Qarabag Media
Haqqımızda Əlaqə

Türkmənçay faciəsindən 192 ildir ciddi nəticə çıxarda bilməmişik


Tarix:10-02-2020, 16:48 Kateqoriya:Manşet / Cəmiyyət

Türkmənçay faciəsindən 192 ildir ciddi nəticə çıxarda bilməmişik

Son iki əsrdə imperiya ideoloqlarının Rusiya təfəkkürlü, rusdilli görmək istədiyi “azad xalqlar”dan biri də Quzey Azərbaycan türkləri olmuşdur. Çünki Quzey Azərbaycan türkləri Qafqaz türkləri arasında xüsusi çəkiyə sahib olub Türkmənçay müqaviləsini (1828, 10 fevral) qətiyyən qəbul etməmiş, daima milli azadlıq davası aparmış və özünü Türk dünyasından, o cümlədən Güney Azərbaycan türkləri ilə Türkiyə türklərindən heç bir zaman ayırmamışdır.

Məhz Quzey Azərbaycan türklərinin bu təbii hiss və haqlarını yaxşı bildikləri üçün də, imperiya ideoloqları Qafqazda türklərə və türklüyə qarşı amansız bir savaş açmış, onları qeyri-türklər və qeyri-türklüklə əvəz etməyə çalışmışdır. Şübhəsiz, onlar üçün bu yolda da, ilk növbədə türklüyü vəhşilik, barbarlıq kimi qələmə vermək, islam dininin xurafat və mövhumatdan uzağa getməməsinə çalışmaq, bununla paralel olaraq qeyri-türkləri (xristian ermənilər, gürcülər və b.) onlara qarşı qoymaq və bununla da Azərbaycan türklərinin milli şüurunda assimilyasiya prosesi aparmaq idi. Deməli, Rusiya ideoloqları Avropada olduğu kimi, türklük və islamlığı Qafqazda, o cümlədən Quzey Azərbaycanda (yeri gəlmişkən, burada coğrafi anlamda nəzərdə tutduğumuz Quzey Azərbaycan indiki Azərbaycan Respublikası ilə tamamilə eyniləş¬dirilməməlidir. Əslində burada nəzərdə tutulan Quzey Azərbaycan Dərbənddən Naxçıvana, İrəvana, Astaradan Tiflisə qədərki bir coğrafiyanı əhatə edir) təhrif olunmuş şəkildə təqdim etməklə, Rusiya təfəkkürlü, rusdilli “azad, mədəni xalq” yaratmaq niyyəti güdmüşdür.

Bir tərəfdən fars millətçilərinin Azərbaycan türklərini assimilyasiya siyasəti, yəni milli dilini, milli mədəniyyətini, milli tarixini, milli varlığını inkar etməsi, digər tərəfdən Azərbaycan xalqının iki hissəyə parçalanmış olması, Billuruni düşündürən əsas məsələlərdən biri idi. Şübhəsiz, “parçalanmış xalq” statusunu daşımaq çox çətindir, üstəlik bunun özünü hansı formada dərki daha ağrılıdır. Hər halda, Sovet Rusiyasının təbliğatı o şəkildə qurulmuşdu ki, Azərbaycan çar Rusiyası və “İran” arasında parçalanmışdır, bölünmüşdür.

Ancaq əsil həqiqət ondan ibarət idi ki, birincisi o dövrdə çar Rusiyasıyla müharibə aparan fars “İran” deyil, Türk Qacarlar dövləti idi. İkincisi, belə olduğu təqdirdə Türk Qacarlar dövləti nə səbəbə Türk Azərbaycanı çar Rusiyası ilə öz arasında bölüşdürməli idi? Deməli, bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil idi. Əslində 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələri ilə Türk Qacarlar dövləti Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə barışmağa məcbur oldu. Bu hadisələrin üstündən təxminən 100 il keçdikdən sonra, Türk Qacarlar dövləti özü də tarix səhnəsindən getdi və onun yerini fars “İran”ı tutdu. Məhz bundan sonra, o ideya daha çox təbliğ olunmağa başladı ki, vaxtilə Azərbaycan çar Rusiyası və “İran” arasında parçalanmış, ya da bölünmüşdür.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli

____________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”