Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız ölkəsinə yola salınıb


Tarix:19-01-2020, 20:39 Kateqoriya:Manşet / Cəmiyyət

Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız ölkəsinə yola salınıbRusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı Sevgiya Sübhani İsmayılova vətəndaşı olduğu ölkəsinə yola salınıb.

"Report"un əldə etdiyi məlumata görə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən gənc qızın əlindən alınan sənədləri özünə qaytarılıb.

BŞBPİ-nin əməkdaşları tərəfindən təhlükəsizliyi yüksək səviyyədə təmin edilən S.İsmayılova bu gün Rusiyadan gəlmiş qanuni nümayəndəsi ilə birlikdə Moskva şəhərinə göndərilib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın cinsi orientasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb. O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və sevgilisi barədə etiraflardan sonra başlayıb.

Gənc qız BŞBPİ əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

__________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür
Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi
Cahangir Əsgərov: "Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq"
Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
Daha üç ölkədə koronavirus aşkarlandı
Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki qızlarımı güllələ" - MÜSAHİBƏ
Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasından
Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində Əddin Şakirzadənin rolu - IV YAZI
Prezident İqor Ponomaryovu təltif etdi
İran heç cür bəlanın qarşısını ala bilmir
İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı
Ötən gün 4 nəfər yol qəzasında ölüb
Hərbçimiz şəhid oldu
Pakistanda partlayış oldu, ölən və yaralananlar var
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq