Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür


Tarix:22-01-2020, 13:15 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdürBu gün Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür.

Karabakhmedia.az -ın məlumatına görə, Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində anadan olub. 1957-1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil alıb. 1969-cu ildə hərbi xidmətə çağırılıb və 1971-ci ildə ordudan tərxis edilib. O, 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlayıb və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışıb.

1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə çıxarması Fəxrəddin Şahbazovu da narahat edib. Fəxrəddin könüllü olaraq cəbhəyə gedib, qaynar döyüş meydanlarından reportajlar hazırlayıb. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq, cəbhəyə getməkdə davam edib.

1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törədiblər. Dinc sakinlər qətlə yetirilib, kəndlər yandırılıb. 20 noyabr 1991-ci ildə dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşüblər.

Xocavəndin Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə tutublar. Vertolyot yerə düşərək parçalanıb və bütün heyət həlak olub. Şəhidlərin arasında Şahbazov Fəxrəddin də olub.

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Bakı şəhərinin Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adını daşıyır. Həmçinin, İmişli şəhərindəki küçələrdən biri Fəxrəddin Şahbazovun adınadır.

Şəhid ailəli idi, iki övladı yadigar qalıb.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”