Qarabag Media
Haqqımızda Əlaqə

Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular


Tarix:24-01-2020, 00:00 Kateqoriya:Manşet / Hadisə

Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular

Həmin şəxslərin bildirdiyinə görə, narkotik vasitələri İran vətəndaşı olan "Əli" adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətiriblər.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə 16 kiloqramdan çox narkotik vasitəni Azərbaycana keçirən 2 İran vətəndaşını saxlayıb.

Karabakhmedia.az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər. Polis Şöbəsində onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram narkotik vasitə heroin, 5 kiloqram 300 qram narkotik vasitə tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd "Makarov" tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb. Həmin şəxslərin bildirdiyinə görə, narkotik vasitələri İran vətəndaşı olan "Əli" adlı şəxsin sifarişi ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətiriblər. Saxlanılan şəxslər narkotik vasitələri əvvəlcədən müəyyən edilmiş yerdə gizlədəndən sonra geri qayıtmalı imişlər.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar aparılır, əməliyyat tədbirləri davam etdirilir.

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”