Qarabag Media
Haqqımızda Əlaqə

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb


Tarix:11-02-2020, 02:30 Kateqoriya:Manşet / Siyasət

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşübXarici İşlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT Baş katibi Tomas Qreminqer ilə görüşüb və tərəflər ATƏT və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Karabakhmedia.az Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, görüş zamanı Baş katib Qreminqer ATƏT-in Azərbaycanı təhlükəsizliyin hər üç ölçüsü – hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü – üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib. Bu xüsusda, Baş katib ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan tərəfinin rəsmi dəvətini qəbul edərək 9 fevral tarixli növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana Seçki Müşahidə Missiyasını göndərdiyini xatırladıb.

Nazir Elmar Məmmədyarov vurğuladı ki, bu seçkilər Azərbaycanda həyata keçirilən islahatlar prosesi kontekstində nəzərdən keçirilməlidir.

Nazir Elmar Məmmədyarov Baş katib Qreminqeri bu ilin 28-30 yanvar tarixlərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ilə Cenevrədə keçirilmiş görüşü barədə məlumat verib. Nazir münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb. Baş katib Qreminqer Minsk Qrupunun həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensive təmaslar vasitəsilə əhalilərin sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb.

Nazir Məmmədyarov və Baş katib Qreminqer, həmçinin ATƏT-in “Xəzər Dənizi bölgəsində Yaşıl Limanların və Bağlılığın təşviq edilməsi” layihəsinin həyata keçirilməsinin hazırkı mərhələsini müzakirə etdilər. Layihə Xəzər dənizi boyunca və daha geniş bölgədə bağlılığı təşviq etmək üçün yenilənə bilən enerji, rəqəmsallaşma və ticarət və nəqliyyat vasitələrindən daha yaxşı istifadə etmələri üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanı dəstəkləmək məqsədini daşıyır.

Nazir Elmar Məmmədyarov Baş katib Qreminqeri yaxın gələcəkdə Azərbaycana səfər etməyə dəvət etdi. Nazir bildirdi ki, Baş katibin səfəri münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq.

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”