Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda sosial-fəlsəfi fikrin təbliğində Əddin Şakirzadənin rolu - II YAZI


Tarix:27-01-2020, 14:39 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Azərbaycanda sosial-fəlsəfi fikrin təbliğində Əddin Şakirzadənin rolu - II YAZI Birinci məqalədə göstərmişdik ki, maddi həyatın bütün nemətlərini yaradan xalq, eyni zamanda, mənəvi həyatın da zənginliklərini, mənəvi nemətləri böyük bir ustalıq və məharətlə yaratmağa qadirdir. Beləliklə, tarixin başlıca hərəkətverici qüvvəsi, maddi və mənəvi nemətlərin yaradıcısı, cəmiyyətin əsas məhsuldar qüvvəsi xalqdır, zəhmətkeş kütlələrdir.

Kitabçanın “İctimai inqilablar zamanı xalq kütlələrinin rolu” adlanan ikinci bölməsində göstərilir ki, cəmiyyətin maddi məhsuldar qüvvələri öz inkişafının müəyyən pilləsində mövcud istehsal münasibətləri ilə və ya bu münasibətləri doğuran mülkiyyət münasibətləri ilə ziddiyyət təşkil edir. O zaman bu münasibətlər məhsuldar qüvvələrin inkişaf formasından dönüb onların buxovuna çevrilir. Beləliklə, inqilab dövrü başlayır.

Məhsuldar qüvvələrlə istehsal münasibətləri arasında əmələ gəlmiş barışmaz ziddiyyət yalnız zorakı yolla, ictimai inqilab vasitəsilə həll edilə bilər. Cəmiyyətin maddi istehsal münasibətləri məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun gələndə onu daha da sürətləndirir, uyğin gəlməyəndə inkişafı ləngidir, ona mane olur.
Xüsusi mülkiyyətin mövcud olduğu bütün cəmiyyətlərdə ictimai istehsal ziddiyyətli xarakter daşıyır, bu ziddiyyəti də dinc yolla aradan qaldırmaq mümkün deyildir. Səbəbi də budur ki, cəmiyyətlərdə istehsal münasibətləri ağalıq və tabelik münasibətləri formasında təzahür edir və cəmiyyətin üzvləri arasında normal şəkildə bölünmür.

Bu antaqonist cəmiyyətlərin hər birində istehsal ictimai xarakter daşıyır, mənimsəmə isə xüsusi. İstehsal vasitələrini, o cümlədən istehsal alətlərini də öz ixtiyarında saxlayan və buna görə də ictimai istehsalda ağalıq edən və rəhbər mövqe tutan hakim siniflər, məhz bu imtiyazlı vəziyyətdən istifadə edərək, istehsal olunmuş məhsulun da çox hissəsini özləri üçün götürürlər. Belə bir hal aydındır ki, uzun müddət davam edə bilməz.

Bu ziddiyyəti və uyğunsuzluğu aradan qaldıra biləcək yeganə bir qüvvə varsa, o da xalq kütlələridir. Məhz həmin ziddiyyətlərin zərurəti xalq kütlələrinin inqilabi hərəkatını doğurur. Maddi və mənəvi nemətləri yaradan xalq, həm də cəmiyyətin irəliyə doğru inkişafının əsas amili, inqilabların hərəkətverici qüvvəsidir.
Xalqın inqilabi fəaliyyəti sayəsində istehsalın inkişafını ləngidən, məhsuldar qüvvələrin dağılmasına və istehsalın durğunlaşmasına səbəb olan ziddiyyətlərin həll edilməsi cəmiyyət inkişafının obyektiv qanunlarına tamamilə uyğundur. İnkişaf etmiş yeni məhsuldar qüvvələrə uyğun istehsal münasibətlərinin əmələ gəlməsi öz növbəsində cəmiyyət həyatının bütün sahələrində əsaslı dəyişikliyə səbəb olur. Bu isə ictimai inqilabın həyata keçirilməsi deməkdir. İctimai inqilablar cəmiyyət inkişafının zəruri və qanunauyğun nəticəsidir.

