Qarabag Media
Haqqımızda Əlaqə

İstanbulda 100 minlər uyğur türkləri üçün küçələrə axışdı - FOTOLAR


Tarix:21-12-2019, 17:19 Kateqoriya:Manşet / Türk dünyası

İstanbulda 100 minlər uyğur türkləri üçün küçələrə axışdı - FOTOLAR

Dünən İstanbulda axşam saatlarında on minlərlə insan Şərqi Türküstanda Çin zülmünə qarşı yürüş mitinq keçirib.

Karabakhmedia.az xəbər verir ki, aksiya Türkiyənin dünyaca məşhur İnsani Yardım Fakfı (İHH) tərəfindən təşkil olunub.

İstanbuldakı Fatih məscidindən başlayan yürüş Bəyazid meydanında çıxışlarla davam edib.

Çıxışçılar, Çin hökumətinin uyğur türklərinin namaz qılma, oruc tutma, səyahət etmə, təhsil alma kimi fundamental insan azadlıqlarını məhdudlaşdırdığını bildiriblər. Eyni zamanda Çin hökumətindən uyğurlar üçün təşkil edilmiş toplama kamplarını ləğv etməyi tələb ediblər.

İHH-nın rəhbəri Bülənt Yıldırım Şərqi Türküstan üçün meydanlara toplaşan insanlara təşəkkür edib:

"Rəbbim hamınızdan razı olsun. Mən indi Şərqi Türküstana gedək desəm, inanıram ki hamımız birlikdə gedərik. Bizim sərhədlərimiz ürək coğrafiyamız qədərdir. Biz yer üzünü məscid bilirik. Yer üzünü islah etmək üçün gəldik. Şərqi Türküstanlı məzlumlara şahidik. Bu zülümü necə əngəlləyə bilərik, hamımız birlikdə çalışacağıq. Yolumuz uzun deyil, amma qısa da deyil. Çünki neçə Fironlar devrildi. Allahın izniylə Şərqi Türküstanlı məzlumların göz yaşı Çini də devirəcək.

Çin niyə Şərqi Türküstana zülm edir? Çünki bütün yeraltı qaynaqlar Şərqi Türküstandadır. İpək Yolu da müsəlman ölkələrindən keçir. Ey İslam ümməti, Şərqi Türküstanı ticarətə qurban etməyin. Türkiyə hər zaman qardaşlarımızın yanında oldu.

Bu gün bütün Türkiyədə Şərqi Türküstan üçün mitinqlər keçirildi. Kürd qardaşlarımızın yaşadığı rayonlarda da aksiyalar keçirildi. Yaşasın Yslam qardaşlığı. Türk dünyasına və ərəb dünyasına çağırış edirəm. Niyə Şərqi Türküstana sahib çıxmırsınız?"

Qeyd edək ki, dünən İHH-nın çağırışı ilə 100 minlərlə insan Türkiyənin əksər rayonlarında Şərqi Türküstan üçün aksiyalar keçirib./Avropa.info/

İstanbulda 100 minlər uyğur türkləri üçün küçələrə axışdı - FOTOLAR

İstanbulda 100 minlər uyğur türkləri üçün küçələrə axışdı - FOTOLAR

İstanbulda 100 minlər uyğur türkləri üçün küçələrə axışdı - FOTOLAR

İstanbulda 100 minlər uyğur türkləri üçün küçələrə axışdı - FOTOLAR

_________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”