Qarabag Media
Haqqımızda Əlaqə

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib


Tarix:7-01-2020, 12:07 Kateqoriya:Manşet / Gündəm

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib.

Karabakhmedia.az xəbər verir ki, sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.

Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

Qeyd dək ki, Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 13-də "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" sərəncam imzalayıb.

_______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür
Milli-mənəvi dəyərə çevrilən qəhrəmanlıq salnaməsi
Cahangir Əsgərov: "Azərbaycan-İran reysi üzrə uçuşlar təxirə salınmayacaq"
Milli Qəhrəmanlar Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür
Daha üç ölkədə koronavirus aşkarlandı
Xocalı qətliamının şahidi: "Anam xalamoğluna demişdi ki qızlarımı güllələ" - MÜSAHİBƏ
Aşağı Qarasaqqal — Kəndlərimiz rubrikasından
Azərbaycanda sosial-fəlsəfi biliklərin təbliğində Əddin Şakirzadənin rolu - IV YAZI
Prezident İqor Ponomaryovu təltif etdi
İran heç cür bəlanın qarşısını ala bilmir
İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı
Ötən gün 4 nəfər yol qəzasında ölüb
Hərbçimiz şəhid oldu
Pakistanda partlayış oldu, ölən və yaralananlar var
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq