Qarabag Media
Haqqımızda Əlaqə

Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir


Tarix:7-01-2020, 13:28 Kateqoriya:Manşet / Cəmiyyət

Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilirNoyabrın 21-də Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndində yoxa çıxan 10 yaşlı Quliyeva Nərmin Şərif qızının qatili qohumlarından biri ola bilər. Hazırda istintaq bunu ən çox ehtimal olunan versiya kimi irəli sürür.

Karabakhmedia.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qız əmisi Lətif Quliyevin həyətindən yoxa çıxıb. Nərminin həyətə necə girməsini görən şahidlər tapılsa da, lakin heç kim qızın oradan necə çıxmasını görməyib.

Xatırladaq ki, qızın yanmış cəsədi yanvarın 6-da təxminən saat 21:00-da tapılıb. Polisin məlumatına görə, cəsəd Nərminin yaşadığı evdən 300 metr məsafədə aşkarlanıb.

Çərşənbə axşamı səhər saatlarında Baş Prokurorluğun əməkdaşlarından ibarət ekspert qrupu Bakıdan gələn zaman hüquq-mühafizə orqanları cəsədin qalıqlarını ekspertiza üçün onlara təhvil veriblər.

İlkin məlumatlara görə, faktla bağlı hələlik yalnız qızın cəsədinin alova büründüyünü ilk görən şəxs - qonşusu (istintaq maraqları naminə adı açıqlanmır) saxlanılıb. Cinayətin təfərrüatlarının müəyyən edilməsi üçün hazırda saxlanılan şəxs dindirilir.

Əslində cinayətdə istintaq-əməliyyat qrupunun üzvləri qurbanın yaxınlarından şübhələnir. Hazırda bütün şübhəlilər dindirilir, lakin hələlik konkret şəxsə işarə edən sübutlar yoxdur.

Versiyalardan birinə görə, cəsədin yandırılma yeri (evin yaxınlığında) təsadüfən seçilməyib.

“Bu yolla cinayətkar şübhələri öz üzərindən atmaq və məntiqi izahla əməliyyatçıları yanıltmaq istəyir: “Əgər bu, mən olsaydım, cəsədi öz evimin yanında yandırardımmı?”. Quliyevin bütün qardaşları Lətif, Arif və Şərif bir-birilərinə çox yaxın yerlərdə yaşayırlar. İşlər davam etdirilir və tezliklə qatilin kimliyi müəyyənləşdiriləcək”, - mənbə bildirib.

Maraqlıdır ki, Nərminin yoxa çıxmasından ən çox onun nənəsi narahat olub. Uşağın valideynləri şübhəli dərəcədə sakitlik nümayiş etdirib. Baxmayaraq ki, öldürülən uşağın anası da həmçinin, qızının qaynının həyətindən yoxa çıxdığını təsdiqləyir.

İstintaq davam edir.

_____________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?