Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağ icması erməni seçicilərə müraciət etdi


Tarix:6-02-2020, 11:31 Kateqoriya:Manşet / Qarabağ

Qarabağ icması erməni seçicilərə müraciət etdi

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması erməni icmasının seçicilərinə müraciət ünvanlayıb.

İcmadan verilən məlumatda bildirilib ki, 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək, ölkənin seçki hüququna malik bütün vətəndaşları üçün Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə uyğun şəkildə səsvermədə öz iradələrini azad ifadə etmələri üçün hər cür şərait yaradılıb.

“Hər bir namizəd Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun yaranmış bərabər imkanlardan istifadə edərək öz təbliğat kampaniyasını aparır. Sosial media üzərindən hər bir namizədin apardığı kampaniyanı dünyanın istənilən nöqtəsindən izləmək mümkündür.

Təəssüflər olsun ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarmızı işğal etməsi, azərbaycanlıları etnik təmizləməyə məruz qoymaqla yanaşı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan erməni sakinlərini sözügedən seçkilərdə səsvermə hüququnu birbaşa həyata keçirmək imkanından məhrum edib.

Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin 7 seçki dairəsinin ərazisi tamamilə, 3 seçki dairəsinin ərazisinin isə bir hissəsi işğal altındadır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz, işğal altında olan Xankəndi və Şuşa, Ağdam, Xocalı, Xocavənd seçki dairələrinə mənsub olan erməni seçicilərə müraciət edərək, onları Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə müvafiq dairələrdə qeydiyyatdan keçmiş namizədlər arasından seçim etməyə və deputatlığa namizəd olan şəxslərlə bağlı öz münasibətlərini bildirməyə çağırırıq”, - deyə müraciətdə olunub.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”