Qarabag Media
Haqqımızda Əlaqə

Cavid Qurbanov Qazaxıstanda bu razılaşmanı imzaladı


Tarix:22-01-2020, 00:26 Kateqoriya:Manşet / İqtisadiyyat

Cavid Qurbanov Qazaxıstanda bu razılaşmanı imzaladı

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə konteyner daşımaları rekord dərəcədə artıb.

Qazaxıstanın Almatı şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Yığıncaqda qeyd olunub ki, 2019-cu ildə konteyner daşımalarının 71% (10,7 min TEU) artması Xəzər dənizinin limanları üzərindən həyata keçirilən daşımalarda tarixi rekorddur. Görüş iştirakçıları 2019-cu ilin aprel ayında Aktau və Bakı limanları arasında yeni fider xidmətinin istifadəyə verilməsinin artımı şərtləndirən əsas amillərdən biri olduğunu vurğulayıblar. Xəzər dənizində bu xidmətin göstərilməsi dəmir yolu nəqliyyatının istifadəsinin səmərəliliyini artıraraq, konteyner qatarlarının çatdırılmasını xeyli sürətləndirib.

Yığıncaqda Birliyin 2019-cu il üzrə fəaliyyətinin nəticələri müzakirə olunub, İdarə Heyətinin tərkibi təsdiq edilib. “Qazaxıstan Dəmir Yolu” SC-nin sədri Sauat Mınbayev yenidən Birliyin sədri seçilib.

İclasda “Anaklia Development Consortium” MMC-nin “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin assosiativ üzvlüyündən kənarlaşdırılması məsələsinə baxılıb. Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd.” və Qazaxıstanın “Aktau Dəniz Şimal Terminalı” şirkətləri isə üzvlüyə qəbul edilib.

Tədbirin sonunda müvafiq protokol imzalanıb.

____________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”