Qarabag Media
Haqqımızda Əlaqə

Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...


Tarix:7-01-2020, 12:36 Kateqoriya:Manşet / Gündəm

Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...

"ÜDM-in həcminə görə Ermənistan yalnız Gürcüstanı keçib..."

İşğalçı ölkə baş naziri Nikol Paşinyan özü-özünü “redaktə edərək” bir gün öncə söylədiyinin əksinə olaraq adambaşına düşən ÜDM-in həcminə görə Ermənistanın yalnız Gürcüstanı keçdiyini bildirib.

Karabakhmedia.az xəbər verir ki, bu haqda işğalçı ölkə mediası məlumat yayıb.

Az öncə Ermənistanın guya adambaşına düşən ÜDM-in həcminə görə Gürcüstanla yanaşı, Azərbaycandan da üstün olduğunu iddia edən Paşinyan ən sevdiyi sosial şəbəkədəki səhifəsində bunun əksini etiraf edib.

Bu dəfə yenidən BVF-nin məlumatlarına istinad edərək baş nazir özünə "düzəliş edib" və Ermənistanın bəhs edilən göstəriciyə görə yalnız Gürcüstanı keçdiyini bildirib. Daha sonra isə Paşinyan yenə də əsassız olaraq gələn il adambaşına düşən ÜDM-in həcminə görə Ermənistanın Azərbaycanı da üstələyəcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, dünən -yanvarın 6-da axşamdan KİV-də Paşinyanın “Facebook”dakı paylaşmasına istinadla Ermənistanın guya adambaşına düşən ÜDM-ə görə Gürcüstan və Azərbaycanı üstələməsi haqda Bu məlumat yayılıb. İşğalçı hökumət başçısı həmin faktın 6 yanvar Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən açıqlandığını bildirib. Və guya Ermənistan bu göstərici üzrə regional liderə çevrilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan fəxrlə bu mövzuda parlamentin kürsüsündən göstərilən iqtisadi göstəricidə bölgə ölkələri arasında liderliyə çatacağına söz verdiyini xatırladıb və buna ölkə büdcəsinin talanmasına son verməklə nail olduğunu bildirib. Amma ertəsi gün yanlışlığa yol verdiyini anlayan Paşinyan yaxşı ki, bunu etiraf etməyə özündə cəsarət tapıb./Moderator.az/

Sultan Laçın

_________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xaçmazdakı olayın şok DETALLARI
20 Yanvar hadisələrindən 30 il ötür
Ölkəyə qanunsuz dərman gətirənlər saxlanıldı - FOTO
Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində şəhid ailələrini ziyarət edib
İran Ukraynanın xahişini yerinə yetirdi – Qara qutu göndərildi
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız ölkəsinə yola salınıb
MSK DSK-nın qərarını ləğv edib
Polkovnik Mehdi Mehdiyev seçki təşviqatına başladı - "VƏTƏNƏ XİDMƏT, XALQA SƏDAQƏT!
Mahir Abbaszadə Laçınlı seçicilərlə görüşlərə Sumqayıtdan start verdi - FOTOLAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”