Qarabag Media
Haqqımızda Əlaqə

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin doğum günüdür


Tarix:22-12-2019, 12:16 Kateqoriya:Manşet / Qəhrəmanlar

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin doğum günüdür

Bu gün Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin doğum günüdür.

Karabakhmedia.az xəbər verir ki, Mehdi Hənifə oğlu Hüseynzadə 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Sonra Leninqradda (indiki Sankt-Peterburq) Xarici Dillər İnstitutunda təhsil alıb. 1940-ci ildə yenidən Bakıya qayıdıb, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirib.

1941-ci ilin avqustunda orduya çağrılıb, Tifis hərbi piyada məktəbini bitirdikdən sonra cəbhəyə yollanıb. Minomyot tağımının komandiri kimi Stalinqrad döyüşündə iştirak edib, Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanıb və almanlara əsir düşüb. Almaniyaya göndərilən Mehdi Berlində üçaylıq tərcüməçi kurslarında iştirak edib və alman dilini öyrənib.

1943-cü ilin sonlarında Mehdi, bir dəstə azərbaycanlı əsir ilə faşist əsarətindən qaçıb, Yuqoslaviya və İtaliya partizanlarına qoşulub. Xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb. Hitlerçi zabit forması və yoxsul kəndli libasında Adriatik sahilində şəhər və kəndləri sərbəst gəzib, partizanlara lazım olan kəşfiyyat xəbərlərini toplayıb. Onun əməliyyatları nəticəsində minlərlə faşist məhv edilib, onlarla dəmir və şose yolu körpüsünü, çoxlu faşist avtomaşınını sıradan çıxarılıb.

1944-cü il noyabrın 16-da Mehdi Hüseynzadə, partizan birləşməsi qərargahının tapşırığı ilə faşistlərin böyük hərbi ləvazimat anbarını partladıb geri qayıdarkən, faşist keşikçiləri ilə üz-üzə gəlib. Qəhrəman döyüşçü, xeyli faşist öldürüb. Lakin döyüşərkən ağır yaralanıb. İgid partizan çoxlu qan itirərək həlak olub. "Mixaylo"nun ölüm xəbəri bütün Adriatik sahilinə yayılmışdı. Çepovani kəndində qəhrəmanın başdaşı üzərinə aşağıdakı sözlər həkk olub: "Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır".

1957-ci il aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Böyük Vətən müharibəsi illərində faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.

________________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
20 Yanvar faciəsindən 2 gün öncə nə baş vermişdi? - Xaçmazdakı olayın şok DETALLARI
20 Yanvar hadisələrindən 30 il ötür
Ölkəyə qanunsuz dərman gətirənlər saxlanıldı - FOTO
Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Ceyranbatan qəsəbəsində şəhid ailələrini ziyarət edib
İran Ukraynanın xahişini yerinə yetirdi – Qara qutu göndərildi
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
Rusiyadan anası tərəfindən zorla Bakıya gətirilən 18 yaşlı qız ölkəsinə yola salınıb
MSK DSK-nın qərarını ləğv edib
Polkovnik Mehdi Mehdiyev seçki təşviqatına başladı - "VƏTƏNƏ XİDMƏT, XALQA SƏDAQƏT!
Mahir Abbaszadə Laçınlı seçicilərlə görüşlərə Sumqayıtdan start verdi - FOTOLAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”