Qarabag Media
Haqqımızda Əlaqə

"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə


Tarix:7-01-2020, 13:07 Kateqoriya:Manşet / Mədəniyyət

"Bizim yaşamağa da vaxtımız olmadı" —  "Arzular bağı" yenidən səhnədə

"Arzular bağı" tamaşası iki müstəqil teatrın “Çıxış” və “Laçın Teatr Studiyası”nın birgə layihəsidir.

Karabakhmedia.az xəbər verir ki, 27 yanvar 2020-ci il saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında "Arzular bağı" tamaşası təqdim olunacaq.

Laçın Teatr Studiası 2016-cı ildə Rauf Şahsuvarov tərəfindən təsis olunmuşdur. Teatr bir neçə beynəlxalq və yerli festivallarda “Arzular Bağı” tamaşası ilə Azərbaycanı təmsil edərək, müxtəlif mükafatlara layiq görünüb.

“Çıxış” teatrı İmaməddin Həsənov tərəfindən təsis olunub və bütün cavabların gizləndiyi, yuxu ilə reallıq arasında yerləşən ortaq nöqtə və ya əksinə - Həqiqət axtararaq, təhtəlşüura söykənir və ruhun müxtəlif vəziyyətlərini araşdırır. "İnan" və "Təsəvvür et" metodikası həqiqətin yuxu və ya reallıq olduğunu axtarır. Bu prinsiplər, suallar və onların cavabı teatrın məqsədinə çatmaq üçün əsas silahıdır.

Təssəvvür edin qapqaranlıq bir otaqdasınız. Təssəvvür etdiniz? Siz nə gördünüz? Heç nə... Arzular Bağı da belədir. Qaranlıqdan gəlib, qaranlığa gedər…

Dəlixanadan qaçmış iki ruhi xəstə öz arzularını, xəyallarını reallaşdırmaq istəyir. Biz onların gözü ilə uşaqlaşır, böyüyür, evlənir, qocalır və ölürük... Məgər belə xəyallarda yaşayıb ölmək olar?!

Tamaşada baş rollarda Əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov oynayır.

Yazar: Pərviz Bəşərdüst
Bəstəkar: Ayaz Qəmbərli
Tamaşanın rejissoru: İmam Jabirowich Həsənow
Musiqi və İşıq: İmam Jabirowich Həsənow
Janr: Tragikomediya
Dil: Azərbaycanca
Müddət: 60 dəq.
Yaş həddi: 9+

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”