Qarabag Media
Haqqımızda Əlaqə

“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı


Tarix:23-01-2020, 13:16 Kateqoriya:Manşet / Qarabağ

“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı

“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur”

Musa Qasımlı: “Müvafiq qurumlarımız ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir”
“Ermənistanın burnu əzilməyincə, öz hərəkətlərindən çətin ki, əl çəksin”


Məlum olduğu kimi, hər zaman tarixi saxtakarlıqları ilə gündəmə gələn ermənilər, bu kəs məşhur Şuşa qalasının görünüşünü dəyişmək niyyətini ortaya qoyub. Separatçı rejimin qondarma “Mədəniyyət Nazirliyinin” verdiyi məlumata görə, Şuşa qalası ilə bağlı “restavrasiyasi” işlərinin cari ildə həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan ermənilərin Şuşa qalasının görünüşünü dəyişmək, tarixi saxtalaşdırmaq, onu təhrif etmək cəhdləri ilə bağlı beynəlxalq qurumlara müraciət etməlidirmi?


“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa QasımlıModerator.az-a açıqlama verən millət vəkili Musa Qasımlı bunu zəruri hesab etməklə yanaşı, Ermənistanın “burnunun əzilməsinin” də vacib olduğunu vurğuladı:

“Şuşa qalasının tarixi də məlumdur, onu tikən şəxs də. Bu qalanın ermənilərə heç bir aidiyyatı yoxdur. Qalanın görünüşünü dəyişdirərək onu erməniləşdirmək cəhdləri isə erməni xislətinin yeni bir nümunəsidir.

Ermənilərin taktikası aydındır. Hər hansı bir yeri işğal etdikdən sonra orada ilk olaraq arxeoloji qazantı işləri apararlar. Həmin ərazinin guya ermənilərə məxsus olduğunu sübut etməyə çalışarlar. Mövcud tarix və mədniyyət abidələrinin görünüşünü dəyişdirib onları erməniləşdirirlər.

Şuşa qalasının əsası qoyulandan bəri şəkillər var. Bütün dünya bilir ki, bu, Azərbaycanın mədəniyyət abidəsidir. Hesab edirəm ki, bizim müvafiq qurumlarımız ermənilərin bu cəhdləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməlidirlər. Amma bir məsələni də yada salmaq lazımdır ki, Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. Həyasızcasına orada nə istəyirsə edir və onun burnu əzilməyincə, dərs almayınca öz hərəkətlərindən çətin ki, əl çəksin”.

Seymur ƏLİYEV

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”