Sinifli cəmiyyətin inkişafı labüd surətdə ictimai inqilaba gətirib çıxarır. Habelə, varlılarla yoxsullar, istismarçılarla istismar olunanlar arasında gedən sinfi mübarizə də hökmən inqilaba gətirib çıxarmalı və inqilabi yolla cəmiyyətin əsaslı surətdə dəyişdirilməsilə nəticələnməlidir. Tarix boyu ayrı-ayrı ölkələrdə müxtəlif dövrlərdə bir sıra inqilablar baş vermişdir. Bu inqilablar bir-birindən fərqli olan ictimai proseslərin məhsuludur.

Məlumdur ki, hər hansı bir inqilabın əsas məqsədi siyasi hakimiyyətin ələ keçirilməsidir. Bütün inqilabların əsas fəal qüvvəsi həmişə, hər yerdə xalq kütlələrindən ibarətdir. Bu da aydındır ki, xalq kütlələrinin iştirakı olmadan heç bir inqilabi hərəkatı başlayıb müvəffəqiyyətlə həyata keçirmək mümkün deyildir.

Bir cəhəti də qeyd etmək lazımdır ki, inqilabla nəticələnən sinfi mübarizə bəzən də mübarizə edən hər iki sinfin ümumi məhvi ilə nəticələnir.İctimai inqilablar zamanı xalq kütlələrinin rolundan bəhs edən müəllif Hollandiyada, İngiltərədə, Fransada, İtaliyada, Avstriyada, Macarıstanda XV111-X1X əsrlərdə , habelə, Rusiyada 1905-1907, 1917-ci illərdə baş verən inqilablarda (burjua) xalq kütlələrinin iştirakı və rolundan ətraflı söhbət açır.

İnqilab qalib gələndə burjuaziya əzilən və istismar olunan kütlələrdən üz döndərirdi. Çünki burjua inqilablarının məqsədi istismarçı sinifləri aradan qaldırmaq deyil, istismarın bir formasını digər bir forması ilə əvəz etməkdir. Demək olar ki, bütün burjua inqilabları nəticəsində qalib gəlmiş vurjuaziya xalqdan üz döndərmiş, ona xəyanət etmiş, kütlələrin mənafeyini tapdalamışdır.

Burjua inqilablarında rəhbərlik burjuaziyanın öz əlində olduğu üçün qələbənin bəhrəsini də özü götürürdü. Rusiyada 1905-1907 –ci illərin və 1917-ci ilin burjua-demokratik inqilablarının və eləcə də Oktyabr sosialist inqilabının hazırlanıb həyata keçirilməsi açıqcasına göstərdi ki, xalq kütlələri, doğrudan da, ictimai inqilabların başlıca hərəkətverici qüvvəsidir.

İnqilablar, onların növləri haqqında məlumat verdikdən sonra müəllif azadlıq müharibəsi və azadlıq hərəkatı barəsində də öz fikirlərini açıqlayır və qeyd edir ki, inqilablarda olduğu kimi, azadlıq müharibələrində və milli azadlıq hərəkatlarında da xalq əsas qüvvə olaraq çıxış edir, nəticə etibarilə cəmiyyətin inkişafını, mütərəqqi qüvvələrin qələbəsini təmin edir.

Hələ orta əsrlərdə, feodal ağalığı dövründə xalqın ən müxtəlif təbəqələri çətin və təhlükəli vaxtlarda vətənin müdafiəsinə qalxır, canlarını əsirgəmədən onu yadelli işğalçıların basqınlarından, qarət və talanlarından qoruyurdular. Azərbaycanın qəhrəman oğlu Babəkin ərəb işğalçılarına və qəsbkarlarına qarşı apardığı mübarizəni nəzərə çatdırır.

Müəllif yazır ki, Azərbaycan xalqının ərəb istilasına qarşı qəhrəman mübarizəsi vətənimizin tarixində olduqca mühüm hadisələrdən birini təşkil edir. 1X əsrin əvvəllərində başlamış bu kəndli hərəkatına Babək rəhbərlik edirdi.Ərəb işğalçılarının özbaşınalığına, zülm və işkəncələrinə qarşı, ölkənin maddi və mədəni sərvətlərini məhv etmələri və talayıb aparmaları əleyhinə üsyan etmiş Azərbaycan xalqı 20 ildən artıq bir müddət ərzində qəhrəmancasına azadlıq mübarizəsi aparmış və nəticə etbarilə öz azadlıq və istiqlaliyyətini qoruyub saxlamışdır.

