Qarabag Media
Haqqımızda Əlaqə

26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”


Tarix:23-01-2020, 17:35 Kateqoriya:Manşet / Cəmiyyət

26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”

"Onun ölüm xəbərini internetdə oxudum”.

Karabakhmedia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun həyat yoldaşı Məlahət İbrahimova deyib. Onun sözlərinə görə, bu müddət ərzində onlar Vəliəddin İbrahimovu itkin biliblər:

"Vəliəddin itkin düşmüşdü. Biz onu axtarırdıq. İnanırdım ki, Vəliəddin sağdır. Ümid edirdim, düşünürdüm ki, nə vaxtsa qapımızı döyəcək. Allahın qədəri belə oldu. Mən onu sağ gözləyərkən ölüm xəbərini aldım. Bir gün axşam evdə tək idim. İnternetdə nəsə axtarırdım. Birdən baxdım ki, naməlum şəhidlərin fotoları. Biri diqqətimi çəkdi, yaxınlaşdıranda baxdım ki, qonşumuz Tərlan. Vəliəddin də onunla getmişdi. Sonra birdən fotoların arasında Vəliəddini gördüm. O anda ev başıma yıxıldı. Axı mən onu bu müddətdə sağ bilirdim”.

Məlahət İbrahimov qeyd edib ki, ailə səhəri bir başa İmişli qəbiristanlığına yollanıb:

"Əlaqədar qurumlara müraciət etdim. Qardaşlarından və qızından analiz götürüldü. Təsdiqləndi ki, bu naməlum şəhid Vəliəddindi. Onun ölüm xəbərini alan günə kimi hər gecə yuxuma gəlirdi. Elə bir geçə yox idi ki, yuxuma gəlməsin. Amma ölüm xəbəri çıxandan sonra yuxularımdan çəkilib”.

Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı "Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.

Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb və bu gün 15:00-da Yevlax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib./Musavat.com/

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür
Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi
Cahangir Əsgərov: "Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq"
Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
Daha üç ölkədə koronavirus aşkarlandı
Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki qızlarımı güllələ" - MÜSAHİBƏ
Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasından
Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində Əddin Şakirzadənin rolu - IV YAZI
Prezident İqor Ponomaryovu təltif etdi
İran heç cür bəlanın qarşısını ala bilmir
İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı
Ötən gün 4 nəfər yol qəzasında ölüb
Hərbçimiz şəhid oldu
Pakistanda partlayış oldu, ölən və yaralananlar var
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq