Qarabag Media
Haqqımızda Əlaqə

Andrey Rudenko Dağlıq Qarabağ haqda: Əsas siyasi iradə nümayiş etdirməkdir


Tarix:11-02-2020, 14:32 Kateqoriya:Manşet / Qarabağ

Andrey Rudenko Dağlıq Qarabağ haqda: Əsas siyasi iradə nümayiş etdirməkdir

Rusiya Xarici İşlər nazirinin müavini deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həmişə fəal vasitəçilik mövqeyi tutub.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həmişə fəal vasitəçilik mövqeyi tutub.

Karabakhmedia.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko "Rossiya Seqodnya" agentliyinə müsahibəsində deyib.

"Bu uzun sürən münaqişənin həllində tərəflərə kömək etmək qeyd-şərtsiz xarici siyasət prioritetlərimizdən biridir. Qarabağ məsələsi Rusiya Prezidentinin, Xarici İşlər nazirinin daim diqqət mərkəzindədir. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir", - deyən Rudenko xatırladıb ki, Rusiyanın birbaşa köməyilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs haqqında sazişi var.
"Ölkəmizin vasitəçilik səylərindəki mühüm addım 2008-ci ildə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə aid olan Moskva Bəyannaməsinin qəbul edilməsi oldu. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan liderləri tərəfindən bu günə qədər imzalanan ilk və yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın baş qərargah rəislərini Moskvaya dəvət etməklə, 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında həlledici rol oynadı", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

A.Rudenko ölkəsinin fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda vasitəçilik missiyasını həyata keçirdiyini də xatırladıb. Qeyd edib ki, ötən ilin aprel ayında Moskvada Sergey Lavrov tərəfindən həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təşkil olunub. Görüşdə keçən il Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər ortaya qoyulub. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. Media nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bəzi əsas məsələlərinə baxılıb.

"Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. Yerevanla Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbrahimov geri qaytarılıblar. Digər məhkumlarla bağlı iş davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə cəlb olunub. İnanırıq ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Cenevrədəki son iclasında da müzakirə edilib. Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas siyasi iradə nümayiş etdirməkdir", - Rudenko əlavə edib./Sputnik Azərbaycan/

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”