Məlum olduğu kimi, Babəkin başçılıq etdiyi bu üsyanın yatırılması və Babəkin özünün edam edilməsi heç də ərəblərin qalib gəlməsi demək deyildir. Yerli feodallardan birisi, erməni mənşəli Səhl ibn Sumbat (Sumbatyan)ın xəyanəti sayəsində üsyanın başçıları ələ keçirilib məhv edildisə və üsyan yatırıldısa da, bu böyük və geniş miqyasda yayılmış kəndli hərəkatı ərəb xilafətinə sarsıdıcı zərbə endirdi.Məhz bu qəhrəmancasına mübarizə nəticəsində ərəblərin işğal etdikləri yerlərdə hökmranlığı zəifləməyə başladı və nəhayət, ərəb istilasına son qoyuldu.

Görünür, müəllif özü də xalqımızın qəhrəman övladlarının xatirəsini unutmamış, Böyük Vətən müharibəsində mərdliklə döyüşmüş və çoxlu orden və medallarla təltif olunmuşdur. O, xalqımızın, onun oğullarının hünəri, qorxmazlığı, fədakarlığı barədə öz fikrini belə yekunlaşdırır: “ Azərbaycan xalqı diqqətəlayiq hadisələrlə zəngin tarixi boyunca dəfələrlə yadelli işğalçıların, ərəblərin, monqolların, türklərin və s. qəsbkarlıq təşəbbüslərinə qarşı müvəffəqiyyətlə mübarizə aparmışdır. Bu mübarizədə qəhrəman xalqımız öz vətənini, onun tükənməz təbii sərvətlərini, öz ana dilini və mədəniyyətini, öz istiqlaliyyətini müdafiə etmişdir.

Əddin Şakirzadənin “ Dinə qarşı mübarizədə elmin rolu” adlı kitabçası 1956-cı ildə nəşr olunmuş və 88 səhifə, iki fəsil, dörd paraqrafdan ibarətdir. Birinci fəsil “ Elm və din” adlanır. Birinci paraqraf “Elm nədir? Elmin meydana çıxması və inkişafı” adlanır. İkinci paraqraf “Din nədir? Dinin meydana çıxması, mahiyəti, idraki və sinfi kökləri” adlanır.

Müəllif qeyd edir ki,elm ictimai şüur formalarından biridir, cəmiyyətin maddi və mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Elmin nədən ibarət olmasını bilmək üçün onun nə ilə məşğul olduğunu, nəyi tədqiq etdiyini öyrənmək lazımdır. Elmin tədqiq obyekti maddi aləmlər, təbiət və cəmiyyətdir, maddi istehsaldır. Beləliklə, elm maddi aləmi, onun müxtəlif cisim və hadisələrini, dünyada baş verən prosesləri öyrənib dərk etmək sayəsində obyektiv aləm haqqında biliklər sistemidir.

Elm təbiət, cəmiyyət və təfəkkür haqqında biliklərimizin məcmusudur. Elmin verdiyi biliklər obyektiv həqiqətlər olmaqla bərabər, maddi gerçəkliyin düzgün inikasını təşkil edir. Dünyanın, təbiət və cəmiyyətin inkişafı dialektik yolla gedir. Bu yol aşağıdan yuxarıya, bəsitdən mürəkkəbə, ibtidaidən aliyə doğru olan yoldur.

Bu yol dialektik yoldur. İnsan da həyatı öyrənib dərk edən zaman biliksizlikdən biliyə, səthi bilikdən daha çox və dərin biliyə doğru gedir. Elmin yaranması zərurəti cəmiyyətin yaranması üçün lazım olan maddi nemətlər istehsalının tələblərindən irəli gəlir. Beləliklə, elmin təşəkkül tapması cəmiyyətin maddi həyatı ilə bilavasitə əlaqədardır. Təbiidir ki, insanlar yaşamaq üçün həyatları ilə zəruri surətdə bağlı olan hadisələrin səbəblərini bilməli idilər. Gecə və gündüzün əmələ gəlməsi, fəsillərin ardıcıl olaraq dəyişməsi, çayların daşması, iqlimin dəyişməsi və sair.istehsal proseslərinə müsbət və yaxud mənfi təsir göstərirdi.

