Qarabag Media
Haqqımızda Əlaqə

Qorxulu virus Çinin sərhədlərini aşır


Tarix:27-01-2020, 13:24 Kateqoriya:Manşet / Tibb

Qorxulu virus Çinin sərhədlərini aşır

Son günlər dünyanı təşvişə salan koronavirus (2019-naCoV) getdikcə daha təhlükəli mərhələyə qədəm qoyur. Çin Xalq Respublikası Milli səhiyyə komissiyasının başçısı Ma Çzyao mətbuat konfransında bildirib ki, virus haqqında hələlik çox məhdud bilgilər olduğu üçün onun mutasiya risklərinin necə olacağı barədə proqnoz vermək çətindir. Xatırladaq ki, rəsmi məlumata görə indiyə kimi iki min nəfərdən çox adam həmin virusa yoluxub, onların 56 nəfəri isə dünyasını dəyişib. Lakin Çinin qapalı ölkə olduğunu diqqətə çəkən bəzi ekspertlər bu rəqəmlərin daha çox olduğu fikrindədirlər.

Xanım Çzyazo daha sonra bildirib ki, virusun inqubasiya dövrünün 14 gün olmasına baxmayaraq, onun daşıyıcıları bundan daha az müddətdə xəstəliyi başqalarına yoluxdura bilərlər ki, 2002-ci ildə ölkədə yayılmış Sars virusu zamanı belə hal müşahidə edilməmişdi. Bu cür vəziyyətdə isə virusun heç bir əlaməti hiss olunmayan adamların da onu başqalarına ötürmə ehtimalı çoxalır və təbii ki, xəstəliklə mübarizənin effektivliyini azaldır.

Öldürücü virus əsasən ölkənin mərkəzində yerləşən Hubey inzibati dairəsinin mərkəzi olan Uhan şəhərində yayılıb. Şəhərdə 11 milyon əhalinin yaşadığını nəzərə alsaq epidemiyanın qarşısının tez bir zamanda alınmayacağı təqdirdə onun hansı fəsadlar törədəcəyini təsəvvür eləmək çətin deyil. Artıq bir neçə gündür ki, Uhanyadan başqa ölkənin daha 19 şəhərində karantin rejimi tətbiq edilib. Uhanyada isə bir çox iri ticarət şəbəkələri öz fəaliyyətini dayandırıb. Dünəndən başlayaraq şəhərin mərkəzində avtomobillərin hərəkəti qadağan olunub.

Şənbə günü bütün ölkə ay təqvimi ilə yeni ili qeyd edib. Bu münasibətlə Uhanyadan kənarda olan şəhər sakinləri bayramı öz ailəsi ilə qeyd eləmək üçün evlərinə qayıdıb ki, bu da, onsuz da, gərgin olan vəziyyəti bir az da mürəkkəbləşdirib. Adamlar kütləvi şəkildə maskalar alır, küçələrdə sərxoş vəziyyətdə gəzir. Amma bütün bu önləyici tədbirlərin virusun qarşısını almaqda yetərli olub-olmayacağını dəqiq bilən yoxdur.

Ehtimallara görə xəstələyin əsas mərkəzi şəhərdəki vəhşi heyvanlar bazarıdır.

ABŞ artıq sabah öz konsulluğunu Uhanyadan çıxardacaq. Bu barədə Dövlət departamentinin rəsmi məlumatında deyilir. Məlumatda daha sonra bildirilir ki, konsulluğun əməkdaşları xüsusu təyyarə ilə San Fransisko şəhərinə gətiriləcək və ölkədəki digər ABŞ vətəndaşları da istəsələr həmin reyslə Çini tərk edə bilərlər. Eyni addımı İordaniya kralı da atıb. O da öz təbəələrini ölkədən çıxarmaq üçün Çinə xüsusi təyyarə göndərib.

34 nəfər Çinli isə müayiə üçün İngiltərəyə aparılıb. Böyük Britaniyalı virusoloqların fikrincə, ola bilsin ki, Çin mütəxəssisləri bunun öhdəsindən gələ bilmirlər.

Ən son məlumatlara görə epidemiya artıq nəinki Hubey vilayətinin, hətta Çinin sərhədlərindən kənarda da yayılmağa başlayır. Qonkonqda 6, ölkənin digər xüsusi bölgəsi olan Makaoda isə 5 nəfər həmin virusa yoluxub. Bundan əlavə Tailand, Yaponiya, Cənubi Koreya, Vyetnam, Sinqapur, Nepal, ABŞ və Fransada da koronavirusun daşıyıcıları aşkar olunub.

Xatırladaq ki, epidemiyanın yayılması təkcə Çində yox, bütün dünyada iqtisadiyyatın vəziyyətinə mənfi təsir göstərib. Son günlər neftin qiymətinin xeyli aşağı düşməsi də məhz bu amillə bağlıdır.

Sonda onu da qeyd edək ki, konspiroloji versiyaya görə virus Uhanyadakı hərbi laboratoriyadan yayılıb.

____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”