Qarabag Media
Haqqımızda Əlaqə

Şəhidlik zirvəsinə ucalan Eldəniz Ağakişiyev


Tarix:18-12-2019, 23:16 Kateqoriya:Manşet / Qəhrəmanlar

Şəhidlik zirvəsinə ucalan Eldəniz AğakişiyevBütün zirvələrdən uca olan bir zirvə var- Şəhidlik zirvəsi. Bu zirvəyə yüksəlmək heç də hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilər bu uca zirvəyə. Bu yüksəkliyə ucalanlar ölmürlər, əksinə ölümləri ilə əbədilik qazanırlar.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə hər zaman dərin ehtiram bəslənilir.

Azadlığı, müstəqilliyi, babalardan miras qalan Vətən torpağı uğrunda şəhid olmağı bacaran xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Ölkəmizdə şəhid ruhu ən yüksək zirvədə dayanır. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Birinci Qarabağ müharibəsinin döyüş meydanlarında əcdadların qəhrəmanlıq ənənələrini davam etdirən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Eldəniz Ağakişiyevdir. Fəxrlə demək olar ki, Milli qəhrəmanlarımızın, şəhidlərimizin, o cümlədən Eldəniz Ağakişiyevin döyüş yolu, fədakarlıqları gənc nəslə örnəkdir.

Qəhrəmanlığın əsasını qoyan amil vətənpərvərlikdir. Çünki vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Bəlkə də buna görədir ki, tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Eldəniz Ağakişiyev də belə qəhrəman oğullarımızdan biridir.

Ağakişiyev Eldəniz Qaçay oğlu 1959-cu il dekabrın 16-da Ağdam rayonunun Seyidli kəndində anadan olub, Tillər kənd orta məktəbində təhsil alıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayanda Eldəniz Ağakişiyev ilk günlərdən könüllü olaraq rayonda yaradılmış batalyona qoşulub. O, Fərrux, Abdal-Gülablı, Naxçıvanik, Sırxavənd kəndləri uğrunda döyüşlərdə böyük qəhrəmanlıqlar və şücaət göstərib. Sırxavənd uğrunda döyüşlərdə düşmən gülləsindən yaralanan Eldəniz Ağakişiyev 1992-ci il iyulun 3-də dünyasını dəyişib.

Döyüş yoldaşları deyirlər ki, Ağdam rayonuna ermənilərin hücumları başlayan gündən Eldəniz həmişə ön cərgədə düşmənə qarşı vuruşub. Hətta o, lazımi silah-sursat olmadığı zamanlar ov silahları ilə düşmənin qarşısına qorxmadan gedirdi. Eldəniz əsgərlikdə olmamışdı və heç bir hərbi hazırlıq görməmişdi. Lakin torpaqlarımız uğrunda gedən müharibədə qısa müddətdə böyük döyüş təcrübəsi qazanmış və peşəkar döyüşçüyə çevrilmişdi. “Kötəl” batalyonunda vuruşan Eldəniz Ağakişiyev Fərrux, Abdal-Gülablı, Naxçıvanik, Sırxavənd uğrunda döyüşlərdə həm avtomatla, həm də qumbaraatanla böyük igidliklər göstərib. Sırxavənd döyüşündə Eldəniz ön cərgədə vuruşurdu. Düşmənin Sırxavənddən və Kiçan kəndindən çıxarılmasında xüsusi fərqlənib. Kiçan kəndi alındıqdan sonra Eldəniz kəndin ətrafında müdafiə xəttinin qurulmasında yaxından iştirak edib. Fərrux, Qazançı mövqelərinin ələ keçirilməsində onun xidmətləri xüsusilə diqqətə layiq olub. Ağdərə, Sırxavənd-Kiçan əməliyyatında xüsusi hünər göstərib. Lakin bu döyüşdə Eldəniz düşmən gülləsindən ağır yaralanıb və qəhrəmancasına həlak olub. Xüsusilə qeyd etmək lazımdır ki, ağır yaralanan Eldənizin xəstəxanaya yerləşdirildikdən sonra müalicəsi əvvəlcə uğurla aparılsa da, sonradan düşmən güllələrinin zəhərli olduğu məlum olub. Ona görə Eldənizin həyatını xilas etmək mümkün olmayıb. Eldəniz Ağakişiyev Şəhidlər xiyabanında dəfn edilib.

Eldəniz Ağakişiyev Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli 1552 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Dekabrın 16-sı qəhrəman döyüşçünün doğum günüdür. Yaşasaydı, bu gün 60 yaşını qeyd edəcəkdi. Lakin vətənini, torpağını sevən qəhrəmanımız ən uca zirvəyə – şəhidlik zirvəsinə ucaldı. Biz həmişə qəhrəmanlarımızla fəxr etmişik. Eldəniz Ağakişiyev kimi vətənpərvər oğullarımızın qəhrəmanlıqları gənc nəsilə örnəkdir.

Allah sənə rəhmət etsin şəhidim!

______________________________________________________________________________________________________










SON XƏBƏRLƏR
Türkiyə Prezidenti Elazığa səfər edib
Mahir Abbaszadə Qobu park yaşayış kompleksində laçınlı seçicilərlə görüşüb - FOTOLAR
Bakıda küçə iti dişləyən 4-cü sinif şagirdi öldü
Əfqanıstanda hərbi helikopter raketlə vurulub
Özbəkistanın yeni hökuməti təsdiqləndi
Türkiyədəki zəlzələni yerini və şiddətini öncədən deyən professor...
Qırx mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Azərbaycanda peşəkar yazıçı yoxdur
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var
Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir
Azərbaycan əsgərinə yeməyə nə verilir? – Rəsmi açıqlama
AZƏRBAYCANDA 9 GÜN DƏRS OLMAYACAQ
Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq”
İcma: İşğal altındakı abidələrimiz “bərpa” adı altında erməniləşdirilir
Türkiyədə zəlzələ qurbanlarının sayı artır
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Xalqımızı birliyə səsləyən mahnı - VİDEO
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?