Bitki və heyvanları da öyrənmək lazım idi ki, faydalı olanlardan istifadə etsinlər, zərərli bitkilərdən və ziyanverici heyvanlardan yaxa qurtara bilsinlər. Müxtəlif xəstəliklərin səbəblərini bilməli idilər ki, onlara qarşı mübarizə apara bilsinlər. Həm də elmin meydana çıxması cəmiyyət inkişafının müəyyən mərhələsi ilə bağlıdır.
Elm birdən-birə deyil, tədricən, müəyyən mərhələdə təşəkkül tapır və formalaşır. Tibb və baytarlıq elmlərinin, botaniuka, zoologiya, fiziologiya, anatomiya, geologiya, paleontologiya və s. və i.a.elmlərin yaranması ancaq maddi istehsalla bağlıdır. Elmin hərəkətverici qüvvəsi cəmiyyətin iqtisadi inkişafı, maddi istehsaldır.
Qədim Yunanıstanda, Romada, Çində, Hindistanda, Qədim Misirdə elmin inkişafında böyük nailiyyətlər əldə edilmişdir. Elmin sonrakı inkişafında ərəb alimlərinin böyük xidmətləri olmuşdur. Astronomiyanın, coğrafiyanın, riyaziyyatın, təbabət və kimyanın inkişaf etdirilməsində ərəblər xeyli iş görmüşlər.

N.Kopernik, C.Bruno, Q.Qaliley, Rene Dekart, Leonardo-da Vinçi və İohan Kepler, İsaak Nyuton, M.Lomonosov və onlarca digər görkəmli alimlərin, filosofların fəaliyyəti nəticəsində elm böyük bir sıçrayışla irəliyə doğru yeni, daha yüksək inkişaf mərhələsinə çatdı.

Din də ictimai şüurun bir formasıdır. Din elmdən fərqli olaraq obyektiv maddi aləmi düzgün deyil, təhrif olunmuş şəkildə əks etdirir. Din maddi aləmin insanların şüurunda təhrif olunmuş , fantastik inikasından ibarət ideoloji bir formadır. Dinin nədən ibarət olması ilk dəfə Marksizm-leninizm klassıkləri tərəfindən izah edilmişdir. Engels göstərir ki, hər bir din insanların gündəlik həyatında onlara hökmranlıq edən xarici qüvvələrin insanların beynindəki fantastik inikasından, yer üzərindəki qüvvələrin səma qüvvələri şəkli aldığı inikasdan başqa bir şey deyildir.

V.İ.Lenin də dinin mürtəce rolundan bəhs edərək yazır :” Din xalq üçün tiryəkdir”-Marksın bu kəlamı din məsələsində marksizmin bütün dünyagörüşünün əsasıdır.(V.İ.Lenin, əsərləri, 15-ci cild, səh.412-413).

Elm insanların qüdrətini artırır, onlara kömək edir. Din isə insanların biliksizliyi, avamlığı, nadanlılğı üzündən meydana gəlmişdir. Din də obyektiv gerçəkliyi əks etdirir, təbiidir ki, ictimai həyatın dəyişməsi ilə əlaqədar olaraq, o da dəyişir, yeni məzmun, yeni forma kəsb edir.

Dini təşkil edən başlıca ünsürlər: fövqəladə qüvvələr haqqındakı təsəvvürlərdən, dini adət və ənənələrdən ibarətdir. Müəllif deyir ki, bütün dinlərdə allaha inanmaq, maddi aləmdən başqa, axirət dünyasını da qəbul etmək irəli sürülür. Sinifli cəmiyyətlərdə din hakim istismarçı siniflərin əlində istismar alətinə çevrilir, dövlətin tərkib hissəsi olur.

Sinifli cəmiyyətin ictimai və siyasi quruluşundan asılı olaraq, insanların allahlar haqqında təsəvvürləri, fikirləri dəyişir. Məfkurə formaları sırasında din ən mühafizəkar, mürtəce bir formadır. Hər hansı bir dinin meydana çıxması, oynadığı rol konkret şərait daxilində öyrənilməlidir.

İslam dini ilə bərabər xristianlıq və buddizm də dünyada ən çox yayılmış bir dindir.Başqa dinlərə nisbətən islam dininin tarixi azdır, o da tarixi, keçici bir dindir. İslam dini Azərbaycanda əhalinin şüurunda hələ də qalmaqdadır. Hakim təbəqələr tərəfindən zülm və istismar vasitəsi kimi istifadə olunur. O, sinfi ağalılğa haqq qazandırır, dini başçılara sözsüz itaət etməyə çağırır, hər cür vergilərdən əlavə, dini vergiləri də qanuniləşdirirdi.

