Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda siqaret çəkən qadınlarla bağlı rəqəmlər açıqlandı


Tarix:10-02-2020, 20:09 Kateqoriya:Manşet / Cəmiyyət

Azərbaycanda siqaret çəkən qadınlarla bağlı rəqəmlər açıqlandı

Kişilərin 28,4%-i iş yerlərində, qadınların isə 23,3%-i evlərində daha çox ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə (passiv tütünçəkmə) məruz qalıb.

ÜST-ün saytında Azərbaycanda tütünlə mübarizəyə dair görülən işlər ölkələrin uğurlu təcrübələri sırasında paylaşılıb. Karabakhmedia.az-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, Tütünə qarşı Mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının saytında Azərbaycanda tütünlə mübarizə tədbirlərinə dair məlumat yerləşdirilib. "Tütünə qarşı Mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasının 14-cü maddəsinin və onun həyata keçirilməsinin Rəhbər Prinsiplərinin yerinə yetirilməsində ölkələrin uğurlu təcrübələri" adlı kitabda ("Good country practices in the implementation of WHO FCTC Article 14 and its guidelines" https://www.who.int/fctc/implementation/) Azərbaycanla yanaşı, tütünlə mübarizə istiqamətində bir sıra ölkələrdə görülən tədbirlərlə bağlı məlumat dərc olunub.

"Azərbaycan: tütündən imtinaya dair qanunvericilik bazası" başlığı ilə verilən materialda ölkədəki vəziyyət qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycanda İSİM tərəfindən aparılan Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (2016-cı il) və Qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə 2-ci Milli Tədqiqatın (2017-ci il) nəticələrinə əsasən, tütünçəkənlər arasında kişilər (48.8%) qadınlar ilə (0.2%) müqayisədə üstünlük təşkil edib. Eyni zamanda, kişilərin 28,4%-i iş yerlərində, qadınların isə 23,3%-i evlərində daha çox ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə (passiv tütünçəkmə) məruz qalıb. Tədqiqat zamanı bəlli olub ki, siqaret çəkən kişilərin təxminən yarısı əvvəlki illər ərzində siqaretdən imtina etməyə çalışıblar.

Məlumatda həmçinin 2017-ci ildə "Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun"un qəbul edilməsi ilə ölkədə aparılan tütünlə mübarizə tədbirlərinin gücləndirilməsindən bəhs edilib. Qanunda elektron siqaret və qəlyanın digər tütün məmulatlarına bərabər tutulması, tütün məmulatlarının və tütün istifadəsi prosesinin televiziya və videofilmlərdə, teatr tamaşalarında və s. bu kimi audiovizual əsərlərdə zərərli vərdişin reklamı kimi qəbul edilərək nümayişinin qadağan olunması, sağlam həyat tərzinin təşviqi, tütün istifadəsinin və ətraf mühitdə tütün tüstüsünün zərərli təsirlərinin azaldılması və siqaretdən imtina edilməsinə dəstək verilməsi məsələləri kimi müddəaların yer almasının təqdirəlayiqliyi vurğulanıb.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”