Britaniya ordusunda fəxri vəzifə və rütbələr daha çox mərasim və simvolik xarakter daşıyır. II Elizabetin övladları və nəvələri hərbi paradlarda müvafiq qoşun növlərinin başına keçməkdən başqa bir iş görə bilməzlər. Orduya real rəhbərlik peşəkar hərbçilər və hökumət tərəfindən təyin olunan nazirlər tərəfindən həyata keçirilir.

Şahzadə Harri hərbi-dəniz piyadalarınn general-kapitanı rütbəsini 2017-ci ildə babası, II Elizabetin əri və Edinburq hersoqu Filipdən alıb. Filip yalnız 96 yaşında, pensiyaya çıxdıqdan sonra postu nəvəsinə təhvil verib.

Yeni komandan Annanın isə artıq bir neçə hərbi rütbəsi var. O, Şotlandiya krallıq alayının 6-cı taborunun polkovniki, Kanadanın hərbi-dəniz qüvvələrinin fəxri baş komandanı, habelə Edinburq universitetinin təlim korpusunun polkovniki sayılır. Bundan başqa, bir sıra veteran təşkilatları və silahlı qüvvələrin muzeyləri Annanın himayəsi altındadır.

Şahzadə Harriyə gəlincə, o həqiqətən də hərbi xidmət keçmiş zadəganlardan sayılır. Sanderhertdəki Krallıq akademiyasını bitirdikdən sonra Harri Krallıq qvardiya alayının zabiti olub və iki dəfə Əfqanıstana yollanıb. O, əsgərlər arsında “Uelsli kapitan “ləqəbi ilə tanınıb.

Bundan başqa, Harri Böyük Britaniya hərbi-hava qüvvələrinin Honinqtondakı fəxri komendantı və hərbi sualtı qayıqların bir bölümünün komandiri hesab olunur./Musavat.com/

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”