Qarabag Media
Haqqımızda Əlaqə

Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"


Tarix:24-01-2020, 22:48 Kateqoriya:Manşet / Siyasət

Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"“Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrlə bölüşə bilər“.

Bunu İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Report”a açıqlama verən “Eurusian Strategic Consulting Gmbh“ şirkətinin idarəedici direktoru Vladimir Kotenev deyib.

O, Forum çərçivəsində təşkil olunmuş "Xəzər həftəsi"nin qlobal ideyaların müzakirə və mübadiləsi baxımından əhəmiyyətli bir platforma olduğunu qeyd edib. “Mən Davosda "Xəzər həftəsi: Qlobal İdeyalar Platforması"da bir neçə sessiya və dəyirmi masada iştirak etdim. Xəzər dənizinə çıxışı olmasa belə, tədbirə dəvət alan Əfqanıstan mərkəzi Asiyanı cənubi Asiyaya birləşdirən mərkəzi ölkədir. Bu platforma Əfqanıstan hökumətinə, parlamentinə, iş adamlarına Avropaya, hətta bütün dünyaya, hər bir halda Böyük Xəzər Regionu miqyasında istəklərini, problemlərini çatdırmağa imkan yaratdı və hesab edirəm ki, hamısı eşidildi. Mən 30 il diplomatiya, xarici siyasətlə məşğul olmuşam. Burda çalışdım ki, Əfqanlstanda sabitliyə nail olmaqla bütün regionda kollektiv təhlükəsizliyi təmin etmək üçün əhəmiyyətli ola biləcək tövsiyələrimi verim. Biz burda Trans-Xəzər regionunda yeni dəhlizlər mövzusunda da müzakirələr apardıq, yeni, mümkün qaz boruları haqqında fikir mübadiləsi apardıq. Türkmənistan bildiyimiz kimi böyük qaz ehtiyatlarına malikdir. Lakin son illər Azərbaycan qaz hasil edən qabaqcıl ölkələrdən birinə çevrilib. Bu səbəbdən də regionun həm qaz, həm də istifadəçiləri bir-biri ilə danışmalıdırlar. Bu platforma bu baxımdan da uğurlu oldu“

Vladimir Kotenev Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra böyük uğurlara nail olduğunu da bildirib. “Azərbaycan ilk növbədə Qafqazda və eyni zamanda Xəzər regionunda əsas coğrafi mövqeyə malikdir. Azərbaycan zəngin tarixə malik bir ölkədir. SSRİ dövründə Əfqanıstanda Azərbaycandan göndərilən çoxlu ekspert çalışırdı. Çünki, onların eyni dini, yaxın adət-ənənələri var. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan digər respublikalar kimi öz yolu ilə getməyə başladı ki, bu yolda bu günə qədər çox böyük uğurlar əldə edib. Azərbaycan Xəzər regionunun ən varlı ölkələrindəndir. Onun əsas sərvəti neftdir. Buna görə də Avropada Azərbaycana əhəmiyyətli tərəfdaş kimi baxırlar. Son illər Azərbaycan özünün qaz sənayesini də uğurla inkişaf etdirməkdədir. Bu gün Azərbaycanın artıq özünün mütəxəssisləri var. Beləliklə, Azərbaycan bu gün öz təcrübəsini digər ölkələrə ötürə bilər. Hesab edirəm ki, bu gün Azərbaycanın Rusiya ilə və ümumiyyətlə regionun digər ölkələri ilə əməkdaşlığı uğurla inkişaf edir".

___________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”