Qarabag Media
Haqqımızda Əlaqə

“Şəhərin qış gecələri”nin premyerası oldu


Tarix:22-01-2020, 14:14 Kateqoriya:Manşet / Mədəniyyət

“Şəhərin qış gecələri”nin premyerası oldu

18, 19 yanvar tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş "Şəhərin qış gecələri” tamaşasının premyerası baş tutub.

Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.

Qeyd edək ki, premyerada Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan MEA-nın vitse-prezideti, Akademik İsa Həbibbəyli, Xalq yazıçıları, Xalq şairləri, dövlət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.

"Şəhərin qış gecələri” pyesi hələ ötən əsrin 70-80-ci illərində məşhur olan "Şəhərin yay günləri” əsərinin davamı kimi qələmə alınıb. Elə o zamanlar Anarın müəllifi olduğu bu əsərə rejissor Tofiq Kazımov quruluş vermişdi və dövrün naqis cəhətlərinə etiraz edən tamaşa çox böyük maraqla qarşılanmışdı. Bu dəfə isə artıq 30 il keçib və həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Anarın özünəməxsus şəkildə yazdığı, daha doğrusu özünə sadiq qalaraq bütöv millətin faciəsini bir ailənin timsalında göstərdiyi əsər bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edilərək qurulub.

Qeyd edək ki, "Şəhərin qış gecələri” növbəti dəfə Xocalı Soyqrımı ərəfəsində tamaşaçılara təqdim olunacaq.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”