Elm və din bir-birinə tamamilə əksinə olan iki dünyagörüşüdür. Onlar həm mənşə, həm də mahiyyət etibarilə bir-birinə ziddir. Dünyanın təbii yolla yaranması ideyası lap qədim dövrlərdə alim və mütəfəkkirlər tərəfindən irəli sürülmüşdür.

Heraklitə görə, dünya heç bir allah tərəfindən yaradılmamışdır, o, qanunauyğun şəkildə alovlanan və sönən od olmuşdur, oddur və od olacaqdır. Demokrit isə maddi aləmin təbii yolla atomlardan əmələ gəldiyini söyləyirdi.

Bəşəriyyətin bütün tarixi boyunca elm ilə din arasında kəskin və barışmaz mübarizə getmişdir. Bütün aləmin günəşdən, Aydan, Yerdən görünən ulduzlardan ibarət olması barədə baxışlar yanlış fikrə əsaslanırdı. Elmin inkişafı din xadimlərinin istinad etdikləri dəlillərin əsassızlığını və uydurma olduğunu açıb göstərdi.
Aristotel və Klavdiy Ptolomey belə bir yanlış ideya irəli sürürdülər ki, guya Yer kainatın mərkəzində hərəkətsiz dayanmış, bütün səma cisimləri də onun ətrafında dövr edirlər. Slavyan alimi Nikolay Kopernikin yaratdığı yeni nəzəriyyəyə görə, Dünyanın mərkəzində Yer yox, Günəş dayanır, Yer isə bir planet kimi həm Günəşin ətrafında, həm də öz oxu ətrafında dövr edir. Bu isə o deməkdir ki, bütün səma cisimləri təbii yolla əmələ gəlmişdir. Bu işdə heç bir fövqəladə qüvvə iştirak etməmişdir.
Cordano Bruno da bu nəzəriyyəyə əsaslanaraq, kainatın sonsuzluğu və Yerin də bu sonsuzluqda çox kiçik bir hissəcik olduğunu söyləmişdir. Qaliley də bunu təsdiq ütmişdir.Müəllif bu sahədə xidməti olmuş alimləri, mütəfəkkirləri və filosofları sadalayır. Fransız alimi Rene Dekart, alman filosofu İmmanuel Kant, İsaak Nyuton və başqa alimlərin də nəzəriyyələrini göstərir.

Fransız alimi Laplasın, alman alimi Keplerin, rus alimi Lomonosovun, habelə, Darvinin, Linneyin, Miçurinin, Timiryazevin, Mendeleyevin, Pavlovun, Seçenovun, Meçnikovun və sairə, və i.a. alimlərin nəzəriyyələri dini baxışların yanlış olduğunu bir daha sübut etdi.

Müəllif həmin nəzəriyyələrə əsaslanaraq göstərir ki, Yer Günəş sisteminin üçüncü planetidir, aralarındakı məsafə 150 milyon kilometrdir. Saniyədə 300000 km sürətlə hərəkət edən işıq şüası bu məsafəni 8 dəqiqə, 18 saniyəyə qət edir.

Səma cisimləri arasında olan məsafəni ölçmək üçün “işıq ili” adlanan vahiddən istifadə olunur ki, bu da təxminən 9,5 billion km-ə bərabərdir. Yerdən bir milyon üç uüz min dəfə böyük olan günəş və bütün günəş sistemi olduqca böyük ulduz sisteminə daxildir. Bu sistem qalaktika adlanır.

Burada müəllif bir astronom kimi çıxış edir və göstərir ki, kainatda saysız –hesabsız qalaktikalar var. Yalnız bizim qalaktikanın tərkibinə 150 milyard ulduz daxildir. Günəş saniyədə 250 km.sürətlə ulduzlar yığımının ətrafında dövr edir. Bu dövrün müddəti 365 gün, 5 saat, 48 dəqiqə, 46 saniyəyə bərabər olub180 milyon ilə bərabərdir.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Qabaqcıl Maarif Xadimi.

___________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”