Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağda ekoloji terror: Zabux, Şəlvə çayları quruyub, Həkəri, Tərtər, Levçay TƏHLÜKƏDƏ


Tarix:3-02-2020, 12:04 Kateqoriya:Manşet / Qarabağ

Qarabağda ekoloji terror: Zabux, Şəlvə çayları quruyub, Həkəri, Tərtər, Levçay TƏHLÜKƏDƏ

Qarabağda Həkəri, Zabux, Levçay və Tərtər çayları qurumaq təhlükəsi ilə üz-üzə qalıblar.

Karabakhmedia.az xəbər verir ki, 2007-2008-ci illərdə Qarabağdakı qondarma rejim rəhbərliyi energetik müstəillik adı ilə çaylarda kiçik Su Elektrik Stansiyalarının inşasına başlasa da, zamanla bu tikintinin miqyası geniş miqyası aldı.

Çayların ekosistemini pozmadan belə stansiyaların tikintisi mümkün olsa da, tikinti normalarının pozulması və tikililər SES-dən su istifadəsini 100%-ə çatdırıb. Nəticədə, Qarabağda 160 kilometr çay suyu borularla axır və Həkəri, Zabux, Levçayın yataqlarının əsaslı sürətdə qurumasına, Tərtər çayında isə bu problemin yenicə başlmasına səbəb olub.

Çaylarda sululuq səviyyəsinin kəskin aşağı düşməni içməli su və suvarma işlərinin aparılmasına öz mənfi təsirini göstərdi.

Nəticədə bölgədə yaşayan ermənilər belə Qarabağ çaylarının amansız istimsarına qarşı çıxdılar. Kəlbəcərdə yaşayan Aleksandr Kananyanın Tərtər çayında Su Elektrik Stansiyasının tikintisinə qarşı etirazından sonra, aksiyaya Xankəndi sakini Mqer Poqosyan da qoşuldu. Digər tərəfdən, Kəlbəcərdə məskunlaşdırılmış erməni məktəbliləri də etiraz aksiyalarına başladılar.

Ekoloq David Yeqiazaryan ekoloji vəziyyətin çox təhlükəli həddə çatdığını deyib.

“Əvvəl Kəlbəcərdə 3-4 SES var idi və ekologiyaya ziyanı elə də hiss olunmurdu. Lakin sonradan tikintinin miqyası genişlənməyə başladı və bölgədə ekoloji vəziyyət kəskinləşdi. İndi Tərtər çayının əksər qolları borular və turbinlərlə hərəkət edir. Bundan başqa, SEA-lər ekoloji standartlardan kənar inşa olunub”.

Yegiazaryan əhalinin suya tələbatını ödəyə bilməməsindən də gileylənib.

“Bu çaydan suvarma işlərində, bəzi kəndlərdə isə içməli su kimi istifadə edirlər. Amma SES-dan biri Kəlbəcərə içməli suyun verildiyi hissədə inşa olunub. Yayda çayın səviyyəsi düşsə də, indi tikinti işlərinə görə adi vaxtda da suyun səviyyəsi azalır. Su problemi insanların burada yaşamaq istəyinə mane olur”.

Lusine Karapetyan 20 ildən çoxdur ki, Kəlbəcərdə yaşayır. O da Tərtər çayından vəziyyətin son illər acınacaqlı duruma düşdüyünü deyir.

“Son vaxtlar Tərtər çayı ilə bağlı vəziyyət pisləşib. Su təmiz deyil, çirkil olur, bəzən isə ümumiyyətlə gəlmir”.

1994-cü ildən işğal altındakı torpaqlara məskunlaşan Vaaqn Movsisyan isə Tərtər çayının vaxtı ilə bolsulu və balıqla zəngin olmasını xatırlayıb.

“Tərtər çayı SES tikintisinə qədər bolsulu, balıqla zəngin idi. Meşələr də isə heyvanlar dolu idi. Amma indi nə balıq var, nə də heyvanlar qalıb”.

Aclıq aksiyası keçirən Aleksandr Kananyan isə Qarabağın qurumuş çaylarını sadalayıb və Tərtər çayını eyni aqibətin gözlədiyini əlavə edib.

“Qarabağın şimalında 2 əsas çaydan Zabux və Şəlvə çayıları tam quruyub. Yaxınlarda Həkəri çayının mənbəyinə yaxın ərazidə də SES tikintisi başlayıb. Kəlbəcər və Laçın rayonlarında əhalini sıx məskunlaşdırmaq üçün su mənbələrinin amansız istismarına son qoyulmalıdır”./Modern.az/

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”