Qarabag Media
Haqqımızda Əlaqə

İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi


Tarix:23-01-2020, 13:06 Kateqoriya:Manşet / Hadisə

İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildiDələduzluqda təqsirləndirilən bağça müdirəsi növbəti dəfə hakim qarşısına çıxarılıb.

Karabakhmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Musazadə Şəfiqə Məhəmməd qızının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləm məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Şəfiqə Musazadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Şəfiqə Musazadə məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, bu iş davam edən zaman məlum olub ki, zərərçəkmişlərin sayı artıb. Belə ki, Şəfiqə Musazadə başqa şəxslərdən də bağçaya işə düzəltmək üçün pul alıb. Şəfiqə Musazadə hazırda azadlıqda olduğu halda başqa bir bağçanın da rəhbəri kimi özünü təqdim edərək bir neçə nəfərdən pul alıb. Onları da işə düzəldəcəyini vəd edib.

Həmin şəxslər məhkəməyə gələrək zərərçəkniş kimi tanınmalarını istəyiblər. Hakim bildirib ki, bunun üçün onlar yalnız hüquq-mühafizə orqanlarına, prokurorluğa müraciət edə bilərlər. Bundan sonra onların şikayəti nəzərə alına, Şəfiqə Musazadə barəsində ayrıca cinayət işi açıla bilər.

Zərər çəkdiklərini deyən şəxslər bildiriblər ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiklərini deyiblər. Şəfiqə Musazadə heç bir zərərçəkmişin pulunu ödəməyib.

Qeyd edək ki, Şəfiqə Musazadəyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzliq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır. Şəfiqə Musazadə uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyib. Daha sonra bir neçə dövlət bağçasının direktoru olub. Ötən il isə Şəfiqə Musazadə özəl bağça açmaq qərarına gəlib. Musazadənin planına uyğun olaraq bağça açılıb və istifadəyə verilib.

Daha sonra Ş.Musazadə bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, aşpaz, mühafizəçi kimi işə götürüb. Lakin bağça aylarla fəaliyyət göstərsə də cəmi 9 nəfər uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.

Buna görə də Ş.Musazadənin pul alaraq işə götürdüyü Yeganə Mahmudova, İlahə Abdullayeva, Vasif Cəfərov, Ülviyyə Qazıyeva və Gülümnaz Şirəliyeva ondan hüquq-mühafizə orqanlarına şikayət ediblər.

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”