Qarabag Media
Haqqımızda Əlaqə

Ülvi Quliyev 8-ci dan qara kəmər dərəcəsi ilə təltif olundu


Tarix:25-12-2019, 14:39 Kateqoriya:Manşet / İdman

Ülvi Quliyev 8-ci dan qara kəmər dərəcəsi ilə təltif olunduYaponiyanın məşhur karate ustadı, Dünya Şotokan Karate Federasiyasının baş təlimatçısı Hitosi Kasuya Azərbaycana gəlib.

Karabakhmedia.az xəbər verir ki, Karate-Do Federasiyaları Assosiasiyasının dəvəti ilə Bakıya gələn məşhur karate ustadı ənənəvi seminarlar keçirib.

Eyni zamanda, karateçilərimiz arasında kəmər dərəcələrinin artırılması ilə bağlı imtahanlar təşkil edilib və imtahandan uğurla keçənlər Dünya Federasiyanın müvafiq sertifikatları ilə təltif olunublar.

Avropa və Dünya çempionumuz Ülvi Quliyev Dünya Şotokan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin 22.12.2019 tarixli qərarı ilə karatenin inkişafında xüsusi xidmətlərinə görə 8- ci dan qara kəmər dərəcəsinə layiq görülüb.

Qeyd edək ki, Ülvi Quliyev beşinci çağırış Milli Məclisin deputatı, parlamentin Gənclər və idman komitəsinin sədridir. Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev “Azərbaycan Respublikasının Əməkdar İdman ustası”, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunub. Karateçilərə rəhbərliyi dövründə çox sayda Azərbaycan gənci Avropa, Dünya çempionu adını qazanıb. Artıq bütün dünyada tanınıb qəbul edilən Azərbaycan karate məktəbinin təməlində Ülvi Quliyevin danılmaz xidmətləri, mübarizə və qələbə əzmi nümunəsi də dayanır.

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”