Qarabag Media
Haqqımızda Əlaqə

Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"


Tarix:8-01-2020, 14:21 Kateqoriya:Manşet / Cəmiyyət

Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama" Ağdaş rayonunun Kükəl kəndində qudaların qoşulub qaçması xəbəri ötən həftənin ən gündəm xəbəri oldu. Yazılanlara görə rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıb.

R.Əliyevin arvadı Aida xanım qızı Xalidə ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Yaqut xanımla ərinin sevgi mesajlarını gördükdən sonra dekabrın 28-də qudalar arasında mübahisə yaranıb. Bununla da, mart ayına toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Bu hadisədənin ardından - 29 dekabrda qızın atası oğlanın anası ilə birlikdə qaçıb.

Karabakhmedia.az xəbər verir ki, Rizvanın həyat yoldaşı Aidə xanım ərinin qızlarının nişanlısının anasına aşiq olduğundan 2 ay əvvəl xəbər tutduğunu bildirib:

"Mən 2 ay bundan qabaq bunlardan şübhələnmişəm. Göyçayda əməliyyat olunmuşdum, tək-tənha mənim ərimin maşınına minib, yanıma gəlib. Mənim yanımdan çıxandan sonra Göyçayda kafedə yeyib-içiblər, sonra da kanal belində nə işlər görüblər, onu özləri bilir. Ərim gecə saat 3-4 radələrində aparıb evlərinin yanında düşürüb.

Ərimə dedim ki, Rizvan, qurban olum, balamın üstündən oyun oynama. Əgər belə bir şey varsa, mənə de. Qızın nişanını qaytararıq, bu işin də üstünü basdırarıq. Rizvanın bacısına da dedim ki, qardaşınıza ağıl verin".

Qoşulub qaçdığı deyilən Yaqut xanım Rizvnla qaçmadığını, evdən kiçik oğlu ilə bərabər çıxdığını və Rizvanın onları Sumqayıta qədər apardığını deyir. Aida xanım onun bu sözlərinin həqiqət olmadığını belə əsaslandırıb:

"Sən mənim ərimə niyə qoşulub gedirdin? Nişanı qaytarılan qızın atasının maşınına minməyə qorxmurdu? Bunun əmisi-dayısı oğlanları Bakıya adam daşıyır. Onlardan birini çağırın gedərdi".

Qeyd edək ki, Rizvan Əliyev mətbuata açıqlamasında bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtarmağa ehtiyac yoxdur. Bundan kimə nə?!"

_______________________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?