Qarabag Media
Haqqımızda Əlaqə

Akademik Bahadır Tağıyev vəfat edib


Tarix:7-01-2020, 12:46 Kateqoriya:Manşet / Cəmiyyət

Akademik Bahadır Tağıyev vəfat edibAzərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev vəfat edib.

Karabakhmedia.az xəbər verir ki, B.Tağıyev bu gün 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub.

O, 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.

B.Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilib.

Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilib, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanıb.

Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınıb, Bakı “Azərelektrik işıq” İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunub.

Akademik B.Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, “Şərəf nişanı”, "Şərəfli əməyə görə” medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb.

Allah rəhmət eləsin!

__________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?