Qarabag Media
Haqqımızda Əlaqə

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib


Tarix:19-01-2020, 21:35 Kateqoriya:Manşet / Araşdırma

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

Xəbər yayılır ki, kommunistlər Qərib Yüzbaşını həbs etməyə gəlir. Bunu eşidən yerli əhali, habelə Oğuz yəhudiləri 17 km piyada yol gələrək, buna mane olurlar.

Azərbaycanın bir cox tarixi şəxsiyyətləri var ki, illərlə insanlara, yaşadığı el-obaya xalq düşməni və ya cəmiyyət üçün yararsız bir insan kimi tanıdılıb. Belə görkəmli şəxslərdən biri də Oğuz rayonu Padar kəndinin sakini olmuş Qərib Yüzbaşıdır.

Qərib Məmmədkərimoğlu (Yüzbaşı) 1870-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində yoxsul bir ailədə dünyaya gəlib. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. Qardaşı bir qonaqlıq zamanı ev sahibinə atılan güllənin hədəfi olub və dünyasını dəyişib. 1912-də Padara bir mis kasa ilə gələn Qərib Yüzbaşı qısa müddət ərzində biliyi və bacarığı sayəsində böyük var-dövlət, mülk sahibi olur. Onun işgüzarlığı və təsərrüfata olan marağı kənd sakinlərinə agah idi. O, aclıq vaxtı bütün rayon camaatına, həm də rayonun yəhudi icmasına çox kömək edib. Xeyriyyəciliklə məşğul olan bu insan kənddə bir cox yeniliklərə və insanların rifahını yüksəldəcək əməllərə imza atıb. Öz hesabına kənddə məscid və xəstəxana tikdirib.

1918-də Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Qərib (Məhəmməd) Kərim oğlu Şəki qəzasının Vartaşen nahiyəsində İcraiyyə Komitəsinin sədri idi (bu vəzifəyə 1917-ci il fevral inqilabından sonra seçilmişdi). O dövrlərdə Qərib Yüzbaşı parlamentdə "Əhrar" partiyasını təmsil edirdi. Parlamanın 24 aprel 1919-cu il tarixli iclasının stenoqramı qarşımızdadır. İclasın sədri Həsən bəy Ağayev bildirir ki, torpaq komissiyası 3 dəfə yığışmadığına görə buraxılır və onun yeni heyəti seçilməlidir. Ağayevin təklifi ilə partiyalar bu komissiyaya öz namizədlərini verir. Seçilmək üçün hər deputat 42 səsdən ən azı 22-sini yığmalı idi. Keçirilmiş gizli seçkinin nəticələrini Abbasqulu Kazımzadə açıqlayır: 26 səs toplamış Qərib Yüzbaşı ən çox səs yığmış Məhəmməd Əmin Rəsulzadə, Aslan bəy Qardaşov, Cavad bəy Məlikyeqanov, Əliheydər Qarayev və Heybətqulu Məhəmmədbəyov ilə birlikdə torpaq komissiyasına üzv seçilib. Bu seçkidə ən çox səs toplayan həmin 7 nəfər Məhəmməd Əmin Rəsulzadənin təklifiylə həm də fəhlə komissiyasına üzv olur. Beləliklə, Qərib (Məhəmməd) Kərimoğlu Parlamentin iki mühüm komissiyasına eyni zamanda üzv seçilib.

Padar torpağının təxminən yarısı ona aid idi. 1918-ci illərdə Nuru Paşanın rəhbərliyi ilə osmanlı ordusu Azərbaycana daxil oldu.

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

Oğuz bölgəsində bu ordunun bölməsinə Abdulla Paşa rəhbərlik edirdi. Həmin zamanlarda Abdulla Paşa məhz Qərib Yüzbaşının evində qalıb. Bütün bu baş verən tarixi hadisələrlə yanaşı, Yüzbaşının xarici ölkələrdə baş verən yeniliklər, eləcə də texnologiya ilə həmişə maraqlandığı məlum olub.

Qərib Yüzbaşı Azərbaycanda ilk Avropa və Amerika texnikasını istifadəyə verən şəxs kimi də tanınır. Onun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilir və kənd camaatının öhdəsinə verilir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır. Gələcəkdə o texnikanın Qərib Yüzbaşının həyətinə gətirilməsi nəzərdə tutulub.

Onun təşəbbüsü ilə rayona müxtəlif çeşidlərdə fərqli alma növləri, eləcə də digər kənd təsərrüfatı məhsulları gətirilib və becərilib. Hökumət sovetləşdikdən sonra o, mülkünü və texnikasını könüllü kolxoza təhvil verib. Sonra bütün rayona xəbər yayılıb ki, kommunistlər Qərib Yüzbaşını həbs etməyə gəlir. Bunu eşidən yerli əhali, habelə Oğuz yəhudiləri 17 km piyada yol qət edərək buna mane olublar. Kənd ağsaqqalı, xeyriyyəçi Qərib Yüzbaşı 1926-cı il okytabrın 9-da qəflətən dünyasını dəyişib.

Lakin sovet hökuməti zamanında bu tarixi şəxsiyyət haqqında əhalidə yanlış təsəvvür formalaşdırılıb və onun xeyriyyəçilik əməlləri ört-basdır edilib. Qərib Yüzbaşının oğlu da atasına qarşı aparılan məkrli siyasətin qurbanı olub. O, 1928-ci ildə atasının tikdirdiyi və kənd sakinlərinin təhsil alması məqsədilə fəaliyyət göstərən məscidi bərpa etdirdiyinə görə sovet rejimi tərəfindən həbs edilib.

Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib

Hazırda Qərib Yüzbaşının nəvələri həyatdadır. Onun evi nəvəsi Təranə Musayeva tərəfindən yenidən bərpa edilib. Padar kəndində Qərib Yüzbaşıya qəbirüstü abidə ucaldılıb və kənd camaatını, eləcə də ziyarətçiləri məlumatlandırmaq üçün lövhə qoyulub.

Maraqlı bir məqam da ondan ibarətdir ki, 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə məktub gəlib. Məktubda Qərib Yüzbaşının orada 100 il öncə pul (yaxud qızıl) yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat verilib. O məktubun sonrakı taleyi barədə məlumat almaq mümkün olmayıb.

İlham Əhmədov,
Sputnik Azərbaycan


________________________________________________________________________________________________________











SON XƏBƏRLƏR
Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür
Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi
Cahangir Əsgərov: "Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq"
Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
Daha üç ölkədə koronavirus aşkarlandı
Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki qızlarımı güllələ" - MÜSAHİBƏ
Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasından
Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində Əddin Şakirzadənin rolu - IV YAZI
Prezident İqor Ponomaryovu təltif etdi
İran heç cür bəlanın qarşısını ala bilmir
İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı
Ötən gün 4 nəfər yol qəzasında ölüb
Hərbçimiz şəhid oldu
Pakistanda partlayış oldu, ölən və yaralananlar var
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq