Qarabag Media
Haqqımızda Əlaqə

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür - (FOTO-VİDEO)


Tarix:10-02-2020, 14:26 Kateqoriya:Manşet / Qəhrəmanlar

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür - (FOTO-VİDEO) Qorxmaz Abış oğlu Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. 1974-cü ildə burada birinci sinifə getmiş, 1984-cü ildə onuncu sinfi bitirərək, Laçın rayonundakı 127 saylı texniki-peşə məktəbinə daxil olmuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmışdır. Ukraynada hərbi xidmətdə olarkən 6 aylıq serjantlıq kursunu bitirmişdir. O, xidmət müddətində Fəxri fərmanlarla yanaşı, birinci dərəcəli idmançı vəsiqəsi almış və döş nişanı ilə də təltif edilmişdir.

Qorxmaz 1987-ci ildə əsgəri xidmətini başa vurub doğma yurda dönür.

O, 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur.

1992-ci il... Mart ayı... O, Laçın Rayon Polis Şöbəsində işə qəbul edilir.

Sıravi polis işçisi Q. Eyvazovun döyüş yolu öz doğma yurdundan Qazdərəsi, Suarası, Mazutlu kəndlərinə kimi uzanır. Qızartı dağı uğrunda gedən döyüşlər zamanı onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilir.

4 avqust 1992-ci il... Erməni quldurları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçirlər. Cəsur döyüşçü bu vuruşda qolundan güllə yarası alır. O, sağalan kimi, qısa müddətdən sonra yenidən döyüşə atılır, Füzuli rayonu ərazisində gedən döyüşlərdə böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər.

10 fevral 1994-cü il... Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi... Qorxmazın son döyüşü... O, düşmənin xeyli canlı qüvvəsini məhv edir. Lakin bu döyüşdə özü də həlak olur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Laçın rayonunun Güləbird kənd xəstəxanası qəhrəmanın adını daşıyır.

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür - (FOTO-VİDEO)

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür - (FOTO-VİDEO)

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür - (FOTO-VİDEO)

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür - (FOTO-VİDEO)

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür - (FOTO-VİDEO)

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günüdür - (FOTO-VİDEO)



Karabakhmedia.az
_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”